Trampa ŞOK

Trampa ŞOK18 ildən bir təkrarlanan Günəş tutulmaları bu günə qədər fəsadsız ötüşməyib. Ancaq sonuncu günəş tutulması hadisəsindən sonra heç bir təbii fəlakətin baş verməməsi illərdir "şablonlaşmış" fikri bir qədər unutdurdu. Ta ki, Amerika Birləşmiş Ştatlarını cənginə alan qasırğalar başlayana qədər.

Bu il də təkrarlanan nadir təbiət hadisəsini tam şəkildə yalnız ABŞ sakinləri müşahidə edə bildi. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edən Günəş tutulması ilk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə etdi. Hətta bu Günəş tutulmasına "Böyük Amerika tutulması" adı da verdilər.

Günəş tutulmalarından sonra nələr olub?

Yada salaq ki, böyük Günəş tutulmasının ardından böyük fəlakətlər olacağı iddiaları həmişə olub. Hətta alimlər qeyd edib ki, zəlzələlərin baş verməsinə səbəb Günəşdə baş verən hadisələr, planetlərin paradı və digər hadisələrdir.

Sitat: "Günəş tutulması haradasa, hansısa zəlzələnin baş verməsinə təkan verə bilər".

Deməli, 18 ildən bir təkrarlanan Günəş tutulmasından sonra dəhşətli təbii fəlakətlərin baş verməsi ehtimal yox, gözləniləndi.

Astroloqlar Ueyd Keyvs və Markori Orr da Günəş tutulmasının xüsusilə avqust ayına təsadüf etdiyi illərdə böyük fəlakətlərin baş verdiyini aşkar ediblər. Onların araşdırmasına görə, Günəş tutulmasının avqust ayına düşdüyü illərdə (1909, 1927, 1945, 1963, 1981 və 1999) bu dəhşətli hadisələr olub: ABŞ-ın keçmiş prezidenti Ronald Reyqana sui-qəsd cəhdi, Xirosima və Naqasakiyə atom bombası atılması, Franklin Ruzveltin ölümü, Çikaqoda xaos və Prezident Uilyam Tafta sui-qəsd.

Günəş Türkiyəni necə qaragünə qoydu?

Təkcə 18 il öncə baş vermiş Günəş tutulmasından sonra Türkiyədə baş vermiş fəlakəti xatırlamaq kifayət edir. Belə ki, 1999-cu ilin 9 avqust tarixində tam Günəş tutulmasının episentri İstanbula düşmüşdü. Hətta bu nadir təbiət hadisəsini izləmək üçün dünyanın dörd bir yanından İstanbula axışıb gələnlər də olmuşdu. Hətta həmin hadisə Türkiyədə böyük coşqu ilə qarşılandı və bayram ovqatı ilə qeyd edildi.

Güşən tutulmasından cəmi 8 gün keçdikdən sonra Türkiyədə dəhşətli Mərmərə (Konya) zəlzələsi baş verdi. Zəlzələ dağıntı və çox sayda insan itkisiylə nəticələndi.

Həmin il avqustun 17-də səhər saatlarında baş verən zəlzələ zamanı 18 mindən çox insan həlak oldu, 24 min insan yaralandı, 505 nəfər isə ömürlük şikəst qaldı.

Aşağı zəlzələ, yuxarı qasırğa

Və budur. Hadisələr özünü çox gözlətmədi. İndi təbi fəlakətlər, zəlzələ və qasırğalar şimallı-cənublu Amerikanı cənginə alıb. Aşağıda meksikalılar zəlzələ ilə, yuxarıda ABŞ sakinləri isə qasırğa ilə əlləşir.

2 gün ərzində 3-cü dərəcədən 5-ci dərəcəyə qalxan "İrma" Amerika tarixində ən güclü qasırğa hesab olunur. Qasırğanın qrafik versiyasında binaların ağac kimi yelləndiyi göstərilir. Müasir öncəgörücülərdən Johan Fenn Yutub kanalında bir neçə gün əvvəl daha 2 qasırğa, sunami və zəlzələ barədə öncəgörməsi olduğunu elan edərək, hökuməti daha çox xilasedici cəlb etməyə çağırıb.

Meksika Milli Seysmologiya Xidməti də zəlzələdən sonra ölkə sahillərində bəzən 8-8.4 bala çatan 61 yeraltı təkanın baş verdiyini bildirib. Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb. Zəlzələnin Meksika tarixində son 100 ildə ən güclü zəlzələ olduğu bildirilir.

Günəş tutulmasında qürub edən Tramp

Günəş tutulmalarından sonra təyyarə qəzalarının, partlayışların, dövlət xadimlərinə sui-qəsdlərin olacağı iddiaları da var. Hətta Günəş tutulması hadisəsindən əvvəl amerikalı astroloqlar bununla bağlı proqnozlarını da vermişdilər. Ulduz falına görə, Prezident Donald Trampın rəhbərliyi sona yetəcək. Proqnoza görə, bu, iki yolla baş tuta bilər – prezident ya qətlə yetiriləcək, ya da ona impiçment elan ediləcək.

Amerikalı astroloqların proqnozlaşdırdığı təbii fəlakətlər baş verdi və hələ də davam etməkdədir. Növbə Prezident Trampdadırmı? Bunu artıq zaman göstərəcək.

Növbəti Günəş tutulması və …

Məsələ ilə bağlı Axar.az-a danışan astroloq Səbuhi Rəhimli Günəş tutulmasından sonra ABŞ-da təbii fəlakətlərin baş vermə ehtimalını bildirmişdi:

"Astrologiyada Ay və Günəş tutulmaları çox mühüm əhəmiyyət kəsb edir. Bu hadisə nəticəsində təbii fəlakətlər, təbiətin anormal dəyişikliyi, Ayın hərəkətinə uyğun olaraq okean-dəniz sularında qabarma və çəkilmələr olur. Ay tam bədirlənəndə dəniz və okean sularında daşqınlar baş verə bilər".

Qeyd edək ki, növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.

Mənbə: axar.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1215   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb. Qey

12 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Prezident Qəbələyə gedib

Prezident İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, "Azərişıq" ASC-nin 110/35/10 kV-luq "Hacıalılı" elektrik yarımstansiyasını

9 aprel
.

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı ola bilər

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqi

12 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel