Azərbaycandan İrəvana zərbə və itirilən müstəqillik

Azərbaycandan İrəvana zərbə və itirilən müstəqillik4 günlük aprel müharibəsinin nəticələrindən danışarkən regional təhlükəsizliyi araşdıran ekspertlər nədənsə, uzaqmənzilli İskəndər raketlərinin Cənubi Qafqaza gətirilməsini fəsadlardan biri kimi dəyərləndirirlər.Onların versiyasına görə,Krım ətrafında sərt beynəlxalq sanksiyalara məruz qalan Rusiya özünün hərbi maraqlarını dərindən təhlil edərək müxtəlif vektorlar üzrə hərəkətə keçdi və strateji mənzilli silahlarını yaxın müttəfiqi saydığı ölkələrə yerləşdirməyə başladı. Doğrusu,reallıqda rus generaliteti üçün Qazaxıstan və Belarusla hava məkanının birgə qorunmasına dair razılaşmaları başa vurandan sonra cənub cinahında-Ermənistanda hərbi dayaqlarını möhkəmləndirmək zaman məsələsiydi.Ancaq dünənə qədər Türkiyə ilə 30 milyard dollardan artıq ticarət dövriyyəsinə nail olub,hətta Putinin sözləri ilə desək,Ankaranın NATO-dakı müttəfiqlərinin belə vermədiyi iqtisadi-siyasi preferensiyaları Ərdoğana peşkəş edəndən sonra Gümrüdə onlara qarşı qanadlı raket sipəri çəkmək də düzgün olmazdı. Cənubi Qafqazda hərbi çəkisini artırmaq üçün daha köklü səbəblərə ehtiyac duyulurdu.
Nəhayət,24 noyabr 2015-ci ildə Su-24 qırıcı təyyarəsinin vurulması ilə pozulan müttəfiqlik bir neçə ay içərisində iki ölkə arasında soyuq müharibəyə çevrildi və "Türk axını" da daxil onlarla layihə qarşılıqlı sanksiyaların altına düşdü.Ərdoğan iqtidarının Birləşmiş Ştatların fitvasıyla İŞİD terrorçularına hərbi və maliyyə dəstəyi verdiyini sübuta yetirmək üçün kosmik müşahidə və kəşfiyyat strukturlarını işə salan Kreml texnoloqları İrəvanda Qərb əleyhinə yeni cəbhə açmaq üçün daxili və xarici informasiya məkanında geniş təbliğat kampaniyasına start verdilər.Hər halda Çeçenistandan İraka və Suriyaya xilafət qurmaq məqsədi ilə gedən 3 mindən artıq yaraqlını Ağrı dağının ətəklərində gözləmək daha effektli olardı.Qalırdı qərarı birtərəfli verməmək üçün erməni xalqının formal da olsa,razılığını almaq,o da Qarabağ cəbhəsində 22 ildir davam edən atəşkəsdən sonra baş verən ən böyük hərbi eskalasiya ilə həyati zərurət kimi təqdim olundu.
Tarixi xronikanın belə sadə olduğunu düşünənlərə,ötən ilin ortalarından Razdan meydanında Moskva əleyhinə yüz ilin aksiyalarını keçirən və "dekolonizasiya"ya müqavimət göstərənlərin Putinə qarşı irəli sürdükləri ittihamlardan yalnız birini xatırlatmaqda fayda var.Sən demə,yenə konspirativ nəzəriyyələr İrəvana qarşı işə düşübmüş.Yoxsa,belə "qəfil hücuma məruz qaldıqları"nı nə ilə əsaslandırmaq mümkün olardı?
Hər zaman olduğu kimi,özünün səs-küylü açıqlamaları ilə Sarkisyan rejimini və ictimai gündəmi onunla hesablaşmağa vadar edən məşhur Nikol Paşinyan "aprel xəyanəti"ni Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü üçün Kremllə razılaşdırılmış ssenarisi adlandırdı və itirilmiş hərbi yüksəkliklərin hesabını da "düşmənə silah satan" dövlətdən soruşmağı tələb etdi.Artıq günahkarın tapıldığı və kütlə şüuruna yeridilmiş təxminlər,gümanların həqiqətə çevrildiyi bir vaxtda Rusiya-Ermənistan arasında birgə hərbi qruplaşmanın yaradılması qərarı Qərbdə yeni himayədarlar axtarmağa qalxmış yüz minlərlə erməni üçün əsil şoka çevrildi.Onlar müstəqilliyə can atarkən,başlarının üstünə yeni qılıncı gördülər.Ağdərədə əldən verilmiş torpaqların hesabına üsyana qalxmış asiləri Putin təzə müqavilə ilə qarşıladı.Bəli,800 hektar yerin siyasi işğal ölçüsü daha böyük oldu.
Xatıraladaq ki,oxşar hərbi birliklər müstəqilliyi çox az dövlət tərəfindən tanınmış Abxaziya və Cənubi Osetiya ilə də mövcuddur və orada da Gümrüdəki kimi bazalar yerləşdirib.Sual yaranır:Qafqazda 3 mühüm nöqtədə silahlı birləşmələrə malik paytaxt nədən ermənilərlə vahid orduya ehtiyac duyur? Təhlükələr o qədərmi artıb,axı erməni siyasi spektirinin və cəmiyyətin verdiyi reaksiyalara baxsaq görərik ki,yaradılmış yeni silahlı qüvvələrə bir millətin ordudan,hətta dövlətçilikdən məhrum edilməsi kimi yanaşanların sayı daha çoxdur.
Yeni birlikdən qorxanların arqumentləri nə dərəcədə əsaslıdır?Əvvəla,bütün hava məkanı,silahlı qüvvələr bloku, sərhəd qoşunları və gömrük strukturlarının tabeçiliyində dəyişilik ediir.Hər hansı təhlükə yarananda Rusiyanin Baş Qərargah rəisi və ya onun Cənub dairəsi tərəfindən necə hərəkət etməyin gərəkliyi razılaşdırılır.Məgər, Ermənistanın 5-ci ordusu olmadan bu işi yerinə yetirmək olmazdımı? Yaxud,Türkiyə və Azərbaycanın hərbi təhdidləri halında da son dərəcə amorf bir vəziyyət meydana çıxır.Belə ki,əvvəlcə Bakıya 5 milyard dollarlıq silah satırsan,sonra onun qarşısını almaq və çəkindirici mexanimzlər qurmaq üçün Gümrüdə yeni rus-erməni ordusu formalaşdırırsan.Ona görə də vitse-spiker Eduard Şarmazanov ölkəsinin təkbaşına öz müdafiəsini həyata keçirə bilmədiyini deyə gətirərkən,ona qarşı süngü ilə çıxanlar sərt arqumentlərini irəli sürürlər.Onlar deyirlər ki,Birgə qruplaşma İrəvanı xarici təhlükədən qorumayacaq,əksinə əlavə problemlər yaradacaq və əsil həqiqətdə Gürcüstanda NATO-nun dayaqlarının möhkəmlənməsinə və genişlənməsinə qarşı sipər kimi nəzərdə tutulduğundan əlavə gərginlik mənbəyinə dönəcəkdir.Yəni,burada altruizm-təmənnasız yardımın göstərilmədiyi hamıya məlumdur.Üstəlik,Ermənistana platsdarm-bufer zona kimi yanaşan Moskvanın müxtəlif beynəlxalq mənafeləri üzündən burada süni toqquşma səhnələrini təşkil edəcəyindən ehtiyatlananlar da yetərincədir.O üzdən parlamentdə əslində hakim rejimin siyasətini başqa formada ifadə edən müxalif "Çıxış" blokunun təmsilçiləri energetika,nəqliyyat, gömrük siyasəti sahəsindəki müstəqilliyini əldən verən bir ölkənin son addımını müstəqil ordudan və dövlətçilikdən məhrum edilməsitək dəyərləndirirlər.Gerçəkdən də əgər suverenlikdən danışıb öz sərhədlərini başqa əskərlərə tapşırırsansa,onda NATO və Avropa bilriyini buna necə inandıracaqsan?
Parlamentdə məlum qanun layihəsinin ratifikasiyası zamanı hakim partiya təmsilçilərinin gətirdikləri dəlillərin sırasına Azərbaycanın Naxçıvan bölgəsindən onları gözləyən təhlükəyə daha çox diqqət çəkməyə çalışırdılar.Yeri gəlmişkən,rusiyalı ekspert camiyəsi də son aylar ərzində bu strateji bölgəyə xüsusi yer ayırırlar.Hələ də Lenin-Atatürk razılaşmasını lənətləyənlər üçün Naxçıvanın tarixi "Qars müqaviləsi" ilə təhlükəsizliyinin 3cü dövlətlər tərəfindən də qorunduğu yaxşı məlumdur.Erməni rəhbərləri son illər ərzində Türkiyənin iqtisadi,siyasi və hərbi cəhətdən "şərq qapısı"nda möhkəmlənməsindən xoflanırlar və orada keçirilən birgə təlimlər İrəvana hücumun baş məşqi hesab olunur.Hər halda nəzərdən qaçırmaq olmaz ki,Azərbaycan Naxçıvan regionuna yüksək siyasi və hərbi status verərək oradakı hərbi birləşmələrin səlahiyyətlərinə,sayına və malik olduğu texnikaya,texnologiyaya 90-cı illərdən fərqli bir strategiya ilə yanaşdığını ortaya qoyub.Türk generallarının yaxından cəlb olunduğu bölgədə əldə olunmuş sabitlik və inkişaf onu İrəvan üçün qorxu mənbəyinə çevirir.Erməni paytaxtına cəmi 62 km məsafədə yerləşən və qala kimi istehkama çevrilən bir diyar Yaxın Şərq cəbhəsində savaş aparan Türkiyə üçün də möhkəm arxa cəbhədir.Lakin Qarabağ bölgəsinə bütün hərbi resurslarına yönəltməyə çalışan ermənilərin bir qism qoşun birləmələrini və iqtisadi ehtiyatlarını özünün digər yaxın sərhədlərinə toplaması hərbi baxımdan rəqibin xeyrinə işləyir.Rəsmi Bakının ondan ayrı düşmüş bir məkanı gücləndirərək,siyasəti əleyhinə qoyulan Qarabağ işğal bölgəsinə qarşı sanki Naxçıvanı gücləndirməklə cavab verməsini görməmək mümkün deyil.
Nəticədə,erməni ordusuna rəhbərliyi sonuncu müqavilə ilə tam əlinə götürən Rusiya hərbi-siyasi rəhbərliyi "Naxçivan təhlükəsi" adı altında Ermənistanın müstəqilliyini və ordusu üzərində hakimiyyəti ələ götürdü.İndiki reallıqda bunun özü Naxçıvanla bağlı Bakının siyasi planlarının uğurlu olduğunu söyləməyə əsas verir.
Lakin sadə ermənilərin nəzərində birgə hərbi qruplaşma Kremlin İrəvana təyin etdiyi satrapları qorumağa xidmət edəcək və Rusiyaya təhlükə zamanı hərəkətə keçəcək.Daxildə xalq üsyanlarını yatırmaq daha önəmli olduğundan erməniləri Putin istəyəndə Suriya döyüşlərinə də göndərə bilər.
Çünki Ermənistanın Abxaziya və Cənubi Osetiyadan fərqli olan müstəsna dövlətçilik keyfiyyəti qalmadı.Qarabağda qalib gəlməyin hesabı bax belə ödənir!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2243   Tarix: 12 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel