"Mən 12 il yatacam, səninsə uşağın olmayacaq..."- Bakıda rüsvayçılıq

"Mən 12 il yatacam, səninsə uşağın olmayacaq..."- Bakıda rüsvayçılıqBakıda dələduzluqda təqsirli bilinən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlər çıxış edib.

Prosesdə iştirak edən 4 zərərçəkmişdən biri şikayətini geri götürdüyünü deyib. Zərərçəkmiş Pərvin Qasımova şikayətini geri götürmədiyini, pulunu tələb etdiyini bildirib.

Təqsirləndirilən Bənövşə Süleymanova bildirib ki, Pərvin Qasımova ondan uşağına görə qisas alır: "Pərvin ailə qurmayıb, ortalıqda qalıb. Uşağı yoxdur, deyə məni qısqanır. Pərvin, mən 12 il də yataram. Amma sənə bir qəpik də vermərəm. Sən bu işdə məndən qisas aldın. Sənin uşağın olmayacaq. Hər gün dua edirəm ki, qarıyıb elə evdə də qalasan".

Digər zərərçəkmiş Famil Şükürov da pulunu tələb etdiyini, şikayətini geri götürmədiyini deyib. Bənövşə Süleymanova isə zərərçəkmişi yalan danışmaqda ittiham edib: "Utanırsız heç, siz bir qadını tutdurdunuz. Sən Astaranın üz qarasısan, ləkəsisən. Sən də məndən Elmarın qisasını aldın. Mənim bu işdə günahım yoxdur. Sizə yalvardım ki, məni tutdurmayın".

Növbəti proses sentyabrın 20-də davam edəcək.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Bənövşə Süleymanovanın 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışıb.

O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.

Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir. O,dələduzluqla ələ keçirdiyi pulları ərinə verdiyini deyib. Həmçinin ifadəsində göstərib ki, əri onu əxlaqsız hərəkətlər etməyə məcbur edib.

Məhkəmədə ifadə verən Elmar Paşayev həyat yoldaşının dediklərini təkzib edib.

Mənbə: teleqraf.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3771   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qatillərin "Crocus City Hall"dan qaçma anının görüntüləri - VİDEO

Terrorçuların "Crocus City Hall"dan qaçma anını əks etdirən yeni görüntülər yayılıb. Məlumata görə, silahlılar yerli vaxtla saat 19:57-də avtomobili binanın yaxınlığında saxlayıblar. Təxminən 15 dəqiqədən sonra onlar küçəyə qaçaraq maşına əyləşib, Bryansk rayonuna tərəf yollanıblar. Videomüşahid

24 mart
.

Samuxda 61 yaşlı kişi yanıq xəsarətləri alıb

Samux rayon Ağasıbəyli kəndində 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb. "Report"un Qərb bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Ş.Vəliyev ehtiyatsızlıqdan qaz balonunun alışması nəticəsində əllərindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyət

24 mart
.

Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeni Həyat kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisini

23 mart
.

Araz Ağalarov danışdı: "20 ildə belə bir şey olmamışdı" - VİDEO

Moskvada yerləşən "Crocus City Hall"un sahibi Araz Ağalarov ilk dəfə olaraq martın 22-də konsert zalında baş verən terror aktına münasibət bildirib. O, oğlu Emin Ağalarov və filial direktoru Roman Qraçovla birlikdə hadisə yerinə baş çəkib. "Dəhşətli faciə baş verdi və artıq deyildiyi kimi

24 mart
.

Xəzər dənizində zəlzələ olub - VİDEO

Xəzər dənizində zəlzələ olub. Bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 4:47-də Siyəzən stansiyasından 220 kilometr şərqdə qeydə alınıb. Zəlzələ üç maqnitudada olub. Zəlzələnin ocağı 28 kilometr dərinlikd

24 mart
.

Dəllək necə terrorçu oldu?-SENSASİON FAKTLAR

Moskva vilayətindəki "Crocus City Hall" konsert zalında terror aktı törətməkdə şübhəli bilinən şəxslər paytaxtın şimalında yerləşən "Okruzjnoy" otelində qalıblar. Rusiya mediası həmin oteldən görüntüləri dərc edib. Otel sahibi deyib ki, onlar martın əvvəlində otaq götürüblər, özlərin

23 mart
.

"Crocus"da terrorda ölənlərin xatirəsi Müslüm Maqomayevin mahnısı ilə yad edilib - VİDEO

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terrorda ölənlərin xatirəsinə həsr olunan anım tədbiri keçirilir. APA-ya istinadən xəbər verir ki, tədbirdə dünya şöhrətli Azərbaycan musiqiçisi Müslüm Maqomayevin "Durnalar" mahnısı səslənir. Xatırladaq ki, hadisə baş verə

24 mart
.

Babək rayonunda "Mercedes" aşıb, 4 nəfər xəsarət alıb

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Uzunoba yolu ətrafında qeydə alınıb. "Mercedes" markalı avtomobilin aşması nəticəsində 4 nəfər - 2001-ci il təvəllüdlü Abuzərov İbrahi

24 mart
.

Qatillər zaldakılardan nə tələb ediblər? – Hadisə şahidi danışır

"Crocus Siti Holl"da terrorçular heç nə tələb etməyiblər, onlar yaxşı hazırlaşmışdılar. -a istinadla xəbər verir ki, bunu terror aktının şahidi Andrey Lesnıx "İzvestiya" portalına açıqlamasında deyib. Zalda bacısı ilə birlikdə olan Andrey Lesnıx ilk təxliyə edilənlərdən olub. Hadis

24 mart