Kürəkəndən onlara qonaq gələn qayınatasına qarşı DƏHŞƏTLİ ƏMƏL - Azərbaycanda

Kürəkəndən onlara qonaq gələn qayınatasına qarşı DƏHŞƏTLİ ƏMƏL - Azərbaycandaİsmayıllı rayonunda qayınatasını öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Tural Rüstəmovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Tural Rüstəmov Mehbarə Kərəmova ilə ailə həyatı qurduqdan sonra iki azyaşlı uşağı ilə birlikdə İsmayıllı şəhərində kirayədə yaşayıb.
Son zamanlar Turalla arvadı arasında ailə-məişət zəminində mübahisələr baş verib. Bu mübahisələri qadın atası Roman Kərəmova deyib.
21 avqust 2016-cı il tarixdə Roman Kərimov Tural Rüstəmovun İsmayıllı şəhərində kirayədə qaldıqları evə qonaq gəlib. O, nəvəsi ilə oynayarkən Tural ilə aralarında mübahisə yaranıb. Bundan sonra Roman Kərimov küsərək evi tərk edib.
Müəyyən edilib ki, 22 avqust 2016-cı il tarixdə Tural Rüstəmov İsmayıllı şəhərində işlədiyi "Əşya bazarı" ilə üzbəüz yerləşən qızıl məmulatlarının təmiri sexində olduğu vaxt qayınatası Roman Kərəmov özünün istifadəsində olan mobil telefonundan onun mobil telefonuna zəng edib, iş yerinin yanına gəldiyini bildirib və onun çölə çıxmasını tələb edib.
Tural qayınatasının onunla əsəbi danışdığını görüb. Bu səbəbdən qayınatasının onunla dalaşmaq üçün gəldiyini ehtimal edib. Bu zaman zərurət yaranarsa, qayınatasına qarşı tətbiq etmək məqsədilə əvvəlcədən özü ilə iş prosesində istifadə etdiyi "yeyə" alətini götürüb və üzərində gizlətdikdən sonra çölə çıxıb.
Roman Kərəmov onu idarə etdiyi "Mercedes Benz" markalı avtomaşına əyləşməsini təkid edib. Bu səbəbdən Tural həmin maşına oturub.
Bundan sonra Roman Kərəmov münasibətlərinə aydınlıq gətirmək üçün maşını sürüb, yol boyu hara getdiklərini soruşmasına baxmayaraq, bu haqda məlumat verməkdən imtina edib.
Daha sonra Roman Kərimov rayonunun Quşencə kəndinin yaxınlığında yerləşən məişət tullantılarının atıldığı ərazidə maşını saxlayıb və hər ikisi maşından düşüblər.
Həmin ərazidə Roman Kərəmov tərəfindən onun və yaxın qohumlarının ünvanına nalayiq ifadələrin işlədilməsi ilə müşayiət olunan qarşılıqlı dalaşma zamanı qayınatasının hərəkətlərindən əsəbiləşib, ondan qisas almaq niyyətilə sexdən çıxarkən götürdüyü "yeyə" ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Roman Kərimov aldığı xəsarətlərdən ölüb. Qayınatasını öldürən Tural Rüstəmov polisə gələrək könüllü təslim olub.
Tural Rüstəmov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Rüstəmov cəzasının 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Tural Rüstəmovun vəkili Samir Şərifov apelyasiya şikayəti verib. Müdafiəçi Tural Rüstəmovun barəsində ədalətli cəza təyin edilməsini xahiş edib.
Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Bəhman Kərimov da apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cəzalandırılmasını istəyib.
Hər iki tərəfin şikayətinə Şəki Apelyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.
Qərara görə, Tural Rüstəmovun müdafiəçisinin şikayəti qismən təmin edilib və onun barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Məhkəmə Tural Rüstəmovun cəzasını 10 il 6 aya endirib. Həmçinin hökmün onun cəzasının ilk 3 ilinin həbsxanada çəkməsi barədə verilən cəza hissəsində də dəyişiklik edilib.
Onun cəzasının ilk 2 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.
Zərərçəkmiş şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1437   Tarix: 18 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart