Ürəyi zəif olanlar baxmasın! Azərbaycanda at uşağın cinsiyyət orqanını dişlədi VƏ ... +18 FOTOLAR -YENİLƏNDİ

Ürəyi zəif olanlar baxmasın! Azərbaycanda at uşağın cinsiyyət orqanını dişlədi VƏ ... +18 FOTOLAR -YENİLƏNDİAzərbaycanın rayonlarının birində at 13 yaşlı oğlanın cinsiyyət orqanını dişləyib.
Bu barədə uşağın əməliyyat edildiyi Mərkəzi Klinikanın Uşaq Cərrahiyyə Şöbəsinin cərrahı Fuad Hüseynov məlumat verib.
O, təcrübəsində belə halın ilk dəfə yaşandığını bildirib: "Uşaq atla oynayandan bir müddət sonra cinsiyyət orqanında ağrı, şişkinlik, göyərmə və sidiyə gedə bilmədiyi barədə valideynlərinə deyib. Onlar ilk növbədə rayon mərkəzi xəstəxanasına müraciət ediblər. Orada uşağın xayalarının üzərindəki travmaya tikişlə ilkin müdaxilə göstərilib və Bakıya göndəriblər. Paytaxtda ailə bir neçə xəstəxanaya müraciət etsə də, onlar yardım göstərə bilməyib. Bizim klinikaya müraciət edəndə artıq hadisədən 16 saat keçmişdi. Bu xəstəlikdə hər dəqiqə belə son dərəcə önəmlidir. Çünki kavernalar qopduğundan uşağın cinsiyyət orqanına qanla təmin edilə bilmir. Bu da sonda cinsiyyət orqanında çürüməyə belə səbəb ola bilir.
F.Hüseynov əməliyyatdan əvvəl ailəyə risklər barədə bütün məlumatları verdiklərini deyir: "Ailə əməliyyata razılıq verdi. Vaxtında müdaxilə edilmədiyindən, uşağın cinsiyyət orqanında ciddi əyilmə, göyərmə və şişkinlik yaranıb, nekroz başlayıb. Cinsiyyət orqanı qopmuşdu, ereksiyaya səbəb olan kavernalarda da qopma müşahidə edilmişdi və uşağın sidik kanalı ciddi zədələnmişdi. Əməliyyat zamanı sidik kanalını tikdik, toxumalar bərpa etdik, kateter qoyuldu. Bir həftə sonra sarıq açıldı və kateter çıxarıldı, xəstə normal şəkildə sidiyə gedir, ereksiyasında da problem yoxdur, cinsiyyət orqanının xarici görünüşündə də qüsur qalmayıb. Bundan sonra uşağın gələcək həyatında heç bir problem olmayacaq".
F.Hüseynov təcrübəsində it dişləməsi halı ilə qarşılaşsa da, at qapması ilə ilə dəfə qarşılaşdığını bildirir: "Bu hadisə tibdə bu patologiya penul fraktür adlanır. Bu hallar uşaqlarda çox nadir hallarda baş verir. Adətən, bu patologiyanı böyüklərdə müşahidə edirik. Bundan başqa, penul fraktur, yəni cinsiyyət orqanı qopanda 10 faiz halda sidiyə getmədə problem yaşanır. Bu uşaqda sidiyə getmədə də problem yaranmışdı. Hazırda uşağın vəziyyəti normaldır. O artıq evdədir, vaxtında müayinələrə cəlb edilir. Heç bir problem yoxdur. Ailənin istəyini nəzərə alaraq uşağın yaşadığı rayon, ad, soyad açıqlamırıq".
Qeyd edək ki, bu xəbəri ilk olaraq medicina.az saytı yayıb.

...
Azərbaycanda rayonlardan birində 13 yaşlı oğlan uşağını at dişləyib. Uşaq cinsiyyət orqanını itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Sonxeber.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə cərrah Fuad Hüseynov məlumat verib.

O bildirib ki, at uşağın cinsiyyət orqanını demək olar ki, qoparıb. Həkim ailənin istəyi ilə pasiyentinin ad və soyadını, hansı rayondan olduğunu anonim saxlasa da, qeyd edib ki, xəsarət alan uşaq hadisədən sonra rayonda xəstəxanaya çatdırılıb.

Onun xayasından bir neçə tikiş atıldıqdan sonra, uşağı təcili Bakıya göndəriblər. Cərrahın sözlərinə görə, uşaq əməliyyat olub. "Hazırda uşağın vəziyyəti yaxşıdır".

Xatırladaq ki, analoji hal 2014-cü ildə Biləsuvar rayonunda olmuşdu. İt 2004-cü il təvəllüdlü Fərid Ağakişiyevin cinsiyyət orqanını qoparmışdı.
Ürəyi zəif olanlar baxmasın! Azərbaycanda at uşağın cinsiyyət orqanını dişlədi VƏ ... +18 FOTOLAR -YENİLƏNDİÜrəyi zəif olanlar baxmasın! Azərbaycanda at uşağın cinsiyyət orqanını dişlədi VƏ ... +18 FOTOLAR -YENİLƏNDİÜrəyi zəif olanlar baxmasın! Azərbaycanda at uşağın cinsiyyət orqanını dişlədi VƏ ... +18 FOTOLAR -YENİLƏNDİ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 10514   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021