İkibaşlı adamın DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ: çox TƏSİRLİDİR - FOTO

İkibaşlı adamın DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ: çox TƏSİRLİDİR - FOTOBəzən bir baş insan çiyninə ağırlıq edərkən, meksikalı Paskual Pinon ikinci başı ilə qürür duyurdu. 1889-cu ildə Meksikada doğulan Paskal öz qəribəliyi ilə hər kəsi heyrətə gətirir. Körpənin alın nahiyəsində bir başı da var idi.
Publika.az "ikibaşlı möcüzə" Paskal Pinon haqda yazını təqdim edir:
Paskalın ikinci başının olması tibbi cəhətdən tam araşdırılmayıb. Mənbələrə görə, onu Con Şaydler adlı səyyah Meksika torpaqlarında tapıb, haqqında məlumat qələmə almışdı.
Paskalla ilk görüşünü belə təsvir edirdi: "Mən uzun müddət onun axtarışına çıxdım. Meksika ərazisini qarış-qarış gəzdim. Hər kəsi sorğu-sual etdim. Lakin heç kim onun yerini demək istəmirdi. Bəlkə də, ehtiyat edirdilər. Qəbilənin insanlarına bir-bir yaxınlaşıb, ikibaşlı insan hardadır deyirdim. Onlar da mənə acıqlı-acıqlı baxıb, üzlərini çevirirdilər. Günlərin bir günü bəlli oldu ki, Paskala iblisin varisi deyib, onu qapalı mağarada saxlayırlar. Qəbilənin sakinləri düşünürdülər ki, onu gizlətməklə bütün bəlalar sovuşacaq".
Şaydler Paskalı görəndə gözlərinə inanmır. İnsanlar onu yedirir, içirir lakin əllərini bağlayıb, vəhşi heyvan kimi davranırdılar. Qədərsiz Paskal bütün həyatını gün üzü görmədən qaranlıq soyuq daşların arasında keçirdirdi. Şaydler Meksika hakimiyyəti ilə əlaqə saxlayıb, bu haqsızlığın qarşısını almaq istəyir. Hakim dairələr dünya ictimaiyyətin qınağından qorxub, məsələni gündəmə gətirmək istəmirlər. Sonunda səyyah arzusuna çatır və zavallı Paskalı bu məşəqqətdən xilas edir.
Paskal hesab edirdi ki, ikinci başı müqəddəs Məryəmə aiddir və ona dərin hörmətlə yanaşırdı. Mağarada keçirdiyi illərini isə yada salmaq istəmirdi.

Bir dəfə Con Şaydler Pinona maraqlı təklif irəli sürür. Sirklərdə çıxış edib, pul qazanmaq tövsiyə edir. Paskal razılaşır və tezliklə kifayət qədər məşhurlaşır. İnsanlar şlyapanın içindən çıxan ikinci başı görəndə heyrətə gəlirdilər. Bu baş dodaqlarını tərpədir, onlara baxır hətta sakit səslə danışırdı. Paskal çox su içəndə "Məryəm"in ağzının suyu axır, hıçqırmağa başlayırdı.
Paskal haqda hər yerdə şaiələr gəzirdi. Bəziləri düşünürdü ki, onun ikinci başı əslində şişdir. Üzərinə maska yapışdırıb, pul qazanır. Lakin bu, doğru təxmin olsaydı, Paskalın yalanı ifşa olunar və Ginnesin rekordları kitabına salınmazdı. Məsələyə tibbi cəhətdən yanaşsaq, güman etmək olar ki, onun ikinci başı inkişaf etməmiş əkiz qardaşına məxsusdur. Paskalın ikinci başı bəzən gülümsəyirdi, bu zaman düyüyə bənzər ağ və nazik dişləri üzə çıxardı.
Paskal bəzən insanların ona qəribə davranışlarından təngə gəlir, elə tamaşa zamanı səhnəni tərk edib, tənhalığa qapılırdı. Günlərin bir günü əzazil seyrçilər onun üzərinə yumurta, pomidor atmağa başlayırlar. Bu Paskalın səhnədə ən son çıxışı olur. O sirkdən uzaqlaşıb, özünə qapılır. Bir müddət sonra isə özündə qeyri-adı bacarıq hiss edir. Paskal artıq qarşısındakı insanın gələcək taleyini üzündən oxuya bilirdi. İnsanlar onun iqamətgahına gəlir, pul verib, arzu tuturdular. Bəzi mənbələrə görə, Pinon hətta xəstələrə şəfa verirmiş.
Paskal Pinon çox az yaşayıb. Onun dəfn mərasimində isə qohumlarından heç kim iştirak etməyib. Yəqin ki, onun doğmaları bədheybət Paskaldan utanıblar. Hazırda Paskal Pinonun Meksika muzeylərinin birində fiquru saxlanılır. Fiqurun yanında şlyapa qoyulub. İnsanlar ora pul atıb, arzularının gerçəkləşəcəyinə ümid edirlər. Çünki düşünürlər ki, Pinonun ruhu onlara nəzarət edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3629   Tarix: 13 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021