"Lotu Quli"nin kirvəsinin məhkəməsi: "Kişi kişinin üzünə durmaz"

"Lotu Quli"nin kirvəsinin məhkəməsi: "Kişi kişinin üzünə durmaz""Lotu Quli"nin kirvəsinin növbəti məhkəməsi keçirilib.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb.

M.Namazovun cinayət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.

Məhkəmədə şahid qismində Daxili İşlər Nazirliyinin əməkdaşı Sərxan Kamalov dindirilib.

O bildirib ki, keçən il mart ayında Nəsimi rayon ərazisində əməliyyat məlumatı daxil olub: "Raportla Nəsimi Polis İdarəsi məlumat gəldi ki, həmin şəxs narkotik alveri ilə məşğul olub. Biz əməliyyat keçirdik və saxladıq. Cibindən İphone markalı telefon və bükümdə 200 qramdan çox narkotik vasitə aşkarladıq. Protokollaşdırdıqdan sonra maşınında axtarış apardıq. Silah və 16 ədəd patron götürüldü. Maşından da 300 qram narkotik maddə aşkarlandı. Həmin vaxt vəkil və hal şahidləri vardı. Bizim qrupdan başqa Nəsimi rayon Polis İdarəsinin əməkdaşkarı da axtarışda olub".

Şahid deyib ki, əməliyyat zamanı təqsirləndirilən şəxsə heç bir təzyiq və işgəncə olmayıb.

Prosesdə şahid vəkilin suallarını cavablandırıb. Polis əməkdaşı hadisədən uzun bir müddət keçdiyindən bəzi detalları xatırladamadığını deyib.

Təqsirləndirilən Namazov isə şahidin dediklərinə belə cavab verin: "Bunlar polis məktəbinində polisliyi deyil üzə durmağı oxuyublar. Mənim gülməyim gəlir. Baxın mənim maşınımdan, evimdən patron çıxır. Bəs silah hanı? bir kəlmə demək istəyirəm ki, kişi kişinin üzünə durmaz. Məni tutanda dedilər ki, sifariş yuxarıdandır".

Rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onun avtomobilindən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Məhkəmədə ittihama münasibət bildirən Məhəbbət Namazov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

Proses şahidlərin dindirilməsi ilə davam edəcək. Proses avqustun 2-də davam edəcək.

Xatırladaq ki, "Lotu Quli"nin yeznəsi Vidadi Hüseynov da həns edilmişdi. O da narkotik ittihamı ilə həns edilmişdi. Məhkəmənin qərarı ilə 1 il 6 ay cəza alan V.Hüseynov cəzasının 1 il 3 ayını çəkdiksən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. V.Hüseynov "Bulaq"restoranında silahlı qarşıdurmadan sonra həbs edilmişdi. Məhəbbət Namazov da eyni ərəfədə həbs edilib.

Bildirək ki, "Lotu Quli" 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2180   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub. Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıye

24 aprel
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilə

25 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO

"Ölümü"nü səhnələşdirən dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarş

25 aprel