Azərbaycanın bu vəzifəli məmuru aparıcı Xoşqədəmlə bağlı bütün gizlinlərin üstünü açdı

Azərbaycanın bu vəzifəli məmuru aparıcı Xoşqədəmlə bağlı bütün gizlinlərin üstünü açdıBir neçə gün öncə "Xəzər" televiziyasında yayımlanan "Bizə danış" verilişində Masallıdan olan Şəhla Ağayeva adlı qadının öz oğlunu 20 il çox dözülməz şəraitdə, zəncirdə saxlaması ilə bağlı süjet efirə verilib. Proqramın rəhbəri Xoşqədəm Hidayətqızı ailənin yaşadığı Çaxırlı kəndinə gedərək çəkiliş edib və zəncirdə 20 il saxlandığını iddia etdiyi İbadər Rzayevi Bakıya gətirib. Anası ilə birlikdə Bilgəhdəki sanatoriyaya yerləşdirilən şəxs veriliş efirə gedəndən sonra yaxınlarının köməyi ilə oradan qaçırılıb.

Verilişdə oğlanın həbri xidmət keçdiyi, yaşının 35 olduğu deyilirdi. Və bu detallar onun 20 ildir zəncirlənmiş halda saxlanıldığı barədə deyilənlərlə uyğunsuzluq təşkil edirdi. Digər tərəfdən isə sanatoriyaya yerləşdirilən ana-balanın oradan qaçması bəzi şübhələrə səbəb olub. virtualaz.org bu məsələni araşdırıb və məlum olub ki, "zəncirlənmiş oğlan" əhvalatı da Xoşqədəmin bundan əvvəl apardığı teleproqramlardakı qurama, qəsdən dramatikləşdirilən və tamaşaçı cəlb edib insanların hissləri ilə oynayaraq reytinq qazanmağa hesablanmış əhvalatlardan biridir.

Kənd sakinlərinin bildirdiyinə görə, Şəhla Ağayevanı aldaraq verilişə çəkiblər. Qonşular deyirlər ki, qadına çəkilişin oğlunun müalicəsinə kömək etmək məqsədilə edildiyi bildirilib: "Ananı aldadıb efirə çıxarıblar ki, sənin oğlunu müalicə etdirəcəyik. Artıq bu məsələnin üzərinə icra hakimiyyəti də düşüb, yəqin ki, Xoşqədəm Hidayətqızını məhkəməyə verəcəklər. Yalandan deyirlər ki, 20 ildir ana uşağı zəncirləyir. Bu qadın oğluna çox yaxşı baxır. Onu aldadıb o cür ifadələr alıblar ki, şou yaratsınlar", - deyə qonşular bildirirlər.

Çaxırlı kəndinin bələdiyyə sədri Vahid Cəlilov da virtualaz.org-a açıqlamasında qadın haqqında efirə gedən məlumatın yalan olduğunu bildirdi. Bələdiyyə sədrinin sözlərinə görə, İ. Rzayev əvvəllər tamamilə sağlam olub, yalnız hərbi xidmətə gedəndən sonra səhhətində problemlər yaranıb.

"Bu uşağın əvvəllər problem olmayıb. 13 il əvvəl əsgərliyə gedəndən sonra səhhətində problemlər yaranıb. Tək qalanda evi yandırır, baş götürüb gedir, harasa ziyanlıq vurur. Efirdə yalandan göstəriblər ki, guya anası onu 20 ildir ki, zəncirləyir. Zəncirlənən adamın ayağında zəncirin izi olar. Anası tək adamdır, gedir mağazadan çörək alsın, məcburdur ki, beş dəqiqə evə qayıdana kimi onu bağlasın. Bu uşaq xəstədir, müalicə olunur, polisdə də qeydiyyatdadır. Yalandan bu hadisəni şişirdib şou düzəldiblər", - deyə bələdiyyə sədri bildirir.

Qadının aldadılaraq efirə çıxarıldığı və bundan şou düzəldildiyini icra hakimiyyətindən də təsdiqləyiblər. Masallı Rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov virtualaz.org-a açıqlamasında bildirdi ki, əslində anası ruhi xəstə olan oğluna çox yaxşı baxırmış.

"Həmin veriliş şou xarakterli hazırlanıb, qadını və oğlunu kənddən Bakıya aparanda da onlara yalan məlumat verilib. Şəhla xanıma oğlunu müalicə məqsədilə Bakıya apardıqlarını deyiblər. Qadın da onların səmimiyyətinə inanıb. Oğlanı Bilgəhdə xəstəxanaya yerləşdiriblər. Anaya sonradan məlum olub ki, oğlunu müalicə etdirmək yox, telelayihə üçün gətiriblər. Ona görə də qadın qohumlarına zəng edib və onların köməyi ilə uşağı xəstəxanadan çıxarıb, rayona gətirib", - deyə icra rəsmisi bildirir.

