Əhaliyə xəbərdarlıq - Benzin alarkən buna diqqət edin

Əhaliyə xəbərdarlıq - Benzin alarkən buna diqqət edinÖmründə bircə dəfə yanacaqdoldurma məntəqəsində olmuş şəxslər bilir ki, bəzi sürücülər yanacaq doldurularkən avtomobili tərk edirlər. Bəziləri təhlükəsizlik üçün, bəziləri operatora inamsızlıq səbəbindən və sair. Bəs sürücü avtomobilə yanacaq doldurularkən hansı qaydalara əməl etməlidir? Ümumiyyətlə, yanacaqdoldurma məntəqəsində sürücünün avtomobili tərk etməsi ilə bağlı hansısa təlimat, qayda mövcuddurmu?

Ölkə.Az bu suallarla tanınmış ekspertlərə müraciət edib.

Ekspert Ərşad Hüseynov bildirir ki, bununla bağlı hər hansı təlimat nəzərdə tutulmayıb: "Yanacaqdoldurma məntəqəsində sürücünün yanacaq götürməklə bağlı, sürücünün xüsusi davranışına dair təlimat yoxdur. Təhlükəsizliklə bağlı təlimat var ki, orada da texniki təhlükəsizlik və yanğından mühafizə öz əksini tapıb. Əslində, Azərbaycanda biz sürücülər pis öyrənmişik. Dünyanın heç bir yerində "sürücü sükan arxasında otursun, kimsə gəlib onun avtomobilinə yanacaq vursun" söhbəti yoxdur. Əksər ölkələrdə sürücü yanacaqdoldurma məntəqəsinə gəlir, oradakı qurğudan öz avtomobilinə yanacaq vurur, elektron ödənişini edib gedir. Dünyanın heç yerində operatorları görə bilməzsiniz. Qurğu elədir ki, özün yaxınlaşıb çənin ağzını açıb, istədiyin qədər vurub, pulunu ödəyib, getməlisən. Hətta İranda, Rusiya və Türkiyə belədir. Avropa isə çoxdan bu metodla işləyir. Mühərrik söndürülməlidir. Yanğın törədə biləcək hərəkətlər edilməməlidir. Hətta mobil telefondan istifadə etmək olmaz".

"Avtostop" radiolayihəsinin müəllifi və aparıcısı DJ Tural isə hesab edir ki, Azərbaycanda sürücülərin yanacaqdoldurma məntəqəsində avtomobili tərk etməsinin başqa səbəbləri var: "Avtomobildən düşüb özün yanacaq doldurursansa, buna özünəxidmət deyirlər. Məsələn, Avropanın yanacaqdoldurma məntəqələrində özünəxidmətdir. Şərq ölkələrində, postsovet məkanında isə operator benzini vurur. Bizdə avtomaşını təhlükəsizlik məsələlərinə görə tərk etmirlər. Onlar, sadəcə, aparata baxırlar ki, görsünlər yanacağı düz vururlar, ya yox (gülür)".

Bəs aparıcının şəxsi qənaəti necədir? Avtomobili tərk etmək daha doğrudur, yoxsa əksinə? Yəni biz doğrusunu edirik, yoxsa avropalılar?

DJ Tural cavab verir: "Bizim beyinlərimiz arasında fərq var. İstəyirik ki, bizə xidmət göstərsinlər. Azərbaycanda hansısa yanacaqdoldurma məntəqəsi özünəxidmət üsuluna keçsə, işləyə bilməyəcək. Bu, bizim mentallığa daha uyğundur. Bəlkə, nə zamansa dəyişə bilər".

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı isə məsələyə bir qədər də fərqli aspektdən yanaşır və detalları izah edir: "Qanunvericilikdə bununla bağlı heç bir məhdudiyyət yoxdur. Sadəcə, yanacaqdoldurma məntəqələrində sürücülərin etməməli olduqları davranışlar var. Mobil telefondan istifadə etmək, siqaret çəkmək olmaz. Amma yanacaqdoldurma məntəqələrində sürücülərə qarşı o qədər fırıldağa əl atırlar ki, sürücü məcburən avtomobili tərk edir. Çünki təkcə monitora baxmaq kifayət etmir. "Tapança"nın tutulmasından tutmuş, operatorun davranışına qədər hər şeyə fikir vermək lazımdır ki, aldatmasınlar. Tapançanı oynadıb, öz çirkin işlərini görə bilirlər. Əksəriyyətimiz monitora baxırıq ki, filan qədər vurdu, qiyməti bu qədər elədi. Amma elə deyil.

Həm də yanacaqdoldurma məntəqələrinin kafesi, marketi, təbii ehtiyacları ödəmək üçün yerləri var. Sürücü də vaxt itirməmək üçün bəzən avtomobildən düşür, lazım olan şeyi alır, yaxud təbii ehtiyacını ödəyir. Bunu vaxta qənaət etmək üçün edirlər. Əksər sürücülər isə aldanmamaq üçün avtomobili tərk edirlər. Operatorlar deyirlər ki, avtomaşını bir az qabağa ver. Belə olan halda sən monitoru da görə bilmirsən. Yanacaq tam getməmiş "tapança"ya yüngülcə toxunurlar, taqqıltı gəlir, elə bilirsən ki, yanacaq çəni tam doldu. Amma tərpənəndən sonra başa düşürsən ki, aldanmısan. Halbuki o şlanq avtomobilin başına tam dolanar. Başın musiqiyə, telefona qarışır, dolmadan tapançaya əl vururlar, çənin ağzını bağlayıb yola salırlar".

Ekspertin fikrincə sürücülər hər on litrdə 1-2 litr yanacaq itirmiş olurlar: "İndiki dövrdə on litrdə bir litr "vuran" insaflı yanacaqdoldurma məntəqəsi sayılır. Hətta bu "insaflılıqlarına" görə sürücülər onlara təşəkkür edirlər. Elə yanacaqdoldurma məntəqələri var ki, hər on litrdə iki litr aldadırlar".

Beləliklə, ekspertlərin rəyini ümumiləşdirsək, deyə bilərik ki, yanacaqdoldurma məntəqəsində sürücünün avtomobili tərk etməsi qaydası yoxdur. Sadəcə, məntəqələrin özlərində sürücülərə qarşı qurulmuş "tələ"dən xilas olmaq üçün onlar məcburən belə etməli olurlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2017   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021