Qadını çılpaq şəkildə yolda sürüyür, növbə ilə cinsi əlaqədə olurlar, sonra...

Məlum olduğu kimi, Böyük fransız inqilabı nəticəsində monarxiya devirilərək respublikanın yaranmasına səbəb oldu.
Əhali qəzəblə aristokratların və kral ailəsinin qanlarını istəyirdi. İnqilabçı terrorunun əlindən həlak olanlar arasında markiza de Lambal da var idi. Bu səxavətli madamın ölümü o dərəcə qorxunc idi ki, bir sıra orta əsr vəhşilikləri bu hadisə ilə müqayisədə kölgədə qalır.
"sentyabr ölümləri" kimi tarixə düşən, 20 mindən artıq başın bədəndən üzüldüyü günlərə - Versal sarayının şahzadə-xanımı markiza de Lambalın simasında işıq salır.
Mariya-Luiza-Tereza italyan şahzadəsi Karinyanonun və hessens şahzadəsi Kristina-Henriyettanın qız idi. 18 yaşında qızı markiz de Lambala ərə verirlər, lakin evlilik həyatından həzz almaq ona müvəffəq olmur. Yeni evlənən bəy - gənc Markiz de Lambal 19 yaşının olmasına baxmayaraq, artıq bütün Fransada öz əxlaqsızlığı ilə məşhur idi. Markizin valideynləri ümid edirdilər ki, evlənərək o, ciddiləşəcək, amma bu, belə olmadı. De Lambal toyundan yarım il sonra sifilisdən öldü...
Dul qalan qadın böyük mirasa sahib olur, amma onu bu cah-cəlal az maraqlandırırdı. Markiza de Lambal monastıra getməyə hazırlaşırdı, lakin markizanın qayınatası Hersoq de Pentyevr dul qadını dünya həyatında qalmağa inandırdı. Birlikdə onlar fəal xeyriyyəçiliklə məşğul olmağa başladılar. Bir müddətdən sonra sadə xalq onu "Pentyevrin mələyi" adlandırırdı.
Mariya-Antuanetta XVI Lyudovikin xanımı olandan sonra markiza de Lambalı saraya yaxın edir və onu bir növ təsərrüfat müdiri təyin edir. Qadınlar çox yaxın dost olurlar. Bir müddətdən sonra daimi saray intriqaları markizanı yormağa başlayır, bu səbəbdən o, Versalda nadir hallarda görünməyə başlayır.

Bu arada, Fransa kraliçasından narazılıq get-gedə artırdı. Xalq çox bədxərc olduğu üçün Mariya-Antuanettaya nifrət edirdi.
İnqilabi hadisələr başlayan zaman, markiza de Lambal xaricdə müalicədə idi. Fransada nə baş verdiyini bilən kimi sədaqətli xanım, dərhal rəfiqəsi kraliçaya yardım etmək üçün ölkəyə qayıdır. Kral ailəsinin qaçışı zamanı de Lambal öz dincliyində yatmışdı. Axşam Mariya-Antuanetta onun otağına daxil olur və məktub qoyur. Məktubda o, de Lambalın təcili Fransanı tərk etməsini xahiş edir və tezliklə xaricdə görüşəcəklərinə ümid edirdi. Markiza məktubu yalnız növbəti səhər oxumuşdu.

De Lambala qaçmaq müyəssər oldu, amma kral ailəsinin bəxti gətirmədi – onları tutdular. Hələlik bir-birilə məktublaşmaq imkanı var idi, bu baxımdan kraliça markizaya yazaraq yalvarırdı ki, İngiltərədə qalsın. Amma sədaqətli rəfiqə onun xahişini yerinə yetirmir və Fransaya geri qayıdır. Fransaya yola düşərkən markiza vəsiyyətnamə yazır, çünki o anlayırdı ki, artıq İngiltərəyə dönməyə bilər...
10 avqust 1792-ci ildə inqilabçılar Tyuilriyə zorla soxularaq kral ailəsini və 8 saray həvarisini həbs edərək, onları müxtəlif həbsxanalara göndərirlər. Markiza de Lambala La Fors qismət olur.

Bu arada, aristokratların türmələrdə qiyam edəcəkləri gözləntisi şayiə olaraq sürətlə yayılmağa başlayır və bu, 2 sentyabr 1792-ci ildə insanların coşğusunu pik nöqtəsinə gətirib çıxarır. Xalq qəzəb içində həbsxanalara hərəkət edərək, dustaqları xüsusi qəddarlıqla qətl etməyə başlayırlar.
Növbəti gün onların hədəfində La Fors həbsxanası idi. Amerikalı tarixçi R.Polmer öz "Böyük Fransa inqilabı" tarixi oçerkində qeyd edir ki, xalq məhkəməsinə Jak-Rene Eber başçılıq edirdi. La Fors-da 10-larla məhbus dərhal öldürülür, amma markizanı bayıra çıxarırlar. Eber onu dindirməyə qərar vermişdi. Ona inqilabın ideyalarını dəstəkləməyi və kral ailəsini lənətlənməyi təklif edirdi. Qəzəblənmiş camaat arasında markizanın qayınatası Pentyevrə rəğbət bəsləyənlər də var idi. Onlar kənardan qışqıraraq, markizanı tələblərə əməl etməyə çağırırdılar. Amma madamən fikrində sonuna qədər kral ailəsinə sədaqətini nümayiş etdirmək var idi. O, azadlığın, bərabərliyin və qardaşlığın ideyalarına and içir, lakin öz dostlarını lənətləməkdən imtina edir... Eber özü də Pentyevrin yaxşılıqlarından bəhrələnən bir şəxs idi. O, "Bu aristokrat xanımı azad edin" deyərək onu buraxır. Əslində isə bu, dəhşətli qətlin fərmanı idi. O, nəzərə almadı ki, qəzəblənmiş, gözləri qanla dolu camaat markizanı əfv etməyəcək.
Markiza de Lambalın üstünə dərhal bir neçə insan hücum edir. Keçmiş bərbər Şarla onun alnını qılıncla yarır, markiza bərk yaralanır. Qadının geyimini cıraraq yol boyu sürüməyə başlayırlar. Yenə də Hersoq Pentyevrin tərəfdarlarından olanlar cəlladlara müraciət edərək onu dərhal öldürmələrini xahiş edirdilər. Çünki madamın uzun müddət əzab çəkməsini istəmirdilər, amma faydasız, onların ağızları qapadılır...
De markiza Lambal mümkün olan bütün vəhşiliklərin qurbanı olur: onu növbə ilə zorlayır, uzun müddət ələ salır, sonra döşlərini kəsirlər. Qana susamış camaat kənardan bu eyş-işrəti dəstəkləyirdi. Sonda Qəssab Qrizo madamın başını kəsir və dəhşətli sentrabr gününün səhərisi isə daha qorxunc yön alır...