Ananın oğlunun ayaqlarını zəncirləməsinə gəldikdə, C.Bəşirov bildirib ki, o ruhi xəstə olduğundan evi yandırmağa cəhd etməsin deyə belə bir addım atılıb: "Valideynləri tərəfindən ona heç zaman zorakılıq edilməyib. Hətta xəstəliyini əvvəl müalicə etdiriblər. Lakin tam sağalacağı ilə bağlı həkimlər söz verməyib. Anası daim qulluğunda durur. O ailənin tək oğludur. İllər əvvəl onun ruhi dispanserə yerləşdirilməsi ilə bağlı təklif olmuşdu, anası buna qəti şəkildə qarşı çıxdı. O, övladına özü baxmaqda israrlıdır. Çəkiliş üçün gələndə də ailəni aldadıb aparıblar, oğlunu tam müalicə etdirəcəklərini deyiblər".

Oğlanın saxlandığı yerə gəldikdə, icra nümayəndəsi ailənin yaşadığı evin də elə vəziyyətdə olduğunu deyib: "Ailə o qədər də imkanlı deyil, özlərinin də yaşadığı yer eyni vəziyyətdədir. O birbaşa edilən çəkiliş deyil. Çəkilişdən əvvəl ailə ilə danışıb, çəkilişi razılaşdırıblar. Lakin onlara bu çəkilişin uşağı müalicə etdirmək məqsədilə edildiyini deyiblər. Anaya bildiriblər ki, şənbə günü olduğundan müvəqqəti Bilgəhdəki xəstəxanaya yerləşdirilir. Həftənin 1-ci günü başqa bir xəstəxanada müalicəsini davam etdirəcəyini deyiblər. Ananın bizə verdiyi məlumata görə o, aldadıldığını xəstəxana əməkdaşlarının suallarından sonra başa düşüb. Onlar ananın oğluna yaxşı baxmadığı, zorakılıq etdiyi barədə yayılan məlumatlardan danışıblar. Bundan sonra, ana hər şeyi başa düşüb".

Xatırladaq ki, daha əvvəl də Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişi ilə bağlı qalmaqal ortaya çıxmışdı. Verilişin kadrarxası görüntülərindən məlum olmuşdu ki, çəkilişlər zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Efirə çıxarılacaq "qəhrəmanlar" başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Hətta görüntülərdən birində efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim belə "qəhrəman"ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 12624   Tarix: 22 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DİN: Lənkəranda valideynin övladının narkotik istifadəçisi olması ilə bağlı iddiaları əsassızdır

DİN: Lənkəranda valideynin övladının narkotik istifadəçisi olması ilə bağlı iddiaları əsassızdır. Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar yayılıb. İddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"u

12 aprel
.

Əhməd azadlığa çıxır? - Hüquqşünasdan AÇIQLAMA

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

13 aprel
.

Ağcabədidə Kürdə batan ata və qızının axtarışları davam etdirilir - VİDEO

Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Bu barədə -a FHN-dən məlumat verilib. Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfəri

14 aprel
.

Babası, atası və oğlu şəhid olan Arif İsmayılov vəfat etdi

Babası 1918, atası 1942, oğlu isə 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılov vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd olunub ki, Arif İsmayılovun oğlu İsmayıl İsmayılov 1994-cü ildə Kəlbəcər ətrafında gedən döyüşlərdə 60-dan çox ermənini məhv edərək Qanlıkən

14 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Bakıda motosiklet ağaca çırpılıb: Sürücü ölüb

Bakıda motosiklet sürücüsü ağaca çırpılıb. APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Teyyub Həsənağa oğlu Piriyev idarə etdiyi "Yamaha R15" markalı motosikletlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb

13 aprel
.

Bakıda mənzildə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetm

14 aprel
.

Ağdamda mina partlayışı olub: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

"İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Mirfəttah Bağır oğlu Bağırovun vəziyyəti ağırdır". "Report" xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib. "Xəstə daxil olarkən diaqnoz

12 aprel
.

Mikroavtobus qəzasında iki uşaq öldü, səkkiz yaralı var

Dağıstanda yük maşını ilə mikroavtobus toqquşub. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə Kasumkənd kəndində baş verib. Qəza nəticəsində iki uşaq ölüb, səkkiz nəfər yaralanıb. Xəsarət alanlardan ikisi uşaqdır

13 aprel