Sarkisyan Qarabağa görə yalvardı

Azərbaycanın Avropadan aldığı silahlar vəziyyəti ciddi dəyişib

Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assmbleyasının 72-ci sessiyasındakı dünənki çıxışını Qarabağa görə yalvarmaq kimi dəyərləndirmək olar.

Ermənistan prezidenti BMT tribunasından çıxış edərək üzv dövlətlərə BMT-nin əsas prinsiplərindən biri olan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını prinsipini arxa plana keçirməyə, yalnız xalqların öz müqədərratını müəyyən etmək prinsipinə əsaslanmağa çağırırdı.

Sarkisyan çıxışında özü də etiraf edib ki, indiyə kimi 4 dəfə eyni məzmunda BMT kürsüsündən çıxış edib və 19 sentyabr 2017-ci ildə etdiyi bu çıxışı 5-cidir. Amma göründüyü kimi, beynəlxalq birlik onun bu cür qeyri-adekvat, əsassız və beynəlxalq hüquqazidd yalvarışını qəbul etməyib.

Ermənistanın ən yaxın, hətta sərhədlərini və hava məkanını təhvil verdiyi tərəfdaşı Rusiya belə Dağlıq Qarabağı müstəqil subyekt kimi tanımayıb. Çünki Helsinki Xartiyasına görə, Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üçün nəzərdə tutulan istənilən addıma - referenduma və s.-ə Azərbaycan icazə verməlidir. Məhz buna görədir ki, ATƏT-in Minsk qrupunda Ermənistana havadarlıq edən həmsədr ölkələr - Rusiya, ABŞ və Fransa münaqişənin həllini öz nəzarətlərinə götürüb Madrid prinsipləri adlı uzun müddətli diplomatik vaxt öldürməni icad edəndən sonra həmişə Azərbaycanı Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirməyə razı salmağa çalışıb.

1990-cı illərdə hətta ABŞ prezidenti Bill Klinton və dövlət katibi Albert Qor Azərbaycanla ultimativ dildə danışaraq sənədə qol çəkməyi tələb edirdilər. Lakin mərhum prezident Heydər Əliyev bu cür həyasız təkliflə yanına gəlmiş Albert Qoru öz iqamətgahından qovandan sonra təzyiq dayandı. Düzdür, Barak Obama və Hillari Klinton hakimiyyəti bu prinsipləri yenidən gündəmə gətirdi, amma ABŞ-ın təzyiqi əvvəlki kimi açıq olmadı. Rusiya və Fransa bu məsələdə Ermənistana gizli və açıq hər cür yardım göstərsələr də, yenə də məsələni diplomatik yolla həll etməyə çalışırlar.

Çünki ermənilərin tələbi tamamilə məntiqsizdir - birincisi, erməni xalqı bir dəfə öz müqəddəratını təyin edib və Ermənistan yaranıb. BMT forumunda bütün dünya ermənilərinin adından yalvaran Sarkisyan özü də bilmədən ermənilər üçün ikinci dövlət istədiyini dilə gətirdi. İkincisi, əgər Qarabağ erməniləri hətta ayrı xalq olsaydılar belə, heç bir beynəlxalq qurum onlara görə ərazi bütövlüyü prinsipini pozmayacaq - dünyada 5 min xalq var və onlar cəmi 200 dövlətdə yaşayırlar. Yəni, müasir dünyada dövlətçilik məsələsi etnik məsələ deyil, bir neçə xalq bir dövlətin tərkibində müstəqil yaşaya bilir.

Azərbaycanın mövqeyi bu məsələdə aydındır - ermənilər və onların havadarları olan supergüclər - Rusiya, Fransa və müəyyən mənada ABŞ Qarabağ münaqişəsinin həlli üçün hərbdən başqa yol qoymurlar. Bu yolda təbii ki, Azərbaycanın birinci mübarizə meydanı diplomatik sahə olmalıdır və rəsmi Bakı bunu edir, artıq BMT Təhlükəsizlik Şurasında Ermənistanın işğalçı olduğunu sübut edən 4 qətnamə qəbul edilib. İndi keçirilən 72-ci sessiyada isə Gürcüstan, Türkiyə və Azərbaycan birlikdə Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünü tanımaqları barədə bəyanat verəcəklər. Düzdür, Serj Sarkisyan BMT tribunasından iddia edib ki, Türkiyə sərhədləri açmazsa və soyqırımı tanımazsa, 2009-cu ildə imzaladıqları əməkdaşlıq protokollarını ləğv edəcəklər. Amma prezident Rəcəb Tayyib Ərdoğan BMT kürsüsündən bəyan edib ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməzsə, Ermənistanla heç bir diplomatik əlaqə qurulmayacaq.

Amma Azərbaycan əsas işi hərbi sahədə görməlidir və Nalbandyanın dediyi hansısa 5 rayona görə aldanıb Ermənistanın havadarlarının hiyləsinə uymamalıdır. Azərbaycan öz ordusunu o qədər gücləndirməlidir ki, Qarabağda yalnız ermənilərlə deyil, onların havadarları ilə də müharibə aparmağa qadir olsun.

Yeri gəlmişkən, Azərbaycanın Avropadan, konkret olaraq Çexiyadan aldığı silahlar – "Dana" özüyeriyən artilerriya qurğuları və RM-70 yaylım atəşi qurğuları artıq Ermənistanda ciddi həyəcan yaradıb. Qarabağı işğal etmiş erməni generallardan biri Norat Ter-Qriqoryans "1in.am" portalına müsahibəsində bildirib ki, Azərbaycan Qarabağda Ermənistanla vuruşmaq üçün lazım olandan 5-10 dəfə çox silah alır.

Ola bilər ki, xarici işlər naziri Edvard Nalbandyanın işğal etdikləri müəyyən rayonları Azərbaycana qaytarmağa hazır olduqları barədə verdiyi bəyanat da bu silahlarla bağlıdır. Amma bu silahları ölkədən miqrasiyaya təsiri göz qabağındadır. "1in.am" ın yazdığına görə, son günlərdə bu ölkədən Rusiyaya rəsmi miqrasiya xeyli artıb. Erməni diasporunun təmsilçilərinin verdiyi məlumata görə, Robert Koçaryanın hakimiyyəti dövründə bu ölkəni rəsmən 500 min nəfər, Serj Sarkisyanın hakimiyyəti dövründə isə 250 min nəfər tərk edib.

Qeyri-rəsmi miqrasiya isə qat-qat yüksəkdir, kənd yerlərində adamlar evlərini sadəcə bağlayıb geri dönmədən gedirlər. Halbuki, statistika onları Ermənistan vətəndaşı saymaqda davam edir. Bizim ordu gücləndikcə evini qoyub gedən ermənilər daha da artacaq.

Mənbə: istipress
Sarkisyan Qarabağa görə yalvardıSarkisyan Qarabağa görə yalvardı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2648   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021