Hökumətdən pomidorla bağlı mühüm QƏRAR

Hökumətdən pomidorla bağlı mühüm QƏRARRusiya Türkiyədən pomidor tomatlarının tədarükünə qışdan tez icazə verməyəcək.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı naziri Alkesandr Tkaçyov deyib.

Nazir bildirib: "Biz Türkiyədə istehsal olunan pomidorları bazarlarımıza buraxarkən ilk növbədə Rusiya məhsul istehsalçılarını düşünməliyik, ona görə bazarın monitorinqini aparmalıyıq".

Qeyd edək ki, Rusiya Türkiyədən pomidor tədarükünə icazə verilməsi ilə bağlı avqustun 31-də qərar qəbul edib.

Qərardan sonra icazənin Türkiyənin yalnız 9 pomidor istehsalçısı müəssisəsinə şamil edildiyi barədə bəyan edilmişdi.

Sosial   Baxılıb: 2460   Tarix: 13 sentyabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az