Ermənistan torpaqlarımızı geri qaytaracağını açıqladı

Ermənistan torpaqlarımızı geri qaytaracağını açıqladı"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT çərçivəsində müzakirələrin sürətləndirilməsi məqsədilə bəzi torpaqları Azərbaycana qaytara bilərik".

Belə bəyənatla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda keçirilən VI erməni diasporunun formundakı çıxışında deyib: "Bununla bağlı Azərbaycanla danışıqlar davam edir. Ölkələrimiz arasında gərginliyi azaltmaq məqsədi ilə bu haqda ətraflı məlumat verə bilmərik".

Nalbandyan daha sonra deyib: "Azərbaycan regionda hərbi gərginliyi artırsa, biz Qarabağın müstəqilliyini tanıya bilərik".

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, Ermənistan nə vaxtsa bunu etməli idi:

"Çünki işğal etdiyi torpaqlar bu gün Ermənistanın boğazından ağır bir daş kimi asılıb. Bu, Ermənistanı bütün inkişafdan, sərbəst hərəkətdən saxlayır. Ermənistan gözləmədiyi, amma layiq olduğu nəticəni əldə edib – Azərbaycan və Türkiyədə sərhədlərin bağlılığı onu çıxılmaz vəziyyətdə qoyub. Bu səbəbdən Ermənistanın iqtisadiyyatı günü-gündən çökür, əhalisi ölkəni tərk edir. Ölkənin bir perspektivi qalmayıb, 20-30 ildən sonra ölkədə Ermənistan əhalisi qalmayacaq. Bu, erməni diaspor dairələrini də, xaricdə müəyyən dairələri də qane etmir. Ermənistan artıq ilkin mərhələdə müəyyən əraziləri qaytarmağa şərti razılığını verir. Prinsipcə, Azərbaycanın problemin həlli ilə bağlı təklifi də nəzərdə tutulub. Azərbaycan birinci mərhələdə keçmiş muxtar vilayətin kənarındakı torpaqların qaytarılması və vilayətə müvəqqəti statusun verilməsini təklif edir. Belə görünür ki, ortada olan bu gün bu variant və ya buna yaxın olan məsələdir. Hesab edirəm ki, yarımçıq sülh hər halda yaxşı müharibədən yaxşıdır. Azərbaycan bu gün problemin həlli üçün bütün variantlara ciddi hazırlıq görür. Aprel hadisələri göstərdi ki, Azərbaycan torpaqlarının işğalda qalmasına həmişə dözmək fikrində deyil. Nalbandyanın dediyi göstərir ki, artıq Ermənistan siyasi elitasında bu addımı atmağın qaçılmaz olduğunu dərk edirlər. Eyni zamanda bilmək lazımdır ki, Ermənistan cəmiyyətinin özündə torpaqların Azərbaycana qaytarılması ilə bağlı çoxdan açıq çağırışlar edilir".

"Ermənistan Qarabağın müstəqilliyini tanıya bilər" fikrinə gəldikdə isə Aydın Mirzəzadə bildirib ki, bu, çox gülünc bir qorxutmadır: "Tanıyıb nə qazanacaq ki, bu, Ermənistana nə verəcək? Bununla sadəcə Ermənistan Azərbaycanı siyasi şantaj edir. Ermənistan Dağlıq Qarabağı tanısa da, tanımasa da Azərbaycan işğal olunmuş torpaqlarını işğaldan azad etmək əzmindədir. Heç bir siyasi provakasiya bunun qarşısını ala bilməz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1989   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel