Azərbaycanda milyonları sevindirəcək xəbər - "Bundan sonra..."

Azərbaycanda milyonları sevindirəcək xəbər - "Bundan sonra...""Maliyyə Sabitliyi Şurası tərəfindən verilmiş qərarlar, formalaşmış makroiqtisadi çərçivəyə əsasən deyə bilərik ki, biz manatın gələcək məzənnəsi üçün hər hansı risklər görmürük".

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Manatın məzənnəsinin üzən məzənnə rejimində formalaşdığını deyən E.Rüstəmov bildirib ki, tədiyyə balansı müsbət olanda manatın möhkəmlənməsi müşahidə edilir: "Manatın məzənnəsini bazar həll edir. Sadəcə olaraq hökumət, Mərkəzi Bank düşünməlidir ki, bütövlükdə manatın möhkəmlənməsi nə dərəcədə ölkədə həyata keçirilən iqtisadi strategiyaya uyğundur, xüsusi ilə də ixracın şaxələnməsi, ixracın dəstəklənməsi nə dərəcədə doğrudur. Hələlik biz əsaslı qorxu görmürük".

....
"Bu gün Azərbaycan iqtisadiyyatı yeni çağırışlarla üzləşib. Prezident İlham Əliyev tərəfindən irəlin sürülən yeni iqtisadi inkişaf strategiyası və islahatlar proqramı dünyada baş vermiş maliyyə böhranından sonra formalaşan yeni situasiyaya uyğunlaşmağa və yeni iqtisadi artım və inkişaf modelinin formalaşmasına yönəlib".

Bunu Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu gün ölkə qarşısında duran ortamüddətli prioritetlər makroiqtisadi sabitliyin dayanıqlığının təmin edilməsi, iqtisadi şaxələndirməni hərtərəfli dəstəkləyən institusional çərçivənin tamamlanması, insan kapitalının və innovasiyaların inkişafı, maliyyə sektorunun restrukturizasiya proseslərinin tamamlanması və maliyyə-pul bazarlarının inkişafı və bu əsasda iqtisadi artımın sürətləndirilməsi, ölkə əhalisinin yaşayış standartlarının daha da yaxşılaşdırılmasından ibarətdir.

Baş bankir qeyd edib ki, yeni dövrün çağırışlarına uyğunlaşma siyasətinin həyata keçirilməsi artıq özünün ilkin müsbət nəticələrini verməkdədir: "2017-ci ilin ötən dövründə makroiqtisadi sabitlik trendlərinin güclənməsi, bu əsasda iqtisadi artımın bərpa edilməsi müşahidə olunub. İqtisadiyyatın yeni neft qiymətlərinə uyğunlaşması istiqamətində həyata keçirilmiş tədbirlər və şaxələndirmə istiqamətində verilən qərarların təsiri də ölkənin tədiyyə balansının yaxşılaşdırıb".

E.Rüstəmov əlavə edib ki, 2017-ci ilin I yarısında tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5%-i səviyyəsində profisit qeydə alınıb. O, vurğulayıb ki, bu ilin 8 ayında ölkənin strateji valyuta ehtiyatları 12%-dək artıb və ÜDM-in həcmini üstələyib: "Valyuta bazarı tarazlaşıb, milli valyutanın məzənnəsi sabitləşib. İqtisadi subyektlərdə nikbinlik və müsbət gözləntilər yaranıb". //APA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8316   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonaları yaradılacaq. bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verib. Məlumata görə, artıq bu istiqamətdə hazırlıq görülür, yaxın vaxtlarda sözügedə

18 mart
.

Kreditini ödəməyənlər həbs oluna bilər?

Kredit götürən şəxslər onu ödəmirsə və ya gecikdirirsə, onlar nə vaxt həbs oluna bilər?. bu barədə hüquqşunas Şamil Paşayevin şərhini təqdim edir:. "Əgər şəxs krediti ödəmirsə, bank həmin şəxsi məhkəməyə verir. Bundan sonra icra məmuru həmin şəxsdən pulu tələb edir. Şəxs yenə də krediti ödəməyə

18 mart
.

Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - "Rang Rover"lə qəza...

Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - "Rang Rover"lə qəza. Xəbər verdiyimiz kimi, 2022-ci ilin oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində 10-DF-090 dövlət nişanı "Range Rover" markalı avtomobil yüksək sürətlə idarə edilməsi səbəbində

18 mart
.

Ermənilər Xalq artistinin mahnısını oğurladılar - VİDEO

Ermənilər Xalq artisti Ağadadaş Ağayevin "Dodağına gülüş qonub" mahnısını oğurlayıblar. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Həmin görüntüləri təqdim edirik:

18 mart
.

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı QƏRAR

Azərbaycanda daha bir kənddə yas mərasimində yemək verilməməsi qərara alınıb. xəbər verir ki, Ölkə.Az-ın məlumatına görə, Şəki rayonunun Şirinbulaq kənd camaatının ümumi qərarı ilə bundan sonra yas mərasimlərində yemək verilməyəcək. Həmçinin Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artı

18 mart
.

Novruzda bölgələrdə dincəlmək neçəyə başa gəlir? - QİYMƏTLƏR

Bir güdən sonra ölkədə Novruz bayramı ilə əlaqədar tətil günləri başlayacaq. Bayram günlərini evində qeyd etmək istəməyənlər bölgələrə üz tutacaqlar. -ə istinadən xəbər verir ki, Azərbaycanın quru sərhədlərinin hələ də bağlı olması vətəndaşları xaricə üz tutmaqdan yayındır. Bayram günlərində avireyslərd

18 mart
.

Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alınıb

Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alınıb. Trend-ə istinadən xəbər verir ki, bu barədə "Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair xüsusi bülleten"də deyilir. Qeyd edilib ki, daxili bazarda sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma

18 mart
.

Hacı Məmmədovun bandası ilə adı hallanan şəxsin məhkəməsi başlayıb

Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin cinayət işi məhkəməsinin hazırlıq iclası keçirilib. report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əl

18 mart
.

"İstehlakçıların Maarifləndirməsinə Dəstək" İB 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin qalibi oldu

2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri elan olundu. xəbər verir ki, "İstehlakçıların Maarifləndirməsinə Dəstək" İctimai Birliyinin "Sağlam Qidalanma təlimləri" layihəsi qaliblər sırasındadır. Bizim layihəyə dəyər verən ekspertlərə, eləcə də Müşahid

18 mart