Ermənistan Azərbaycanın tam məhvi üçün Rusiyadan yardım istədi

"Biz İranın dəstəyi ilə Azərbaycanı kiçik dövlətlərə bölməliyik"

Erməni politoloq, professor Levon Şirinyan Azərbaycanın tam məhvinə çağırıb və bu məsələdə Rusiyanın dəstəyini tələb edib.

Erməni professor "1in.am"a müsahibəsində deyib: "Əgər biz yaşamaq istəyiriksə, Azərbaycan ölməlidir. Bu o qədər aydın məsələdir ki, Rusiya bizim hüququmuzu tanımalı və çoxəsrlik dostluqdan (Ermənistanla Azərbaycan arasında - red.) danışmağı dayandırmalıdır", - deyə Levon Şirinyan bildirib.
Erməni professor Azərbaycanın bir dövlət kimi İranın və Ermənistanın əleyhinə yaradıldığını iddia edib, Ermənistanın açıq və ya gizli şəkildə Azərbaycanı sıradan çıxarmaq işinə rəhbərlik etməsini tələb edib. Açıq faşist şüarları səsləndirən erməni professor Azərbaycanı parçalayaraq yerində kiçik dövlətlər yaratmağa çağırıb.

Levon Şirinyanın professor tituluna baxmayaraq, o, sıradan ermənilər kimi düşünür, Ermənistandan keçirilən bir sosial sorğuda rəyi soruşulan bütün ordular Azərbaycanı raket atəşləri ilə, böyük ehtimalla nüvə başlıqlı raketlərlə məhv etməyi məqbul sayırlar. Sadə ermənilər bu fikirdədir ki, bütün xristian dünyası, xüsusilə də Rusiya bütün türkləri olmasa da, ən azından Azərbaycanı məhv etməkdə Ermənistana yardım etməyə borcludur. Ermənilər özlərini bütün Hind-Avropa xalqlarının, o cümlədən rusların və farsların ataları sayırlar, bu, baxımdan, türklərə qarşı mübarizədə İranın və digər irandilli xalqların Ermənistana yardım etməyə borclu olduqlarını iddia edirlər.
İranın Azərbaycana qarşı yürütdüyü mehriban düşmən siyasəti ilə az-çox Ermənistanı qane edir. Amma ermənilər elliklə Rusiyadan narazıdırlar və bu, Rusiyanın Azərbaycana silah satışı ilə bağlıdır. Ermənilərin Rusiyadan narazılığı getdikcə artır, son bir ildə ölkədə qərbçilərin payı 10 faizdən 40 faizə qədər yüksəlib. Moskvadan narazılıq yaxın perspektivdə Ermənistanı Rusiyanın orbitindən çıxara bilər.

Bu isə Ermənistan üçün çox faciəli nəticələrə gətirə bilər. Bunu əksər erməni ekspertlər anlayır. Bu məsələyə "Regnum"da dərc edilmiş "Ermənistanın baş naziri kim olacaq" başlıqlı məqalədə də toxunulur. Məqalədən belə başa düşülür ki, Ermənistan siyasətçiləri Rusiyaya sadiq qala-qala özünü qərbçi göstərməyi bacaran Serj Sarkisyanın ömürlük hakimiyyətdə qalmasına çalışırlar.
Məsələn, hakim Respublika Partiyasının təmsilçisi, deputat Nairi Saakyan xeyli irəli gedərək Serj Sarkisyanın ömürlük hakimiyyətdə qalmasını istədiyini vurğulayır: "Şəxsən, mən istəyirəm ki, Serj Sarkisyan ömrünün sonuna kimi hakimiyyətdə qalsın, o çox etibarlı adamdır", - deyə Saakyan vurğulayıb.

Tərcümeyi-halından belə görünür ki, Nairi Saakyan yetərincə ağıllı adamdır və Azərbaycanı məhv etmək üçün İran və Rusiyanı köməyə çağıran, adını professor qoymuş Levon Şirinyandan çox fərqlənir. Tərcümeyi halı göstərir ki, o, yetərincə praqmatik və erməni paranoyasından uzaq insandır. Məsələn, ermənilər Rusiyanın yardımı ilə 1991-1994-cü illərdə elliklə Qarabağı işğal etməyə qalxanda o, Yakutskda bizneslə məşğul olub. Halbuki, Kazanda hərbi ali raket məktəbini bitiribmiş.
Ermənistan Azərbaycanın tam məhvi üçün Rusiyadan yardım istədiErmənistan Azərbaycanın tam məhvi üçün Rusiyadan yardım istədiMənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1599   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28 mart
.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart
.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Prezidentin köməkçisi: Azərbaycan Çini yaxşı dost və tərəfdaş kimi görür

Biz Çinlə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib. O vurğulayı

26 mart
.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart