İlham Əliyevin bağışladığı blogger Azərbaycanı tərk etdi

İlham Əliyevin bağışladığı blogger Azərbaycanı tərk etdiBloqqer Aleksandr Lapşin Azərbaycanı tərk edib.

O, Heydər Əliyev Beynəlxalq hava limanından Bakı-Tel Əviv reysi ilə İsrailə yollanıb. A. Lapşini anası Bella Lapşina müşayiət edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev senyabrın 11-də Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib. Onu da əlavə edək ki, A. Lapşin sentyabrın 10-da cəzaçəkmə müəssisəsində intihara cəhd edib.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. O, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlətə qarşı açıq çağırışlar) və 318.2-ci (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 281.2-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma – Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verib, bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib. A. Lapşin Cinayət Məcəlləsinin 318.2-ci (sərhədi qanunsuz keçmək) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul tarixli hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: APA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2136   Tarix: 14 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markal

24 mart
.

"Crocus"dan qızlarına göndərdikləri SON VİDEO ÜRƏK DAĞLADI - "10 dəqiqə var, amma..." - VİDEO

"Crocus"dayıq. Konsertin başlamasına 10 dəqiqə var, amma camaat nədənsə ləng toplaşır". xəbər verir ki, b Sytnikov ailəsinin qızına göndərdikləri son videodur. Oleq və Lyudmila Sytnikov çoxdan "Piknik" qrupunun pərəstişkarlarıdır. Onlar heç nəyi qaçırmamaq üçün "Crocus Cit

24 mart
.

Türkiyədə uşaqlar arasında başlayan dava ölümlə bitib

Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda uşaqlar arasında başlayan dava böyüklərin də işə qarışması nəticəsində faciə ilə nəticələnib. Qeyd olunur ki, böyüklər arasındakı dava zamanı silahdan istifadə edilib. Nəticədə bir nəfər ölüb, daha bir nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

23 mart
.

Azərbaycan Ordusunun əsgəri özünü öldürdü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Elcan Emin oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olmuşdur. Bunu -a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyy

24 mart
.

Erməni arvadı ilə birlikdə Krokus terrorunda həlak olan azərbaycanlı kimdir?

"Crocus City Hall" terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var. Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk olaraq ölənlər sırasında V.Hüseynovun adı çıxıb, L.İsraelyan itkin kimi qeydə alınıb

24 mart
.

"Crocus"da avtomat tapıldı - üzərindəki yazı təəccübləndirir

Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında xilasetmə əməliyyatları zamanı gövdəsi üçrəngə boyanmış və üzərində "Rusiyanın azadlığı uğrunda" yazısı olan "Kalaşnikov" avtomatı aşkar edilib. bizim media-ya istinadla xəbər verir ki, bu barədə BAZA Telegram kanal

24 mart
.

"Crocus"da ölənlərdən biri TANINMIŞ İMİŞ - FOTO

Martın 22-si "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı zamanı "Miss Tver 2001" titulunun qalibi Yekaterina Novoselova həlak olub. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə " onun yaxınlarına istinadən məlumat yayıb. 42 yaşlı Novoselovanın adı Moskva vilayətini

24 mart
.

Sabirabadda "Mercedes" markalı minik avtomobili yanıb

Sabirabad rayonunun Çöl Beşdəli kəndində "Mercedes" markalı minik avtomobili yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

24 mart
.

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb. Bu barədə -a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-nə keçən gecə Binəqədi qəsəbəsi ərazisində "Mercedes" markalı avtomobildən maqnitofon, akkumulyato

24 mart