İki gün əvvəl həbsdən çıxarılan bloggerdən İlham Əliyevə MƏKTUB

İki gün əvvəl həbsdən çıxarılan bloggerdən İlham Əliyevə MƏKTUBBloqger Aleksandr Lapşin əfv olunduğu üçün prezident İlham Əliyevə təşəkkür məktubu yazıb.

Bu barədə APA-ya A. Lapşinin vəkili Eduard Çernin məlumat verib.

E.Çernin bildirib ki, Lapşin məktubunda əməlindən peşman olduğunu bildirib: "Lapşin məktubunda səhvlərini başa düşdüyünü qeyd edib, əfv olunduğu üçün prezidentə və ailəsinə təşəkkürünü bildirib".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 11-də Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib.

Onu da əlavə edək ki, A. Lapşin sentyabrın 10-da cəzaçəkmə müəssisəsində intihara cəhd edib.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. O, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlətə qarşı açıq çağırışlar) və 318.2-ci (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 281.2-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma - Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verib, bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib.

A. Lapşin Cinayət Məcəlləsinin 318.2-ci (sərhədi qanunsuz keçmək) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul tarixli hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil onu da əlavə edib ki, Lapşin hələ də xəstəxanadadır: "Səhhəti normal olsa da, düşündük ki, burda evi yoxdur, hara göndərə bilərik?! Ona görə xəstəxanada qalması məsləhət görüldü".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1096   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel