5 uşağı ilə İraqda ölən azərbaycanlı qadın ora necə gedibmiş? - FOTO

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İraqda, əsir düşərgəsinə bomba atılması nəticəsində azərbaycanlı qadın və onun beş uşağı öldürülüb. Bu, vaxtilə dini radikallara qoşularaq, Türkiyəyə, oradan isə İraqa gedən İlahə Əliqulu qızı Abdullayevadır. Onun seçdiyi yanlış yol həm özü, həm də körpə uşaqları üçün dəhşətli faciə ilə nəticələnib.

Sonxeber.az xəbər verir ki, İlahənin anası Səfayə Abdullayeva azvision.az-a bildirib ki, faciədən sonra yalnız bir nəvəsi - 3 yaş 5 aylıq Umeyr sağ qalıb. Bu həftə ərzində Umeyri dövlət orqanlarının dəstəyi ilə Azərbaycana gətirəcəklər.

- Gecə-gündüz nəvəmiz Umeyrin Azərbaycana gətirilməsini gözləyirik. Bu gecə Abdullah adlı uşaq Azərbaycana gətirlib. Bizə də bu barədə məlumat verdilər. Amma o, bizim nəvəzmiz Abdulla deyil. Bizim ən kiçik nəvəmiz Abdulla 1 yaş beş aylıq idi. Partlayış zamanı o da həlak olub. Tək sağ qalan nəvəm isə Umeyirdir. O, bir neçə gün öncə tapılıb. Əsirlərin qaldığı düşərgədə saxlanılırmış,- deyə Səfayə Abdullayeva AzVision.az-a bildirib.

Səfayə xanımın sözlərinə görə, qızı İlahənin beş övladı vardı, biri isə bətinində idi: "Mətbuatda yazılır ki, guya Azərbaycana gətirilən Xədicə adlı körpə qız Abdullanın bacısıdır. Bu, yanlış məlumatdır. Umeyrin heç bir bacı-qardaşı sağ qalmayıb. Bizim evə nümayəndələr gəlib baş çəkiblər, şəraitimizlə də maraqlanıblar ki, Umeyri Azərbaycana gətirəndə harada saxlayacağıq. Ölən günümə qədər balamın balası Umeyri göz bəbəyim kimi saxlayacağam".

Qızının İraqa necə gedib çıxdığını sayta danışan Səfayə xanım bildirib ki, İlahə 2014-cü ildən Türkiyədə yaşayırdı. 2015-ci ildə məhz oradan İraqa keçib: "Guya din yolunda universiteti yarımçıq atdı. Yalvardım, ağladım ki, qızım, təhsilini davam elə. Dedi ki, ana, mən Allah yolunda gedirəm.

İlahə ilə axırıncı dəfə avqusutun 2-də danışdım. Dedi ki, ana, hər şey yaxşıdır, narahat olma. Qızım hamilə idi. Sentyabrın 2-də isə ölüm xəbərini alqdıq. Onun uşaqları ilə birgə qaldığı əsir qadınlar düşərgəsinə bomba düşmüşdü. Sonra eşitdik ki, əri Süleyman da qətlə yetirilib. Ən böyük nəvəm Əsmanın dekabr ayında 10 yaşı olacaqdı. Allah heç bir valideynə bunu yaşatmasın. Bu dərd məni bir ana kimi son günə qədər yandırıb-yaxacaq.

Ölən nəvələrimin adları Əsma, Səlma, Ərvan, Abdulla idi. Abdullah ən balacası idi. O da partlayışda həlak olub. Qızım İlahə ora gedən gündən biz göz yaşı tökürük..."
5 uşağı ilə İraqda ölən azərbaycanlı qadın ora necə gedibmiş? - FOTOİkinci qız Səlma

5 uşağı ilə İraqda ölən azərbaycanlı qadın ora necə gedibmiş? - FOTO5 yaşlı Ərva
5 uşağı ilə İraqda ölən azərbaycanlı qadın ora necə gedibmiş? - FOTO1 yaş 9 aylıq Abdulla
5 uşağı ilə İraqda ölən azərbaycanlı qadın ora necə gedibmiş? - FOTO3 yaş yarımlıq Umeyirdi. Yalnız Umeyir sağ qalıb.
5 uşağı ilə İraqda ölən azərbaycanlı qadın ora necə gedibmiş? - FOTO3 yaş yarımlıq Umeyir. Hazırda sağdır


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1704   Tarix: 13 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel