Valideynlərə SOS siqnalı! Uşaqların intiharına səbəb olan oyun artıq Azərbaycanda

Son dövrlər bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən "Mavi balina" oyunu bir çox ailələrin qorxulu yuxusuna çevrilib. Uşaqları özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyunun qurbanlarının sayı yüzlərlədir. Türkiyə mətbuatında uşaqları intihara cəlb edən bu oyunla bağlı araşdırma yazısı yer alıb.

Oyunla bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirilən yazıda oyunun hər hansı rəsmi internet səhifəsi və ya internet ünvanının olmadığı bildirilir.
Rusiya çat səhifələrində oyuna girmək istəyən şəxslərə yönləndirici tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə "oyunçu"dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur.

İstifadə edilən şantaj sistemindən "Black Mirror" – "Qara güzgü" filminin "Shut Up and Dance" (Sus və rəqs et) adlı bölümündə istifadə olunduğu ortaya çıxıb. Bu hekayədə veb kameradan çəkilən gizli gönüntülərin yayımlama təhdidi edən hakerlər qurbanları cinayət törətməyə məcbur ediblər.

"Mavi Balina" oyununda 50 gün boyunca insanı qorxunc vəziyyətə salan 50 tapşırıqdan bəhs edir. Bütün tapşırıqları yerinə yetirən oyunçuya isə "öl, onsuz da yenidən doğulacaqsan" təlqini edilir. Bu oyunu oynayanların arasında sonda intihar əmrini yerinə yetirərək özünü öldürənlər var.

Oyunla bağlı ən əhatəli məlumat Rusiya polisindədir. Rusiyanın "Novaya" qəzetinin məlumatına görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib.
Mavi Balina" oyununa görə mart ayında Rusiyada bir gənc qızın intiharından sonra 6 ay ərzində 130 gəncin intiharıyla bağlı araşdırılma aparılıb. Oyunu idarə edən və əmrlər verən şəxsin kim və ya kimlər olması araşdırılıb. Bu zaman oyunun Qazaxıstan, Qırğızıstan, Ukrayna və Azərbaycana, buradan da Avropaya yayıldığı ehtimalı ortaya çıxıb. Rusiyalı Filip Budekin 8 ölüm qrupu yaratdığına görə saxlanılıb və onun həm də "Mavi Balina" oyunun yaradıcı olduğu ehtimalı var.
Valideynlərə SOS siqnalı! Uşaqların intiharına səbəb olan oyun artıq AzərbaycandaDünyada yüzlərlə gəncin ölümünə səbəb olduğu ehtimal olunan bu oyuna qarşı "Ononimous" da təpki göstərərək kampaniya başladıb.

Mənbənin yazdığına görə, təkcə bu ay ərzində Türkiyədə iki gəncin məhz bu oyunun təsiri nəticəsində intihar etdiyi məlum olub. Onlardan biri Evrim Mertinin ailəsi oğullarının son zamanlar bu oyuna aludə olduğunu və intiharında bu oyunun rolu olmasını ehtimal edirlər. Psixopat oyuna qoşulan gəncin məhz bu səbədən intihar etdiyinin sübuta yetirilmıəsi üçün ailə hüquq-mühafizə orqanlarına üz tutub.

Məlumat üçün bildirək ki, artıq bəzi ölkələrdə hüquq-mühafizə orqanları bu oyunla bağlı araşdırmalara başlayıblar. Bu ilin əvvəlində Qırğızıstanda internetdə oynanılan "Mavi Balina" oyununun iki gənci intihara sövq etməsilə bağlı Qırğızıstan Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Nazirlik ailələri oyunla əlaqədar xəbərdar edib.

Bu ilin iyun ayında Gürcüstan Daxili İşlər Nazirliyində Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsinə əsasən istintaqa başlanılıb: "Media vasitələri ilə yayımlanan məlumata görə, son dövrdə qeyd olunan oyun Gürcüstan ərazisində də yayılıb. Yüksək ictimai maraqdan dolayı, qeyd olunan faktla əlaqədar olaraq Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin təşkilati cinayətlərlə mübarizənin baş idarəçiliyinin kibercinayətkarlıqla mübarizə idarəçiliyi Gürcüstan cinayət məcəlləsinin 115-ci maddəsinə əsasən istintaqa başlayıb. Maddə intihara qədər və ya cinayət cəhdinə qədər aparmağı və cinayət məcəlləsinin 285-ci maddəsinin 1-ci hissəsi isə kompüter göstəricilərinin və ya kompüter sisteminin qeyri-qanuni istifadəsini nəzərdə tutur.

Cinayətin aradan qaldırılması məqsədi ilə, DİN internet istifadəçilərini maksimum dərəcədə özlərini qeyd olunan mövzuda məlumatın geniş yayıılmasından qorumağa çağırır. Bu yeniyetmələrdə bir növ, qeyd olunan oyunun populyalaşdırılmasına dəstək ola bilər", – deyə bəyənatda bildirilir.

Mənbə: Virtualaz.org


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2822   Tarix: 22 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021