Onlar hər pəncərəyə yaxınlaşaraq kəsilmiş başı içəridə olanlara nümayiş etdirirdilər. Soyuqqanlılığı ilə tanınnan kraliça Mariya-Antuanetta pəncərənin arxasında qorxunc mənzərəni görər-görməz, dözmədi və huşunu itirdi.
Kraliça Mariya-Antuanetta özü isə o vaxtın ən məşhur edam aləti gilyotin bıçağının altında edam olundu.

Mənbə: publika.az
Qadını çılpaq şəkildə yolda sürüyür, növbə ilə cinsi əlaqədə olurlar, sonra...Qadını çılpaq şəkildə yolda sürüyür, növbə ilə cinsi əlaqədə olurlar, sonra...Qadını çılpaq şəkildə yolda sürüyür, növbə ilə cinsi əlaqədə olurlar, sonra...


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 7577   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmət

17 dekabr
.

Buğanı bəsləmək istəyən gənc təhlükəli vəziyyətlə üz-üzə qaldı - VİDEO

Buğanı bəsləmək məqsədilə onun saxlanıldığı əraziyə daxil olan gənc gözlənilməz hadisə ilə üzləşib. Gəncin buğanın üzərinə çıxmasında sonra heyvan onu ayağının altına salıb. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı gənc böyük panik yaşayıb və buğanın ayağı altından çıxmaq üçün ciddi mübariz

18 dekabr
.

Baş örtüyü ilə üzlərini gizlədən ana və qız evdən qızıl oğurladılar - VİDEO

Adana şəhərində baş örtüyü ilə üzlərini gizlədən ana və qız iki evə daxil olaraq 670 min lirə dəyərində qızıl, zinət əşyası və pul oğurlayıblar. xəbər verir ki, hadisə ilə əlaqədar 3 şübhəlidən Yeter U. tutularaq həbs edilib. Təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilən Yeter U. ittihamları rəd

18 dekabr
.

Bir kişi yol kənarında ölü tapılıb - VİDEO

Biləcikdə Suriya vətəndaşı olan bir kişi yol kənarında ölü vəziyyətdə aşkar edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı əldə olunan məlumata görə, saat 20:30 radələrində Ertuğrulgazi məhəlləsində, Kent Ormanı Özgen Villaları yolunda yerdə hərəkətsiz uzanan bir şəxsi görən vətəndaşla

17 dekabr
.

Atasının dəfn mərasimində yaşadığı hadisə qadını ikinci dəfə sarsıtdı - VİDEO

Atasının dəfn mərasimində 600 min TL dəyərində qızıl-zinət əşyalarının oğurlandığını iddia edən qadın yaşadığı hadisəni sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, ağrılı günlərində belə bir hadisə ilə üzləşməyin onları bir daha yıxdığını deyən qadın

19 dekabr
.

Maşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO

Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr

19 dekabr
.

Dünyanın ən ölümcül dəniz canlılarından birinə toxunan turist təhlükəni sonra başa düşdü - VİDEO

Filippində tətil edən britaniyalı turist dayaz sularda qarşılaşdığı və zərərsiz sandığı bir dəniz canlısına toxunaraq böyük təhlükə ilə üzləşib. Mütəxəssislər bildirirlər ki, sözügedən canlı - mavi halqalılı ahtapot - siyanürdən təxminən 1 00 dəfə daha güclü zəhərə malikdir. türk mediasına istinadə

18 dekabr
.

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti TAPILDI

Sumqayıt şəhərində 30-cu məhəllə ərazisində 18 yaşlı gəncin meyiti aşkarlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədər ölü

17 dekabr
.

Pekində muzeydə insident: 2 kiloqramlıq qızıl tac zədələndi, ziyan 90 min manata yaxın - VİDEO

Çinin paytaxtı Pekində yerləşən muzeylərdən birində xoşagəlməz hadisə baş verib. xarici mediaya istinadən xəbər verir ki, təxminən 2 kiloqram saf qızıldan hazırlanmış xüsusi bir tac uşağın vitrininə toxunması nəticəsində yerə düşüb. Məlumata görə, yerə düşən qızıl tac gözəllik fenomeni Zhang Kaiyini

17 dekabr