Diqqət! Bakı köçürülür? - Özü də görün haraya

Diqqət! Bakı köçürülür? - Özü də görün harayaBu fikirləri "Ölkə.Az"-a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev sosial şəbəkələrdə Daşkəsənin paytaxt kimi adının hallandırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Ə.Abıyev bildirib ki, Daşkəsən yaxşı turizm və kənd təsərrüfatı rayonu hesab olunur:

"Daşkəsən ucqar dağ rayonudur. Bura heç cür paytaxt şəhəri ola bilməz. Çünki Daşkəsən ucqar dağətəyi rayondur. Həm də buranın qışda iqlim şəraiti çox sərt olur. Ancaq istehsal üçün çox əlverişli rayondur".

İcra başçısı vurğulayıb ki, Daşkəsən həm də dünyada və Azərbaycanda zəngin faydalı qazıntılara malik olan məkandır:

"Hazırda rayonumuzda həm əlvan, həm də qara metallurgiya ehtiyatları mövcuddur. Bu ehtiyatlarına görə Daşkəsən Azərbaycanın yeganə rayonudur. Keçmiş Sovet İttifaqı dövründə də Daşkəsən dəmir filizi, qızıl və əlvan metallurgiya ehtiyatlarına görə seçilib. Bu yaxınlarda cənab Prezident tərəfindən də Daşkəsəndə kompleks mettalurgiya zavodlarının açılması, filiz saflaşdırılması kombinatlarının işə düşməsi ilə bağlı Sərəncam imzalanıb. Bütün bunlara görə də Daşkəsən təkcə regionda deyil, dünyada Azərbaycana iqtisadi gəlir gətirən perspektivli rayonlardan biridir. Bütün bunlarla bağlı hazırda müvafiq işlər görülür. İnşallah cənab Prezidentimizin rəhbərliyi altında bütün bu müəssisələr 2018-ci ildə işə düşəcək. Bu yaxınlarda yeni avadanlıqların alınması və filiz kombinatının özəlləşdirilməsi ilə bağlı işlər yekunlaşacaq, qızıl zavodu işə düşəcək. Hətta, bu müəssisələrin işə salınması və açılış mərasimlərində cənab Prezidentin də iştirakı nəzərdə tutulur. Bütün bunlar Azərbaycan üçün böyük iqtisadi gəlirlər gətirəcək. Bununla da Daşkəsən Azərbaycanın ən gəlirli rayonlarından birinə çevriləcək".

Ə.Abıyev qeyd edib ki, hazırda ölkə başçısının müvafiq tapşırığı ilə "Yeni Daşkəsən" layihəsi də həyata keçirilir:

"Hazırda uğurla həyata keçirilən "Yeni Daşkəsən" layihəsi ilə əlaqədar olaraq əhalini narahat edən bütün sosial məsələlərin sistemli surətdə həllinə xüsusi diqqət yetirilir. Hazırda bu və ya digər məsələlərin həlli üçün əsaslı tədbirlər görülür. "Yeni Daşkəsən" layihəsi də məhz bu cür həlli vacib məsələlərdən yaranıb. Odur ki, daşkəsənlilər bu mühüm layihəni yeni həyatın başlanğıcı hesab edirlər. "Yeni Daşkəsən" layihəsi həm də turizmin inkişafına xidmət edir. Bilirsiniz ki, Daşkəsən ölkəmizin ən səfalı guşələrindən biridir. Ona görə də yaxın illərdə Daşkəsən Azərbaycanın ən varlı rayonlarından birinə çevriləcək".

Ə.Abıyev qarşıdan gələn Qurban bayramı münasibətilə də insanları təbrik edib:

"Rayon İcra Hakimiyyətinin başçısı olaraq Qurban bayramına hazırlaşırıq. Bayram günlərində imkansız və şəhid ailələrinə baş çəkəcəyik, onlara bayram sovqatı paylayacağıq. Bundan başqa, Daşkəsəndə yerləşən xeyr-şər evində onlar üçün bayram süfrəsi açılacaq, şəhid, imkansız, kasıb ailələrə, uşaq baxçalarına Qurban ətləri paylanılacaq. Fürsətdən istifadə edib cənab Prezident İlham Əliyevi və ailəsini, bütün daşkəsənliləri qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edirəm. Allah Prezidentimizi qorusun, onu xalqımızın başından əskik etməsin!".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 13416   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021