''Ölkəmizə gələn əcnəbilər azərbaycanlılar haqqında elə sözlər dedilər ki…'' - Naqif Həmzəyevlə ÖZƏL MÜSAHİBƏ

''Ölkəmizə gələn əcnəbilər azərbaycanlılar haqqında elə sözlər dedilər ki…'' - Naqif Həmzəyevlə ÖZƏL MÜSAHİBƏMüsahibimiz- YAP Gəncə şəhər təşkilatının sədri, ölkənin sosial və siyası həyatında aktiv iştirak edən fəal, gənc, Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı- Naqif Həmzəyev.

Dünya iqtisadiyyatı, elmi surətlə inkişaf edir. Bu qloballaşma dövründə, qəhvəyi iqtisadiyyatdan yaşıl iqtisadiyyata keçid, təbii resurslardan səmərəli istifadə, risklərin idarə olunması prioritet məsələlərdəndir. Məhz bu səbəbdən, Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi faktoruna xüsusi diqqət tələb edir.  Bu səbəbdən silsilə tədbirlər, dövlət layihələri həyata keçirilir. Son günlər, gənclərin ümidlə izlədiyi Azərbaycan Gəncliyi 2017-2021 Dövlət proqramı haqqında fikirlərinizi bilmək istərdik.

-Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.
Aparılan məqsədyönlü siyasətinin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb.
Ölkə Başçısı cənab İlham Əliyevin sentyabr ayının 15-də "Azərbaycan gəncliyi 2017/2021-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığı Sərəncam gənclərə göstərilən dövlət qayğısının davamıdır.
Prezident cənab İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Ölkə gəncləri də öz növbəsində bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

Layihə çərçivəsində hansı tədbirlərin  həyata keçiriləcəyi nəzərdə tutulub?

Azərbaycanda dövlət gənclər siyasəti beynəlxalq müstəvidə bir modeldir. Bunu Azərbaycana gələn xarici qonaqlar xüsusi ilə vurğulayırlar. Dəfələrlə bildiriblər ki, gənclərlə iş sahəsində nəyisə öyrətməyə gəlmişdik, amma burdan nəsə öyrənib qayıdırıq.

"Azərbaycan gəncliyi 2017/2021-ci illərdə" Dövlət Proqramına uyğun olaraq ölkədə gənclər siyasəti daha səmərəli həyata keçiriləcək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakı təmin ediləcək, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması dəstəklənəcək, gənc nəslin sağlamlığının qorunmasına, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqət daha da artırılacaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə ediləcək, ölkədə könüllülük hərəkatı sürətləndiriləcək. Bu gün, birinci vitse-prezident Mehriban Əliyevanın təyinatı ilə yeni struktur formalaşdı, Gənclər Siyasəti və İdman məsələləri şöbəsi yaradıldı və müdiri Yusuf Məmmədəliyev təyin olundu. Gördüyünüz kimi, mərkəzi idarəetmə gücləndirilib, bir azərbaycanlı gənc və Millət vəkili olaraq, ümid və gözləntilərim çoxdur.

Bu ilk və yeganə Dövlət proqramı deyil,  2005-ci il 30 avqust tarixində əsası qoyulan 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi dövlət proqramının Azərbaycan gəncliyinə  nə kimi faydası oldu?

- Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan tarixinin hər bir mərhələsində olduğu kimi, 2005-2009-cu illərdə də gənclər aparıcı sosial-siyasi qüvvəyə çevrilib, müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edərək tarixi nailiyyətlərə imza  atıblar. Dövlətin diqqət və qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib.
Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində, beynəlxalq tədbirlər həyata keçirildi,  gənclərə kiçik beynəlxalq əlaqələrini qurmaga, cəmiyyətə asan inteqrasiya olunmasına  səbəb oldu. Gənclər rəhbər vəzifələrə təyin olundu-onlara etimad göstərildi. Könüllü ordusu formalaşdı. Sayca 3-cü dövlət proqramında gəncləri hansı xoş sürprizlər gözləyir?

-2011-2015-ci illəri əhatə edən Dövlət Proqramı Gəncə şəhərində daha fəallıqla həyata keçirilib. Şəhərimiz MDB məkanında ilk olaraq "Avropa Gənclər Paytaxtı – 2016″ layihəsinin qalibi olan şəhər kimi tanınıb. Gəncə həm də Avropa İttifaqına daxil olmadan bu titulu əldə edən ölkəmizin ilk şəhəri olaraq dünyaya nümunə olub. Bu möhtəşəm uğur təsadüfi əldə edilməyib. Şəhərimiz 2012-ci ildə ölkəmizin ilk "Gənclər paytaxtı" olub. Gəncə gəncliyi dövlətə, dövlətçiliyə sədaqət sahəsində həqiqi örnək, nümunə olduğunu öz əməli fəaliyyətləri ilə  nümayiş etdirib. Ötən il ərzində şəhərimizdə ilk dəfə olaraq yüzlərlə yerli və beynəlxalq miqyaslı layihələr həyata keçirilib. Gəncə gəncləri ilk dəfə ölkəmizdə keçirilən "Avropa Gənclər Festivalı", "Türkdilli ölkələrin Gənclər Festivalı", "Avropa şəhərciyi" beynəlxalq layihəsi, bundan əlavə "Tarixin canlı səhifələri" beynəlxalq gənclər festivalı kimi əhəmiyyətli tədbirlərin iştirakçısı olmaqla bərabər, həm də bu layihələrin təşkilatçısı qismində öz töhfələrini verə biliblər. Bu iştirak yalnız elm, təhsil, idman, mədəniyyət, səhiyyə sahələrini əhatə etmir, həm də müasir dünyada ölkəmizin vizit kartına çevrilən tolerantlıq, multikultural dəyərlərimizin beynəlxalq ictimaiyyətə, çatdırılmasına da imkan verir. Könüllülük, şəhərin bütün ictimai-mədəni işlərində fəallıqla iştirak Gəncə gəncliyinin nümunəvi işinin göstəricidir.
Gənclərin rəhbər vəzifələrə təyin olunmasına gəldikdə isə gənclərin dövlət işində irəli çəkilməsi təkcə mərkəzi dövlət strukturunda reallaşdırılmır. Bu iş paralel olaraq regionlarda da həyata keçirilir.
  Gənc ailə institutunun  möhkəmlənməsi üçün maliyyə bazasının olması önəmli faktorlardandır. Xüsusilə mənzil  prioritet problemlərdəndir. Gənclər üçün daha əlverişli şəraitin yaradılması nəzərdə tutulubmu?
-Azərbaycan gəncliyi qarşısında duran yeni hədəflər açıqlandıqca, dövlətin gənclərə diqqət və qayğısı da ilbəil artır və konkret nəticələrlə müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsi qədim Gəncədə də uğurla həyata keçirilir.
Nizami yurdunda gənclərin mənzil probleminin həlli istiqamətində yeni layihələr həyata keçirilməsi diqqət mərkəzindədir.

Həyatda müstəqil addımlamaq üçün, işlə təmin olunma əsas şərtlərdəndir. Gənclərin məşğulluğu ilə bağlı hansı tədbirlər planı nəzərdə tutulub?

-İlbəil, aybaay deyil, günbəgün dəyişən, gözəlləşən Nizami yurdunda  gənclərin məşğulluğunun təmini ilə bağlı bir sıra işlər görülür. Şəhərdə geniş vüsət alan adadlıq-quruculuq işləri sayəsində yeni iş yerləri açılır.Tikintisi başa çatmaq üzrə olan "Grand Qafqaz" Ticarət Mərkəzində və Gəncə MALL-da minlərlə gənc işlə təmin ediləcək.

Sima Çələbi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1820   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22 aprel
.

Vaqif Sadıqov Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Vaqif Əmirxan oğlu Sadıqov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

22 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel
.

Sabah Bakıda 29° isti olacaq

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

23 aprel
.

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Qubadlı rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəl

22 aprel
.

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır

23 aprel
.

"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq

2022-2023-cü tədris ilində Azərbaycanda ali və orta ixtisas məktəblərindən turizm təhsili üzrə 1548 nəfər məzun olub. APA-ya istinadən bildirir ki, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə Dövlət Turizm Agentliyini

22 aprel