Latviya aviaşirkəti yeni qərar qəbul etdi
Fransada çərşənbə axşamı baş vermiş təyyarə qəzasından sonra Latviyanın "AirBaltic" milli aviaşirkəti yeni təhlükəsizlik qaydalarının tətbiq edilməsi barədə qərar qəbul edib.
Şirkətin vitse-prezidenti Yanis Vanaqs jurnalistlərə bildirib ki, bundan sonra şirkətin hava reyslərində pilot heç zaman kabinədə tək qalmayacaq: "Bizim şirkətimiz qərar qəbul edib ki, bundan sonra pilot kabinəsində daim ən azı iki pilot olsun. Əgər pilotlardan biri hansısa hallarda kabinəni tərk etmək məcburiyyətində qalarsa, stüardessalardan biri kabinədə olacaq".
Onun sözlərinə görə, qərar artıq qüvvəyə minib və şirkətin bütün təyyarələrinin heyəti üçün məcburidir.
Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 467 Tarix: 28 mart 2015
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNarkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO
Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a
28 martHindistanın bir şəhəri milyarderlərin sayına görə dünyada üçüncü oldu
Hindistanın Mumbay şəhəri orada yaşayan milyarderlərin sayına görə Asiya şəhərləri arasında liderdir. Bu barədə Hindistanın "Hurun India" reytinq agentliyinin apardığı araşdırmalarda qeyd olunur. Agentliyin araşdırmasına əsasən, Mumbay ilk dəfə olaraq Pekini qabaqlayaraq Asiya ölkələri arasınd
26 martBu ölkənin ən gənc yeni prezidenti seçildi
Bassiru Diomaye Faye seçkilərin ilk turunda qalib gələrək Seneqalın yeni prezidenti seçilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Seneqalın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, 44 yaşlı D. Faye səslərin 54,28 faizini toplayıb. O, müstəqil Seneqalın beşinci və ən gənc prezident
28 mart"Crocus" teraktında şübhəli bilinən şəxslə bağlı YENİ MƏLUMAT
Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı təqsirləndirilən Alişer Kasımovun bir neçə kafesi var. xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Həmçinin son məlumatlara görə, Kasımova aid "Çayxana" kafesi hazırda möhürlənib
28 martMiddlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?
Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan
27 martErmənistan kəndi Gürcüstana qaytaracaq?
Ermənistan təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırdır. Bununla bağlı Ermənistan KİV-də yayılan məlumata görə, İrəvan Gürcüstanla sərhəddəki Lori vilayətindəki Ciliza kəndini Tbilisiyə qaytarmağa hazırlaşır. Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinya
27 martPEGIDA lideri Qurani-Kərimi yerdə sürüdü
Hollandiyada irqçi PEGIDA qrupunun lideri Edvin Vaqensveld Qurani-Kərimə qarşı çirkin hücum həyata keçirib. xarici çediaya istinadən xəbər verir ki, o, Qurani-Kərimə zəncir taxaraq yerdə sürüyüb. Hadisə Hollandiyanın Arnhem şəhərində "Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı" (PEGIDA
28 mart