Əsgər anaları Sarkisyanı BİABIR ETDİ: "Sən haradan biləsən ki..." - FOTO

Əsgər anaları Sarkisyanı BİABIR ETDİ: "Sən haradan biləsən ki..." - FOTOErmənistanda əsgər anaları yenidən müdafiə naziri Viqen Sarkisyana qarşı etiraz aksiyası keçirib.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları övladlarının yüksək rütbəli zabitlər tərəfindən qətlə yetirildiyini və bütün bu cinayətlərin açılmadığını deyirlər.

"Əgər bu illər ərzində Müdafiə Nazirliyi bizim məsələmizlə maraqlansaydı, hüquq-mühafizə orqanları və məhkəmələr övladlarımızın qətlilə bağlı cinayət işlərini açardı", - deyə əsgər anaları bildirib.

İrina Kazaryan deyir ki, bir neçə ay öncə Viqen Sarkisyanla görüşləri olub: "Lakin o, bizə kömək etmir. Mənim oğlum yeddi il əvvəl hərbi xidmətdə olarkən qətlə yetirildi, bu qətlin üstü hələ də açılmayıb. Oğlumun xəstəlikdən öldüyünü deyirlər. Əgər oğlumun beynində şiş vardısa, niyə əsgər aparırdılar, niyə orduda kəşfiyyata götürmüşdülər?! Məhkəmə bu iddia haqda heç bir həkimin ifadəsini almadı və işi bağladı. Viqen Sarkisyan dedi ki, bu işi araşdırmağa səlahiyyəti çatmır. Əgər belə səlahiyyyətin yoxdursa, onda niyə müdafiə nazirisən? İnsanlardan hər ay orduya vermək adı ilə 1000 dram alırlar, amma kömək etməyə gələndə qaçırlar. Mən Viqen Sarkisyana dedim: "Sən hərbi xidmətdə olmamısan, bilmirsən, ordu nə deməkdir, xidmət nədir". Onda mənim üzərimə yeridi və ondan üzr istəməyimi tələb etdi. İndi nə etməliyik, qətlə yetirilmiş əsgərin anası nazirdən üzr istəməlidir?".

Əsgər anaları aksiyada prezident Serj Sarkisyana qarşı da etiraz şüarları səsləndirib. Bildiriblər ki, 2018-ci ildə də heç nə dəyişməyəcək.

"Əgər gələn il hər şeyi Milli Təhlükəsizlik Şurası diktə edəcəksə, bu Serj Sarkisyanın hakimiyyətinin davamı deməkdir. Bu şəxs orduda hökm sürən vəziyyətə görə birbaşa məsuliyyət daşıyır", - deyə əsgər anaları qeyd ediblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1011   Tarix: 13 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel