Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN

Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUNAzərbaycan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayevin "Report"a müsahibəsi.

- Emin müəllim, Təhsil İnstitutu nə kimi yeni layihələr üzərində çalışır?

- Məktəb direktorları ilə bağlı işlərimiz davam edir. Bu işi daha da təkmilləşdirməyə çalışırıq. Bu yaxınlarda Bakı şəhərini əhatə edən məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni elan veriləcək. Yəqin ki, builki elanda məzmun əsaslı şəkildə dəyişəcək. Yeni məzmunda direktor olmaq istəyən namizədlər işləyən direktorların yanında təcrübə toplamağa göndəriləcək. Çünki namizəd var ki, əmək qanunvericiliyini yaxşı bilir, amma bu günə kimi sinif jurnalı yazmayıb. Ona görə də onlara jurnalın necə yazıldığını, dərs bölgüsünün necə olduğunu, dərslərin izlənməsi qaydasını, valideynlərlə ünsiyyətin necə qurulduğunu öyrətməliyik.

Müəllimlərin ixtisasının artırılması ilə bağlı da yeni modullar hazırlanır. Müəllimlər üçün təlimlərin standartlarını hazırlamaq istəyirik. Bununla da bütün dövlət ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər ən azı eyni standart üzrə hazırlansınlar. Təmayülləşmənin məzmunu ilə bağlı da yeni layihə hazırlanaraq məktəblərə göndərilib.

- Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin reytinqinin yeni meyarlar əsasında hazırlanması üçün müvafiq tədbirlər həyata keçirilir. Yeni meyarlar hansı formada olacaq, nə kimi yeniliklər öz əksini tapacaq? Əvvəlki meyarlardan fərqi nə olacaq?

- Hazırda Təhsil Nazirliyində bu istiqamətdə iş aparılır, ilkin mərhələ üçün müəyyən təkliflər hazırlanıb. Əvvəllər reytinq siyahısı olmadığından ümumi təhsil müəssisələrini bir-birindən keyfiyyət göstəricilərinə görə ayırmaq mümkün deyildi. Bu proses reytinq sistemi tətbiq edildikdən sonra əsasən IX sinfin məzunlarının buraxılış imtahanlarının nəticələrinə görə aparılırdı və bir meyar tətbiq edilirdi. Təbii ki, uzun müddət bir meyarla ümumi təhsil müəssisələrinin reytinqini hazırlamaq məqsədəuyğun deyil. Mütəmadi olaraq bu meyarların sayı artırılmaqdadır. Ümumi təhsil müəssisələrində olan istedadlı uşaqların üzə çıxarılması və onlarla işin qurulması, idman və yaradıcılıq sahəsində əldə edilən nəticələr yeni tətbiq ediləcək meyarlara nümunə ola bilər. Eyni zamanda məktəblərdə yeniliklərin, müxtəlif layihələrin və innovasiyaların tətbiqi də meyar olaraq həyya keçirilə bilər.

- Bəs yeni meyarların nə kimi üstünlükləri olacaq?

- Reytinq siyahısı yalnız ümumi təhsil müəssisələri arasında rəqabətin yaradılmasına hesablanıb. Ümumi təhsil müəssisələri üzrə kadr təyinatları, o cümlədən müqavilələrin uzadılması, həmçinin həvəsləndirmə tədbirlərinin həyata keçirilməsində ümumi təhsil müəssisələrinin nəticələrinə baxılır. Əsas məqsəd ümumi təhsil müəssisələrinin keyfiyyətini ölçməkdir.

- Hazırda icma əsaslı məktəbəqədər hazırlığın təşkili ilə bağlı nə kimi işlər görülür? Bu, hansı formada həyata keçiriləcək və əsas tələblər nə olacaq?

- Bildiyiniz kimi, ötən ildən Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları dövlətin maliyyəsi hesabına tətbiq olunur. Ötən il 55 faiz uşaq bu qruplara cəlb olunub. Bu il isə bu göstəricinin 65 faizə çatdırılmasını hədəfləmişik. Azərbaycanda məktəbəqədər təhsil 3-6 yaşı əhatə edir. Problem ondan ibarətdir ki, hər yaşayış məntəqəsində bağçalar yoxdur. Bağçanı bu modellə saxlamaq çox vəsait tələb edir. Gündə üç dəfə yemək vermək, uşağın yatmağını təmin etmək və s. Ümumiyyətlə, icma əsaslı bağçaların yaradılması üçün bir neçə model hazırlanıb. Birinci model ondan ibarətdir ki, valideyn resursla təmin olunur və özü uşağını evdə məktəbə hazırlayır. İkinci variant bir neçə ailənin bir yerə yığışaraq icma əsaslı mərkəz yaratması və orada həftədə bir-iki dəfə toplaşaraq uşaqlarla məşğul olmasıdır. Üçüncü model ondan ibarətdir ki, məktəbin rəhbərliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisəsindəki hansısa ibtidai sinif müəlliminin iştirakı ilə bunu etməyə çalışacağıq. İcma əsaslı məktəbəqədər hazırlığın təşkili layihəsi Təhsil İnstitutu və UNİCEF-lə birgə ərsəyə gətirilib. Layihədə Azərbaycanın müxtəlif rayonları üzrə 50 icma müəyyənləşib. Onlardan üçü və ya dördü Bakıətrafı qəsəbələrin payına düşəcək.

Layihənin maliyyə tutumu yüksək olmayacaq. İlkin mərhələdə layihə UNİCEF tərəfindən maliyyələşəcək. Sonrakı dövrdə modeldən asılı olaraq ya valideyn, ya da dövlət tərəfindən maliyyələşəcək. Ən asan variant valideynin özünün istəyi olması ilə həyata keçiriləcək modeldir. Çünki bir çox xarici ölkələrdə məhz belədir. Hesab edirəm ki, bu ilin dekabr ayında modellərin yekun nəticəsi ilə bağlı təqdimat edə biləcəyik.

- İcbari təhsildən yayınma ilə bağlı gələcəkdə nə kimi yeniliklərin olması nəzərdə tutulur?

- Bu sahədə apardığımız monitorinqlər onu göstərir ki, ümumi təhsil müəssisələrində davamiyyət üzrə müsbət şəkildə irəliləyiş var. Buna da bir sıra amillər təsir göstərib. Məsələn, təmayülləşmənin tətbiqi öz təsirini göstərməkdədir. Adətən, şagirdlər qəbul imtahanlarına görə məktəblərdə "lazım olan" və "lazım olmayan" fənlər kimi bölgü edirdirlər. "Lazım olmayan fənlər"də oturmurdular. Artıq təmayülləşmənin tətbiqi ilə onlar dərsdə oturmağa meyillidirlər. İnfrastrukturun da yaxşılaşması da bu məsələdə öz müsbət təsirini göstərmiş olur.

- Beynəlxalq qiymətləndirilmə sahəsində hansı işlər görülür?

- Hazırda üç böyük proqramda iştirak edirik. PIRLS - 4-cü sinif şagirdlərinin oxu qabiliyyətinin ölçülməsi üzrə proqrama ölkəmizlə yanaşı, dünyanın 50-yə yaxın ölkəsi qoşulub. Beynəlxalq tədqiqatın yekun nəticələri dekabr ayında açıqlanacaq. Bununla da Azərbaycanda uşaqların oxuma qabiliyyətinin hansı səviyyədə olmasını müqayisə edə biləcəyik. Digər proqram PISA 2018 tədqiqatıdır. Bu proqramın əsas mərhələsi gələn ilin aprel-may ayında keçiriləcək. Yekun nəticələr 2019-cu ilin dekabr ayında açıqlanacaq. Qiymətləndirmə elektron qaydada kompüter əsaslı həyata keçiriləcək. 2019-cu ildə həyata keçiriləcək TIMS proqramı üzrə 4-cü sinif şagirdlərinin elm və riyaziyyat fənləri üzrə bilik və bacarıqları qiymətləndiriləcək. 2020-ci ildə də yekun nəticələr məlum olacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2359   Tarix: 17 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel