7 gün sonra Ermənistana AĞIR ZƏRBƏ VURULACAQ - Sarkisyan QORXUDA

7 gün sonra Ermənistana AĞIR ZƏRBƏ VURULACAQ - Sarkisyan QORXUDABMT Baş Assambleyasının sentyabrın 19-da Nyu-Yorkda başlanacaq sessiyası Ermənistanı narahat edir. Söhbət sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qarabağla bağlı görüşündən gedir.

Azərbaycan tərəfi görüşdə ərazilərin qaytarılması məsələsini konkret olaraq irəli sürəcək. Ermənistanda sentyabrın 20-də keçiriləcəyi deyilən görüşə ciddi hazırlıq aparılır.

"Aykakan jamanak" qəzeti diplomatik mənbələrə istinadən yazır ki, İrəvanda Qarabağla bağlı qapalı müzakirələr aparılır. Hətta Serj Sarkisyan Xankəndinə gələrək, müzakirələri işğal olunmuş Azərbaycan torpaqlarında da davam etdirib.

Lakin Ermənistanın narahatlığı bununla yekunlaşmır. Gözləntilərə görə, assambleyada Türkiyə, Gürcüstan və Azərbaycan Dağlıq Qarabağ, o cümlədən, Abxaziya problemi ilə bağlı birgə mövqe ortaya qoyacaqlar.

Rusiyalı politoloq Aleksandr Krılov deyir ki, Ermənistanın NATO-nun Gürcüstandakı təlimlərində iştirakdan son anda imtina etməsinin səbəbi də budur: "Ermənistanın NATO-nun Gürcüstandakı təlimlərində iştirakdan imtina etməsinin səbəbləri haqda danışarkən, mən diqqəti regional kontekstə yönəltmək istəyirəm. Söhbət regionda Türkiyə, Gürcüstan və Azərbaycanın güclənən ittifaqından gedir. Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində Türkiyə, Gürcüstan və Azərbaycan Qarabağ və Abxaziya problemi ilə bağlı birgə mövqe sərgiləyəcəklər. Gürcüstan da Türkiyə və Azərbaycanın Qarabağla bağlı bəyanatına qoşulacaq. Bu, Ermənistan üçün yaxşı variant deyil. Həmçinin, belə vəziyyət regionda gərginliyin artan templə davam etdiyini göstərir. Baş verənlər fonunda Ermənistan qərar qəbul etdi ki, NATO-nun təlimlərində iştirak etmək məqsədəuyğun deyil".

Qeyd edək ki, Ermənistanın NATO təlimlərində iştirakdan son anda imtina etməsi ciddi müzakirələrə səbəb olmuşdu. Lakin sonradan sirlər açılır və əsl səbəblər ortaya çıxır. Xüsusilə İrəvanda qapalı Qarabağ müzakirələrinin keçirilməsi erməni rəhbərliyinin baş verənlərdən ciddi şəkildə narahat olduğunu göstərir.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3927   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel