Azərbaycanda ər arvadını 8 yaşlı uşağının gözü qarşısında boğub ÖLDÜRDÜ - GÖRÜN NİYƏ

Azərbaycanda ər arvadını 8 yaşlı uşağının gözü qarşısında boğub ÖLDÜRDÜ - GÖRÜN NİYƏDaşkəsən rayonunun Bayan kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Sonxeber.az report-a istinadən xəbər verir ki, rayon sakini, 1984-cü il təvəllüdlü Ramil Rafiq oğlu Həsənov arvadı - 1990-cı il təvəllüdlü Könül Hafiz qızı Əzizovanı 8 yaşlı uşağının gözləri qarşısında öldürüb.

Məlumata görə, hadisədən əvvəl K.Əzizova 2-ci sinifdə oxuyan 8 yaşlı uşağını götürərək rayonun Bayan kəndində yaşayan anasıgilə gəlib. Daha sonra onun həyat yoldaşı da ora gəlib və ər-arvad arasında mübahisə yaranıb. Münaqişə zəmnində R.Həsənov arvadını qayınanası və uşağının gözləri qarşısında boğaraq öldürüb.

Kənd sakinlərinin verdiyi məlumata görə, həmin gün kənddə K.Əzizovanın qohumunun toyu olub: "Ramil arvadının həmin toy mərasimində iştirak etməsinə qarşı çıxaraq onun qohumunun toyuna getməsinə icazə verməyib. Ər-arvad arasında mübahisənin də bu səbəbdən yaranıb. Onların ailəsi kənddə sakit və mədəni ailə kimi tanınırdı. Ramilin atası rayonda tanınmış maşın ustasıdır. Ramil sakit oğlan idi. Könülün haqqında indiyə kimi heç bir söz-söhbət olmamışdı. Biz də eşitmişik ki, hadisə qısqanclıq zəminində baş verib.
Hadisədən sonra R.Həsənov könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, R.Həsənov Daşkəsən-Bakı istiqamətinə, şəxsi avtomobili ilə sərnişin daşıma ilə məşqul olurmuş. Baş vermiş hadisə ilə bağlı Daşkəsən Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2587   Tarix: 14 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb. xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub. Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərind

9 aprel
.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart
.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

"Nikosayağı" cəzasının böyük hissəsini evdə çəkə bilər

Xəbər verdiyimiz kimi, "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "Qafqazinfo" xəbər verir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qey

7 mart
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel