Bakıda hər kəs 9 uşaqlı bu ailədən danışır - ÜRƏKPARÇALAYAN VİDEO

Bakıda hər kəs 9 uşaqlı bu ailədən danışır - ÜRƏKPARÇALAYAN VİDEOHeç qarşınıza çıxıbmı skamyalarda, daşın-kötüyün üzərində, lap elə küncdə-bucaqda yerdən oturub dizlərini qucaqlayaraq yatan azyaşlı? Gələcəyi müəmmalı olan uşağının yanında boynubükük dayanan, əli heç nəyə və heç kimə çatmayan ata-ana necə, gördünüzmü? Bəzən ağır yük daşıyan yaşlı bir insanın ora-bura vurnuxmağından getməyə ünvanı olmadığını, enində-sonunda yükünü harasa bir kənara qoyub çöldə qalacağını görür, ancaq bütün bunları sadəcə seyr etməklə kifayətlənirik. Bəzilərimizsə belə kimsəsiz və çarəsiz insanlar gördükdə uzun-uzadı düşünür, təəssüflənirik. Bu hisslər əlbəttə ki, kömək etmək imkanımız olmayanda içimizdə baş qaldırır. İmkanımız daxilində yardım etdiyimiz də olur heç şübhəsiz ki. Amma bu yardım həmin insanların həyatını yox, sadəcə gününü dəyişə bilər. O da çox yox. Bəlkə də bir neçə saatlıq. Çünki həyatda elə çətin, ağır durumlar var ki, onları sadə insanların yox, yalnız imkanlı adamların dəstəyi ilə dəyişmək mümkün olur. Belə durumları adətən evsizlik, yuvasızlıq, kimsəsizlik də adlandırmaq olur. Əlbəttə ki, bu həyatı insan özü seçmir. İnsanın bu vəziyyətə düşməsinin müxtəlif səbəbləri olur. Bəzən nəticə o qədər ağır olur ki, insan onu bu vəziyyətə gətirən səbəbkara nifrət etməkdən daha çox, onu normal həyata qaytara biləcək xilaskara, xeyirxaha ümid etməyə üstünlük verir...

Həftələrdir ki, 9 uşaqlı bir ailə həmin o skamyalara, daş döşəmələrə sığınıb ümidlə yaşayır... Ümid edir ki, nə zamansa başı üzərində doğma bir dam olacaq. Ailə iki həftəyə yaxındır 28 may metrosunun yaxınlığında, parkların birinə sığınıb. Vəziyyətləri bu insanları hansısa bir xeyirxahın tapılacağı ümidi ilə yaşamağa vadar edir. Ata və ana Bakıya 5 azyaşlı uşağı ilə gəlib... Bura çarəsizlikdən, səslərini hamıya eşitdirmək üçün üz tutublar. Biz çəkilişə gedərkən uşaqlarından biri skamyada uzanıb yatmışdı. Ata və ana əllərindən gəldiyi qədər qalan uşaqların qayğısını çəkirdilər. Hazırda çöldə qalan bu ailədə 9 uşaq var. Ailənin başçısı Natiq Hacıyev 1969-cu ildə Gəncə şəhərində doğulub. Anasını körpəykən itirib, nənəsinin himayəsində böyüyüb. Sonra əsgər gedib. 1992-93-cü illərdə Şuşanın müdafiəsində döyüşüb, yaralanıb, Qarabağ əlilidir. Natiq xanımı və 5 uşağı ilə birgə Gəncədən Bakıya gəlib. Artıq kirayə pulunu çatdıra bilmədikləri üçün dövlətdən sığınacaq istəmək olub məqsədləri. Valideynlər sığınacağı özlərindən çox bu körpələri üçün istəyirlər.

9 uşaq anası Zemfira İbrahimova 1973-cü ildə Xudatda doğulub. 1997-ci ildə Natiqlə ailə qurub. Orta təhsil alıb. 20 ildir evsizdir gördüyünüz bu çoxuşaqlı ailə. 8 ilədək Xaçmazda kirayə qalan ailə, sonra Şəmkirin Qərəcəmil kəndinə köçüb. Elə orada da kirayədə yaşayıb bu körpələr. Həmin kənddə ailənin iki qızı ərə gedib. Biri 18, biri 17 yaşında. 2015-ci ildə Gəncəyə köçən ailənin artıq kirayədə yaşamaq imkanı da olmayıb. Şəhərin parklarında, Dəmiryol Vağzalında, qohum evlərində qalıblar. Amma bu cür yaşamaq elə də asan olmayın. Ümidlərini Bakıya bağlayıblar. Paytaxtdır, nə qədər olmasa səfillikləri, sərgərdanlıqları daha yüngül keçər-düşünüb Bakıya gəliblər. Bakıda da Dəmiryol Vağzalında gecələyirlər. Gecələri vağzalda, gündüzləri bu parkda keçir.

Ailənin böyük uşağı 21, kiçiyi isə 3 yaşındadır. Zemfira xanım deyir ki, bu Vətən üçün 5 əsgər böyüdür. Özü də bunu qürurla, baş ucalığı ilə edir. Çünki Azərbaycana, torpağına və insanlarına bağlıdır.

Natiq Gəncədə orta məktəbi və aktyorluq dərnəyini bitirib. Deyir, həyatın ailəsi və övladları üçün bu qədər çətin olacağını bilməzdi. Əslində onun ev tikməyə gücü də olmayıb heç vaxt. Gecə-gündüz xanımı ilə istixanalarda günəmuzd çalışıb. Yalnız uşaqlarının gündəlik ərzağını ödəyə biliblər, vəssalam. Bir də illərlə davam edən kirayə haqqını. Subay vaxtı Natiq 3 il Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor kimi çalışıb. Deyir bir çox tamaşalarda rol alıb və bu sənəti sevib. Amma davamsız problemlər onu sıxıb deyə sonradan baş götürüb qazanc arxasınca Rusiyaya gedib.

Zemfira İbrahimova deyir ki, onların problemi 20 ildir davam edir: "Cənab prezidentdən xahiş edirəm çoxuşaqlı ana kimi bizə bir otaqlı yataqxana da olsa versinlər. Heç olmasa bu uşaqlarımın başını salmağa yerləri olsun. Düzdür, öz zəhmətimizlə işləriyik parnikdə, çöllərdə yenə də dolanışığımız çətindir. Uşaqları kirayədə saxlamaq çox çətindir".

Danışdıqca bir ana kimi ürəyində qalan arzuları da bölüşürdü Zemfira xanım. Kasıbçılıqdan uşaqlarının heç birinin orta təhsili belə yoxdur. Deyir, ailə quran hər iki qızının təhsil almaq arzusu ürəyində qalıb. Böyük oğulları istixanada işləyir deyə Bakıya gələ bilməyiblər. Ana bu beş balasının heç olmasa orta təhsil almasını arzulayır. Bunun üçün də o, sığınacaq istəyir, həm uşaqların təhsil alması, həm də başları üstündə bir damın olması üçün: "Bircə ümidim Allahdır, bir də prezidentimizdir". Natiq camaatdan razılıq edir. Deyir onlara laqeyd deyil insanlar.

Əslində Zemfira xanım çoxuşaqlı ana olmasından heç də narazı deyil. Əksinə, deyir bu çox yaxşıdır. Sadəcə maddi çətinlik imkan vermir ki, Tanrının bəxş etdiyi bu əvəzsiz nemətin dadını çıxarda bilsinlər.

Ailə ümidini hər şeydən üzməyib. Belə çətin, sonu bəlli olmayan bir durumda da hələ ki, möcüzənin baş verəcəyinə inanır Natiqlə Zemfira. İmkanlı şəxslərdən kömək gözləyirlər. Əsas ümidlərini isə dövlətə bağlayıblar: "Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən xahiş edirəm ailəmə yaşamaq üçün sığınacaq versin. Çox-çox xahiş edirəm".

Qeyd: Natiq Hacıyevlə əlaqə saxlamaq üçün telefon nömrəsini diqqətinizə çatdırırıq: 050-384-78-17


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1333   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021