Azərbaycanda iki oğlanın "xınayaxdı" DƏHŞƏTİ: qızı zorla maşına mindirdilər, sonra...

Azərbaycanda iki oğlanın "xınayaxdı" DƏHŞƏTİ: qızı zorla maşına mindirdilər, sonra...Sabirabad rayonunda qız qaçırmaqda təqsirli bilinən rayon sakinləri, 1994-cü il təvəllüdlü Xəyyam Heydərli və 1995-ci il təvəllüdlü Emin Mikayıllının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xəyyam Heydərli 21 iyul 2016-cı il tarixdə, saat 22 radələrində Samirə Babayevanı (ad və soyad şərti verilib – red.) evlənmək məqsədilə oğurlamaq barədə həmkəndlisi Emin Mikayıllı ilə qabaqcadan razılığa gəlib.
Qız qaçırma
Onlar Sabirabad rayonunun Güdəcuhur kəndində yaşayan Əliman Feyzullayevin həyətində keçirilən "xınayaxdı" mərasiminə gediblər. Həmin vaxtı bibisi Fatma ilə şənliydən qayıdan Samirənin qollarından tutub.
O, Samirəni dartaraq yaxınlıqda olan Emin Mikayıllının idarə etdiyi "VAZ-21074" markalı avtomobilə tərəf gətirib və maşına mindirib. Belə bir vəziyyətdə Emin Mikayıllı avtomobili idarə edib və Samirəni oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
İntihar cəhdi
Kəndarası yolda Samirə maşının qapısını açaraq özünü hərəkətdə olan avtomobilin salonundan yerə atıb. Bu səbəbdən Samirə alın nahiyəsində xəsarət alıb.
Xəyyam Heydərli və Emin Mikayıllı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham ediliblər.
Hökm və şikayət
Onların barəsində olan cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Mehdixan Abdullayevin sədrliyilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Xəyyam Heydərli 8 il, Emin Mikayıllı 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.
Təqsirləndirilən şəxslər törətdikləri əməldən peşman oldurlarını bildiriblər. Hər iki təqsirləndirilən barəsində olan hökmün dəyişdirilməsini, barələrində şərti cəza təyin edilməsini xahiş edib.
Qız qaçıranların cəzası niyə yüngülləşdirildi?
Onların şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin barəsində qərar elan edilib.
Qərara görə, Emin Mikayıllının cəzası 2 ilə, Xəyyam Heydərlinin isə cəzası 5 ilə endirilib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 10696   Tarix: 18 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021