Sevdiyinizi əldə saxlamağın "10 qızıl qaydası"

Sevdiyinizi əldə saxlamağın "10 qızıl qaydası"Sevgili musiqiyə bənzəyir. Bir dəfə aşiq olduğun musiqini dəfələrlə dinləmək istəyirsən…Və bir gün nəhayətində dinləməkdən bezdiyin bir ifaya çevrilir. Bu halın yaşanmaması üçün, sevgi münasibətlərini hər zaman ilk günki kimi həyəcanlı və xoşbəxt hala gətirmək şərtdir. Həyatda hər şeyin bir qaydası olduğu kimi bunun da özünə məxsus qaydaları vardır. Bu qızıl qaydaları sizin üçün bir başlıq halında topladıq. Buyurun oxuyun. Ümid edirik ki, işinizə yarayacaqdır.

1-ci qayda: "Baxımlı olmaq"

Cinsinizdən və kimliyinizdən aslı olmayaraq baxımlı olmaq işin əsas qanunlarından biridir. Əlinə keçəni əyninə keçirmiş bir qadın, yaxud kişi düşünün. Saçı daranmamış, üz-gözündən zəhrimar yağan bir adam başqasının necə xoşuna gələ bilər?! İnsan gözü daim gözəlik axtarır. Dərinizə, saçınıza, geyiminizə ciddiyyətlə yanaşın. Bunun üçün ilk öncə sevgilinizin zövqünü yaxşı bilməyiniz şərtdir. Onun zövqünü oxşayacaq aksesuarlardan istifadə etsəniz sizi daha çox bəyənməyə başlayacaq.

2-ci qayda: "Sevimli olmaq"

Sevimli olmağın ən yaxşı yolu, güclü yumor qabiliyyətinə sahib olmağınızdır. Ciddilik hər zaman gözəldir. Lakin quru xasiyyətli bir adamla bir evdə yaşamağı heç bir insan arzu etməz. Bacardıqca çox lətifə öyrənin.Sevgilinizi güldürmək üşün əlinizdən gələni edin. Əyər qaraqabağlıqda sərhəd tanımayan insansınızsa və lətifə işi sizdə alınmırsa onda onunla ara-sıra maraqlı oyunlar oynamaqdan yan keçməyin.

3-cü qayda: "Romantika"

Romantika anlayışı olmayan bir sevgili düşünün... Bütün günü sizə iş yoldaşları və ailəsi haqqında danışır. Yaxud yuduğu paltarları necə ütülədiyindən. Sizcə də çox ürəksıxıcı olmazmı?! Elə isə bu gündən başlayaraq romantik bir adama çevrilmə yolunda irəliləyin. Bunun üçün hər yerə şamlar, yaxud güllər düzməyinizə gərək yoxdur. O gülləri qəlbinizdən keçən dəyərli sözlərlə əvəz edin. Hər gün aşiqanə sözlər eşidən insanın sizə olan bağlılığı ən üst səviyyədə olacaqdır.

4-cü qayda: "Çılğın- sürprizlər"

Hər bir insanın içindən ara-sıra çılğınlıq etmək istəyi keçər. Əlbəttə çox sərhədləri aşmamaq şərti ilə ara-sıra bunu etməyinizdə fayda var. Məsələn, əgər xasiyyətinizə uyğundursa onun üçün serenado oxuya, yaxud gözəl bir video-rolik hazırlaya bilərsiniz. Əmin olun ki, xoş sürprizlər hər bir insanın qəlbini fəth etməyə qadirdir.

5-ci qayda: "Ona Sevdiyinizi göstərin"

Bir çox insanlar sevgilərini dilə gətirməkdən çəkinirlər. Qəlblərindəki məhəbbət nə qədər güclü olursa olsun onu göstərmədikcə sevgilin qarşısında heç bir üstünlüyə sahib deyilsən deməkdir. Onun üçün şəkil çəkin, yazı yazın, musiqi bəstələyin. Hər fürsətdə onu necə sevdiyinizi sərgiləmək üçün əlinizdən gələni edin. Hobbylərini, sevdiyi rəng və əşyaları, doğum günü və özəl günlərini əzbərləyərək onun heyran etməkdə fayda var.

6-cı qayda: "Ona azadlıq verin"

Heç bir insan azadlığının əlindən alınmasını istəməz.Həyatın önəmli qanunlarından biri də budur ki, "İnsan ona qadağan olunan işə meyillidir". Odur ki, qadağaları yığışdırın.Əlbəttə ki, qısqanclıqla başa çıxmaq mümkün deyil. Lakin etməsini istəmədiyiniz şeyləri ona deməklə onu həmin işlərə daha da yaxınlaşdırırsınız. Sizə isə bu lazım deyil.Əvəzində "Əzizim mini ətək boyunu qısa göstərir" yaxud "Bir məqalədə siqaret çəkən insanların iş həyatında uğursuz olduqları haqqında yazılmışdı" kimi yumşaldıcı ifadələrdən istifadə edərək məqsədinizə nail ola bilərsiniz.

7-ci qayda: "İnam yaradın"

Münasibətlərin bəziləri inamsızlıq ucbatından pozulur.Sevdiyiniz insamda inam yaratmağı bacarmalısınız. Əlinizə keçən ilk fürsətdə sədaqətli olduğunuzu ona sübut edin.Bu sizi hamıdan fərqləndirəcəkdir. Eyni zamanda sizə sonsuz hörmət və sevgi hissi ilə bağlanması üçün başlıca şərtlərdən biridir…

8-ci qayda: " Ona özünü Şahzadə kimi hiss etməyə şərait yaradın"

Əlbəttə ki, çox olmamaq şərti ilə insanlar hər zaman komlimentlər eşitməyi sevirlər. Sevgilinizə onun xüsusi insan olduğunu, hamıdan üstün olduğunu söz və hərəkətlərinizlə göstərin.Belə olan halda o sizin yanınızda özünü daim yaxşı hiss edəcək.Bunu eşitmək üçün hər zaman yanınızda qalmaq, uzaq səfərlərdən qollarınıza qaçaraq qayıtmaq arzusu ilə alışıb-yanacaq.

9-cu qayda: "Deyingənliyə son"

İnsan övladı pessimist fikirlərlə onu yoran bir sevgilini əsla qəbul etməz. Xoş söhbət etmək və deyinmək arasında uzun və keçilməz sərhədlər vardır. Onunla gülərüz davranın. Hər şey üçün deyinib, qəzəblənməyin heç kimə faydası olmayacaqdır.

10-cu qayda: "Özün kimi ol…"

Rol oynamaq aktyorların işidir. Sən bacardıqca özün ol. Əlindən gələni et ki, təbii iç aləmini ortaya çıxara biləsən. Bir insan məncə elə necə varsa o cürə görünsə yaxşıdır. Qorxmadan gülümsəyin, arzu və istəklərinizi ona rahat-rahat çəkinmədən danışın. Əmin olun təbii bir sevgilini hər bir insan bütün qəlbi ilə sevər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2107   Tarix: 15 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölməzdən 1 ay əvvəl hər kəsin gördüyü yuxular

Los-Angeles hospitalının tibb bacısı Culie Fadden insanların ölməzdən əvvəl nə gördükləri ilə bağlı mühüm müşahidələrini paylaşın. O qeyd edib ki, "demək olar ki, bütün insanlar" ölməzdən təxminən bir ay əvvəl təsəlliverici görüntülər yaşayırlar. xəbər verir ki, o, müşahidələrini "TikTok"

7 aprel
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

13 aprel
.

Avstriya TƏHLÜKƏDƏ: Növbəti 45 il ərzində...

Avstriyadakı Alp buzlaqları 45 ildən sonra tamamilə əriyə bilər. Bu barədə Avstriyanın Alp Klubunun ekspertləri bildiriblər. Mütəxəssislərin hesablamalarına görə, 2023-cü ildə Avstriyanın 93 buzlağı orta hesabla 24 metr kiçilib. Eyni zamanda, Pasterze buzlağı 203,5 metr, Rettenbachfernenr isə 127 met

6 aprel
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13 aprel
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14 aprel
.

Azərbaycanda qəbir daşlarının "dodaq uçuqladan" qiymətləri - VİDEO

300, 500, 700 manat. xəbər verir ki, istəkdən asılı olaraq isə daha bahalı qəbir daşları sifariş edilir. Qəbir daşlarının qiyməti sözün əsl mənasında "dodaq uçuqladır". Buna səbəb bəzi qranit və mərmərlərin xarici ölkələrdən gətirilməsidir. Bu işlə məşğul olan müəssisələrdən birinin direktor

14 aprel
.

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

"Gaia" kosmik teleskopundan istifadə edən beynəlxalq astronomlar qrupu Yerə nisbətən yaxınlıqda nəhəng qara dəlik aşkar ediblər. Obyekt "Gaia-BH3" adlandırılıb. "Ölkə.az" xəbər verir ki, tədqiqat "Astronomy & Astrophysics" (A&A) elmi jurnalında dərc olunub

17 aprel
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14 aprel
.

Bazarlarda durğunluq: Çilçıraq erası başa çatır? - REPORTAJ

Əvvəllər əsasən, cehiz bazarlığında çilçıraqlar önəmli əşyalardan hesab olunurdu. Hamı ən yaxşısını, ən keyfiyyətlisini almağa çalışırdı. İndi vəziyyət dəyişib. LED işıqların meydana çıxması ilə çilçıraqlar bir çox insanlar tərəfindən keçmişin yadigarları hesab edilir. Çilçıraq deyəndə ilk olaraq məşhu

7 aprel