İŞİD-in əlinə keçmiş 3 yaşlı uşağın bu sözləri ÜRƏK PARÇALADI:"Papa, mama ölüb deyə məni zorla..." - VİDEO

İŞİD-in əlinə keçmiş 3 yaşlı uşağın bu sözləri ÜRƏK PARÇALADI:"Papa, mama ölüb deyə məni zorla..." - VİDEOİŞİD-dən təmizlənən ərazidə tapılan 3 yaşlı azərbaycanlı oğlan: "Papa, mama ölüb"

Bəzən azərbaycanlılar bir-birilərinə ritorik suallar ünvanlayırlar: Axı Yaxın Şərqdə, İraqda, Suriyada olanlardan mənə nə?!Əlbəttə, özünü bir dünya vətəndaşı deyil, 86 600 km²-lik (20%-i işğal olunub) əraziyə malik Azərbaycan vətəndaşı hesab edənlərə başqa ölkələrdə baş verənlərin elə də dəxli yoxdur. Amma inkişaf etmiş müasir dünyada belə bir anlayış var ki, zorakılıq, qətllər, insan hüquqlarının pozulması heç bir dövlətin, fərdin daxili işi, şəxsi məsələsi deyil.

Əgər uzaqda baş verən zorakılığın, qətliamın, terrorun qarşısı alınmazsa, o, sərhədlərinə qədər gələr, sənin doğmalarını, əzizlərini də öz ağuşuna alar. Necə ki, özünü "İraq-Şam İslam Dövləti" (İŞİD) adlandırmış terror şəbəkəsi, nəzarətsiz qalmış İraq ərazilərində və Bəşər Əsəd rejiminə tabe olmayan Suriya torpaqlarında silahlı paramilitar terror qruplaşmaları tərəfindən qurulsa da (3 yanvar 2014-cü il tarixində "müstəqilliyini", 29 iyun 2014-cü il tarixində isə yeni "Xilafət" yarandığını elan edib-m.), qısa müddətə bütün dünyaya qorxu yaymağa nail oldu.

Başda Türkiyə olmaqla, qonşu dövlətlərdə, eləcə də bütün Avropada terror xofunu yaratdı. Minlərlə insan həlak oldu, milyonlarla adam qaçqın düşdü. Nə qədər uşaq nə baş verdiyindən və gələcəyindən xəbərsiz bir şəkildə öldü, nə qədəri də ata-ana sevgisini görmədən sığınacaqlarda, uşaq evlərində böyüyəcək.

İŞİD-in bu qorxunc şər maşınının təkərlərinin izləri zaman-zaman Azərbaycanda da görünməkdədir. Biz tez-tez həmvətənlərimizin İŞİD sıralarına qoşulduğunu, onun naminə döyüşmək üçün müxtəlif yollarla Suriyaya, İraqa gedib çıxdığını eşidirik. Bəzən insanlar ağılsızcasına, onları gözləyən dəhşətlərin fərqinə varmadan öz körpə uşaqlarını da götürüb İŞİD-in nəzarətindəki ərazilərə gedirlər. Özlərinin və uşaqlarının həyatını təhlükəyə atırlar.

Bəzən özləri, bəzənsə uşaqları bu ağılsız savaşın qurbanına çevrilirlər. Bəzənsə özləri ölür, azyaşlı körpələri isə ya İŞİD barbarlarının əlində məhv olur, ya da yad sığınacaqlarda kimliklərindən xəbərsiz yaşamağa davam edirlər. O uşaqlar keçmişlərindən və gələcəklərindən xəbərsiz bir halda, taleyin ümidinə buraxılırlar.

Bu yazının içərisində izləyəcəyiniz videodakı iki körpə də, valideynlərinin məsuliyyətsiz davranışları ucbatından uzaq ölkədə kimsəsiz qalmış uşaqlardandır. Onlar müharibədə doğmalarını itirərək valideyn himayəsindən məhrum olublar və Bağdaddakı uşaq sığınacağında məskunlaşıblar.

RT telekanalının əməkdaşları iki yaşlı Xədicə və üç yaşlı Abdullanı həmin sığınacaqda çəkiblər. Valideynləri onları "İslam dövləti"nin nəzarətində olan ərazilərə aparıblar. Uşaqlar özləri haqqında heç nə deyə bilmirlər. Amma, danışığından da aydın görünür ki, bu qardaş-bacı azərbaycanlı uşaqlardır.

"Biz bu kadrları Bağdaddakı sığınacaqda çəkmişik. Onları bu sığınacağa sentyabrın 12-də Təl-Afərdən gətiriblər. Onların şəkillərini mənə əvvəlcə Ziyad Səbsəbi (Ramzan Kadırovun Federasiya Şurasındakı nümayəndəsi. O, İŞİD-in nəzarət etdiyi ərazilərdəki bütün uşaqları toplayaraq Rusiya Federasiyasına göndərir-m.) göndərmişdi" – deyə telekanalın əməkdaşı Sputnik Azərbaycan-a bildirib.

Onun bizə təqdim etdiyi videodan da göründüyü kimi, müxbir uşaqlardan rus dilində "Sonuncu dəfə ata və ananı nə vaxt görmüsən?" (Когда в последний раз видел папу и маму?) sualına Abdulla "papa-mama ölüb" deyə cavab verib. "Bəs nənə, baba? Onları görmüsən?", "Sənin yaşadığın şəhər necə adlanır?" suallarına isə Abdulla başını yelləyərək "bilmirəm" cavabı verib.

Bundan əlavə, balaca Abdulla ətrafdakı digər uşaqlarla Azərbaycan dilində danışır, onlara nəsə anlatmaq, soruşmaq istəyir. Həm də çox sərrast azərbaycanca…

Telekanalın əməkdaşları xahiş edirlər ki, əgər bu videodakı uşaqları tanıyan varsa, onlara xəbər versinlər. Sputnik Azərbaycan bu uşaqları və ya qohumlarını tanıyanlardan [email protected], [email protected] ünvanlarına, eləcə də Sputnik Azərbaycan-ın "Facebook" (və ya bu) ünvanlarına, habelə redaksiyanın saytda göstərilən şəhər telefonları vasitəsi ilə də məlumat verməyi xahiş edir.

Biz bu uşaqları xilas edə, ölkəmizə gətirib doğmalarına təhvil verə, yaxud da öz ölkəmizdəki uşaq evlərində böyümələrinə kömək edə bilərik!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3464   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Biləsuvarda maşın aşıb: Xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralında, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb. İmişli rayon Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Amil Ramiz oğlu Əsədov idarə etdiyi "Mercedes-Benz"

7 aprel
.

Ağcabədidə qadın əri və qızının batdığı yerdə FƏRYAD ETDİ - VİDEO

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıblar. Hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Baku TV hadisə yerindən görüntüləri təqdim edib. Həmin yerə gələn ana övladı üçün fəryad edərək onun tapılmasını istəyib. Qeyd edək ki, Fövqəladə Halla

13 aprel
.

Ukraynada son vəziyyət: "Əhalisi 30 min nəfərə yaxın olan şəhərdə 10 faiz əhali qalıb" - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Xarkov vilayətinin Vovçanska şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib. Belə ki, əhalisi 30 min nəfərə yaxın olan bu şəhərdə 10 faiz əhali qalıb

14 aprel
.

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind

14 aprel
.

Kürdə batan ata və qızın yaxınları danışdılar: "Uşaq əlindən çıxıb düşüb suya..." - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata və qızın yaxınları hadisənin necə baş verdiyi ilə bağlı fikirlərini bölüşüblər. İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək:

13 aprel
.

Bakıda motosiklet ağaca çırpılıb: Sürücü ölüb

Bakıda motosiklet sürücüsü ağaca çırpılıb. APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Teyyub Həsənağa oğlu Piriyev idarə etdiyi "Yamaha R15" markalı motosikletlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb

13 aprel
.

Babası, atası və oğlu şəhid olan Arif İsmayılov vəfat etdi

Babası 1918, atası 1942, oğlu isə 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılov vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd olunub ki, Arif İsmayılovun oğlu İsmayıl İsmayılov 1994-cü ildə Kəlbəcər ətrafında gedən döyüşlərdə 60-dan çox ermənini məhv edərək Qanlıkən

14 aprel
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahov tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığ

7 aprel
.

Bakıda evdən naməlum kişi meyiti tapıldı

Bakıda evdən meyit tapılıb.  xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada evlərin birindən 50-60 yaş aralığınad olan naməlum kişi meyiti tapılıb. Onun hansı səbəbdən öldüyü hələlik  bilinmir. Araşdırma aparılır

11 aprel