Azərbaycanda gecə saatlarında rayonlara çıxanlara ÇOX MÜHÜM XƏBƏRDARLIQ !

Azərbaycanda gecə saatlarında rayonlara çıxanlara ÇOX MÜHÜM XƏBƏRDARLIQ !Bakıdan rayonlar üzrə marşrutlara gecə saatlarında sərnişin avtobusları hərəkət edir. Gecə saatlarında sərnişin avtobuslarının reysə çıxması təhlükəli ola bilər.

Bakıdan gecə saatlarında rayonlara hərəkət edən sərnişin avtobuslarına hansı qurum nəzarət edir?

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov Trend-ə açıqlamasında bildirib ki, təmsil etdiyi qurumun xətti ilə gecə saatlarında şəhərlərarası marşutlar üzrə sərnişin daşınması qadağandır: "Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən gün ərzində rayonlara sonuncu marşrut saat 19:00-da çıxır. 19:00-dan sonra avtovağzaldan şəhərlərarası marşrut avtobusu çıxmır və sərnişin daşınmır. Avtovağzal Kompleksindən yalnız beynəlxalq marşrutların bəziləri gecə saatlarında start götürür. Həmin marşrut avtobusları ən gec 23:30-da avtovağzaldan hərəkət edir".

Y.İsakov qeyd edib ki, gecə saatlarında şəhərlərarası sərnişin daşıyan avtobusların Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinə aidiyyəti yoxdur: "Avtobuslar metronun "20 Yanvar" stansiyasının ətrafı, "Şamaxı yolu" adlanan ərazi və digər yerlərdən işləyir. Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksi Bakıdan gecə saatlarında həmir ərazilərdən rayonlara hərəkət edən sərnişin avtobuslarına görə məsuliyyət daşımır".

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, qanunsuz fəaliyyət göstərən mikroavtobuslarla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları və yol patrul xidmətinin inspektorları mütəmadi olaraq tədbirlər görürlər: "Bu tədbirlərdən biri də Bakı-Sumqayıt yolu üzrə qanunsuz hərəkət edən marşrut avtobuslarına qarşı reydlərdir. Tədbirlər nəticəsində qeyri-qanuni daşımaların qarşısı alınıb. Amma buna baxmayaraq, qanunsuz hallara rast gəlinir və bu istiqamətdə tədbirlər davam etdirilir".

K.Əliyev axşam saatlarında Bakıdan rayonlara hərəkət edən marşrutlarla bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, marşrutlar respublika ərazisindəki stasionar postlarda saxlanılır və qanunsuz olduğu halda onlar barəsində tədbir görülür: "Əgər həmin marşrutlar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən hərəkət edirsə, həmin marşrutlar qanunidir. Avtovağzaldan kənar qanunsuz sərnişin daşıyan avtobuslara gəldikdə isə, onlar aşkar edildikdə bu barədə tədbir görülür".

K.Əliyev bildirib ki, əgər sərnişinlər belə faktlara rast gəlirsə, bu barədə yol polisi əməkdaşlarına məlumat versinlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2041   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021