Orta məktəbdə valideynlər AYAĞA QALXDI - SƏBƏBİ İSƏ...
Nərimanov rayonu 200 saylı orta məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması xəbərini eşidən valideynlər hazırda bu qərara etiraz edirlər.
Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda 100-dən çox valideyn məktəbin akt zalında toplaşıblar. Onlar direktorun yenidən öz vəzifəsinə qaytarılmasını tələb edirlər.
Narazı valideynlərin saytımıza verdiyi məlumata görə, Qafar Hüseynov çox yaxşı müdir olub və bu səbəbdən onun getməsini istəmirlər: "Qafar müəllim nümunəvi direktordur. Biz onun işdən çıxarılmasını istəmirik. Üstəlik o, hazırda xəstəxanadadır. Yıxılıb, ayağı sınıb. Burada elə valideynlər var ki, onlar sırf Qafar müəllimə görə, uzaqda yaşasalar da uşaqlarını bu məktəbə qoyublar. Qafar müəllim bu məktəbdə çox gözəl sistem qurub. Onun çıxarılmasını istəmirik".
Hazırda Bakı Şəhər Təhsil İdarəsindən nümayəndə gəlib, valideynlərlə söhbət aparılır.
Müəllimlər deyirlər ki, sabahdan etibarən məktəbə gəlməyəcəklər. Valideynlər isə uşaqlarını məktəbə gətirməyəcəklərini deyirlər.
Bakı şəhər təhsil idarəsinin nümayəndəsi Əfqan İsgəndərov çıxışı zamanı dedi ki, məktəbdə rüşvət alınması barədə şikayət edilib. O məsələ də araşdırılır.
Əfqan İsgəndərov musavat.com-a deyib ki, direktor sağalan kimi işinə geri dönəcək: "Qafar müəllim hazırda xəstəxanadadır. Sağalsın, gələcək və vəzifəsinə davam edəcək. O ki qaldı şikayətlər məsələsinə, onu nazirlik həll edəcək".
Öyrəndik ki, dünən nazirlik əməkdaşları məktəbdə yoxlama da aparıblar. Onlar müxtəlif sinfdlərdə şagirdlərdən müəllimlərə pul verib-vermədiklərini soruşublar.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır. İdarədən qeyd olunub ki, direktor hazırda fəaliyyətdədir: "Sadəcə, Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2904 Tarix: 20 sentyabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?
Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə
19 aprelYağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var
19 aprelBakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb
Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya
19 aprelBakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO
Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e- portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:. "Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqını
20 aprelAta-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər
19 aprelAzərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq
Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl
19 aprelSabah 30° isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe
20 aprelXəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA
Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl
19 aprel