Azərbaycanda şagirdini zorlayıb hamilə qoyan müəllimlə bağlı qərar hər kəsi hiddətə gətirdi

Azərbaycanda şagirdini zorlayıb hamilə qoyan müəllimlə bağlı qərar hər kəsi hiddətə gətirdi2016-cı ilin oktyabrında, Şamaxı rayonu Pirbəhli kəndində şagirdinin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimov azadlığa buraxılıb.
Bu barədə Modern.az-a açıqlamasında E.İbrahimovun atası Həsənağa İbrahimov məlumat verib.
O qeyd edib ki, oğlu bir müddət öncə məhkəmənin qərarı ilə sərbəst buraxılıb:
"Hüquq-mühafizə orqanları məsələni dəqiqiliyilə araşdırdıqdan sonra oğlumu sərbəst buraxdılar. Bundan sonra Elnur həmin qızı kəbinə apardı. Təxminən 10 gün keçmişdi oğlum evdə olmayanda qız evə başqa bir adam çağırıb. Oğlum onu evdə tutdu və aparıb polisə təslim etdi. Həmin oğlan dindirildikdən sonra sərbəst buraxılıb".
H.İbrahimov övladının ailəsinin dağılmasından sarsıntı keçirdiyini deyib:
"Çox pərişan oldum. Bir pozğun ailə mənim övladımın ailəsini dağıtdı. Gəlinim iki uşağı ilə atası evindədir".
Ata E.İbrahimovun məktəbdəki işinə qayıtmadığını da bildirib: "Oğlumdan olduğu deyilən uşağı necə etdilər, onu da bilmədik".
Qeyd edək ki, 2016-cı ildə Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi və hamilə qalması günlərlə müzakirə olundu. Ailələr bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdülər. Müəllim E.İbrahimovun atası hadisədən sonra oğlunun həmin qıza əl vurmadığını demişdi. Araşdırmalar zamanı bəlli oldu ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan qıza bakirəlik haqda rəy verib.
Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açıldı, hadisədə təqsirli bilinən E.İbrahimov 5 il 6 ay azadlıqdan məhrum edilmişdi. 25 yaşlı E.İbrahimov ailəli olub, övladı var.
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasovanın açıqlamasına görə, 2016-cı ilin iyul ayında qız uşağı dünyaya gətirən gənc ana, uşağın atasının həbsdə olmasını əsas gətirərək ondan imtina edib. Uşaq hazırda 1 saylı körpələr evindədir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2866   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021