Bağışla, qızım - səni böyüdə bilmədik

Bağışla, qızım - səni böyüdə bilmədikBir ildir artıq bizi tərk etdiyin. Mən sənin haqqında "öldü" ifadəsini heç zaman qəbul edə bilmədim, gül üzlü mələyim. Ona görə də "tərk etdi" ifadəsini deyirəm. "Ölüm" sözü heç sənə yapışmır, yaraşmır. Həm də axı sən ölməmisən. Mənim ürəyimdə yaşayırsan. İndi cümlələri yazdığımda düz bir il öncə, hər zaman ürəyimdə yara olacaq o məşum tarix, avqustun 5-i yadıma düşür.

Həmin günün səhəri gözlərim önündə canlanır. Mən işə getdiyimdə, "ata, gələndə mənə "kukruz" al sözün hələ də qulaqlarımda cingildəyir. Mən "kukruz" alacaqdım, amma sən gəlişimi gözləmədin. Ən son öpüb məni qapıdan yola saldığın anı heç unutmadım, mələyim. Səhər məni işə yola salıb, gecə saat neçədə gəlsəm belə, yolumu gözləyən çiçəyim! Bir ildir hər gün qapını döydüyümdə, sənin səsinin qapı arxasından gələcəyini, "ata, gözlə açıram" deməyini gözlədim. Səsini, sözlərini, "ata, səni lap çox istəyirəm" deyimini bu bir ildə hər gün dəfələrlə eşitmişəm sanki, sənin səsinlə duymuşam. Bir ildə çox şey dəyişdi, Cavidanım... Getməyinlə hər şeyi dəyişdin. Evimiz dəyişdi, həyatımız dəyişdi, əvvəl sevimli olan qohumlara münasibətimiz dəyişdi. Hər şey bir anın içində çevrildi sanki.

Amma... Amma bir şey dəyişmədi. Sənə olan sevgimiz dəyişmədi. Sənin yoxluğuna bir ildə alışa bilmədik ki, sevgimiz də dəyişsin. Həyatının ilk sevincini itirmək o qədər acıdır ki, qızım. Sən ömrümün ilk sevinci idin. Bu acını yaşadım sənin yoxluğunla. Yoxluğuna görə o qədər təsəllilər eşitdim ki, saysız-hesabsız. Amma heç bir təsəlli, heç bir söz ovundurmadı. Sənin yoxluğunu heç cür qəbul edə bilmədim.

İndi də etmirəm. Edə bilmirəm axı, gözəl mələyim. Səninlə bağlı o qədər arzularım var idi. Hamısı bir anda puç oldu. Sənin faciəli gedişinlə, mən hər şeyimi itirdim. Bilmirəm, buna qismətmi deyim, Allahın sınağımı deyim. Qismət idisə, nədən belə bir qismət? Sınaq idisə, niyə bu cür sınaq? Bu suallara cavab tapa bilmirəm. Necə ki, pəncərəmizdən düşdüyün an necə kömək istəmisən, ağlamısanmı, gülmüsənmi, o an nə demisən?!, sualları məni rahat buraxmadığı kimi, Allahın niyə belə tale yazdığı sualı da rahat buraxmır. "Hər şeydə Allahın hikməti var" deyirlər. Amma belə hikmət? "Allah ədalətlidir" deyirlər. Belə ədalət? Bəlkə də deyilənlər doğrudur. Hər pis hadisədə bir xeyir var deyimi, bəlkə də düzdür. Amma bildiyim tək doğru, sənin ürəyimdə əbədilik olaraq yaşayacağındır. Ta ki, mən əbədiyyətə qovuşanadək, sənin yanına gələnədək.

Allahın hikməti varsa, ədaləti varsa, biz o biri dünyada qovuşacağıq, mələyim. Ən böyük təsəllim o dünyada qovuşa biləcəyimizə inanmağımdır. Dini yozumlara görə, uşaqlar valideynləri o dünyaya gedərkən, onları gözləyirlər. Mələk olduqları üçün, mələklərdən valideynləri ilə bir olmağı xahiş edirlər. Buna inanıram. Sən də bir mələksən. Heç kəsi olmasa da, məni yanına alacağına inanıram, qızım. Bir də... Bir də zamanın tez keçməsini o qədər arzulayıram ki. Çünki ömrümdən gedən hər il, ay, gün, saat, dəqiqə məni sənə yaxınlaşdırır. Mən bilmirəm nə zaman sənə çatacam. Bütün hallarda hər kəsin sən olduğun dünyaya gələcəyi kimi, mən də gələcəm.

Bir təsəllim bu. Digər təsəllim isə qardaşının var oluşudur. Sənin ətrini aldığımız, sənin də çox istədiyin, "Tutuşum" dediyin Turanımızdır... O mələk ruhunun mənimlə, bizimlə olduğunu bilirəm. Ən pis zamanımda, yuxuma gəlib "ata, üzülmə, hər şey yaxşı olacaq" deməyin, ruhunun evimdə olduğunun işarəsidir. Başqa nəsə yaza bilmirəm.

5 illik ömrünlə, o qədər xatirələr qoymusan ki, gözəl qızım. Onları belə kiçik həcmli yazıya sığışdırmaq mümkünsüzdür. Sadəcə sənə, sənin ruhuna üzr borcum var. "Qızım! Sənə bir şey olsa, ölərəm" deyirdim. Amma mən sənsiz ölmədim. Buna görə bağışla məni, gözəl mələyim. Gül üzlü, mələk qızım! Bir də... Bir də bağışla, səni böyüdə bilmədiyimiz üçün. O dünyada görüşənədək, Cavidanım....

P.S. Bütün valideynlərə səslənirəm. Övladlarınızı qoruyun! Övladlarınıza məsuliyyətlə yanaşın. Allah heç birinizə övlad acısı yaşatmasın...

Anar Bayramoğlu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1520   Tarix: 05 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qriplə başlayıb, leykozla bitdi: Bahalı müalicəyə ehtiyacı olan Əli Əhədovun hekayəsi (FOTO/VİDEO)

8-ci sinif şagirdi, həkimlərin ağır qan xərçəngi diaqnozu qoyduğu Əli Əhədovun anası Təranə Aslanova -ın redaksiyasına müraciət edib. Anasının sözlərinə görə, Əli məktəbə və təhsilə çox bağlıdır. Onun vəziyyətini sinif yoldaşları, dostları və müəllimləri dərindən yaşayır, ailəyə bu çətin dövrdə kömə

20 dekabr
.

Sabah hava necə olacaq?

Dekabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimal

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib

Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı

19 dekabr
.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

19 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

Avtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind

20 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr