Azərbaycanda tələbə oğlan bu mesajı yazıb özünü öldürdü - MEYİTİN ÜSTÜNƏ ANASI GƏLDİ

Azərbaycanda tələbə oğlan bu mesajı yazıb özünü öldürdü - MEYİTİN ÜSTÜNƏ ANASI GƏLDİDünən Salyan rayonunun Xıdırlı kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Özünü asaraq intihar edən 21 yaşlı Əsədov Emin Mehman oğlu Rusiya universitetlərindən birində qiyabi təhsil alırmış. O, atasına məxsus olan karyerdə ona kömək edirmiş.

Bildirilir ki, hadisədən əvvəl 21 yaşlı Eminlə atası arasında hələlik dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. Bundan sonra o, atasına mesaj olaraq "Ata mən getdim" sözlərini yazıb. Daha sonra yaşadığı evdə özünü asan gəncin meyitini anası aşkarlayıb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə: Lent.az

Hadisə   Baxılıb: 10528   Tarix: 12 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR