Bakıda ev almaq istəyənlərə MÜJDƏ

Bakıda ev almaq istəyənlərə MÜJDƏ2015-ci il devalvasiyalarından sonra əhalinin real gəlirləri fonunda daşınmaz əmlaka tələb azalıb.
Mövcud vəziyyət mənfi dinamikanın davam edəcəyini deməyə əsas verir.
Belə ki, "Uyğun qiymətə mənzil təminatının inkişafı üzrə yol xəritəsi"ndə ildə 3 min yeni mənzilin tikiləcəyi göstərilib.
İlkin mənzil bazarının təxminən 20 faizinin Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikiləcəyi proqnozlaşdırılır. MİDA tərəfindən tikiləcək mənzillər istənilən halda başqa evlərdən ucuz təklif ediləcək. Bunun əsas səbəblərindən biri mənzillərin büdcəyə uyğun olması, ikincisi evin ölçülərinin nisbətən yığcamlığı və ən əsası mənzilin sahəsinin iç divarlardan hesablanmasıdır.

Qiyməti nisbətən aşağı salan başqa amil evlərin dövlət ərazisində tikilməsi, həmçinin, bir sıra qeyri-rəsmi xərclərin aradan qaldırılması olacaq.

Əlində pul bu evlərin satışa çıxarılacağını gözləyən çox sayda insanın olduğunu nəzərə alsaq, digər tikinti şirkətləri tərəfindən təklif edilən evlərə marağın azalacağı qaçılmazdır.

Eyni zamanda "neft bumu" dövründə daşınmaz əmlaka edilən yatırımlar "yastıq altı"ndan satışa çıxarılmağa başlayıb.

Ölkədə start verilən böyük söküntü işləri də öz növbəsində əmlak bazarında yeni təkliflər portfeli yaradır. Sadalanan amillər bazarda təklifin tələbi üstələyəcəyini və qarşıdakı aylarda mənzil bazarında ucuzlaşma olacağını deməyə əsas verir.

Bunun üçün son bir ildə Bakıda başlanan tikinti bumuna diqqət yetirmək kifayət edir. Demək olar ki, bu gün paytaxtın bütün rayonlarında çoxmərtəbəli binalar inşa edilir. Artıq iş adamları da qəbul edirlər ki, təklif tələbi üstələyir. Bu isə o deməkdir ki, yaxın aylarda Bakıda yeni tikilən evlərin qiyməti nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Düzdür, inşaat bosları hər vəhclə sifarişlərlə bəzi iqtisadıçı ekspertlər tərəfindən cəmiyyətə mənzillərin daha da bahalaşacağı proqnozlarını ötürürlər.
Saytımıza tikinti sektorunda böyük paya malik olan mənbələrdən maraqlı məlumatlar daxil olub. Aldığımız bilgilərə görə, yaxın 6 ay müddətində Bakıda yeni tikilən binlarda mənzillərin qiymətlərində 30-40 faizə qədər ucuzlaşma gözlənilir.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev isə Modern.az-a deyib ki, hazırda mənzil bazarında iki amil böyük önəm daşıyır:

"Birinci amil söküntülərdir ki, nəticədə kirayə evlərə olan tələbatı artırıb. Bu isə əmlakın gəlir gətirmə qabiliyyətinə müsbət təsir edir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, söküntülər davam edir. Əvvəllər ən çox satılanlar "xruşşovkalar", Leninqrad layihəli mənzillər olurdu. Söküntülərin artması ümumilikdə mənzil bazarına mənfi təsir edir. Ancaq nəzərə almaq lazımdır ki, söküntü aparılması investisiya layihələri çərçivəsində həyata keçirilir. Həmin mənzillərin satışa çıxarılmasının bazara mənfi təsir edəcəyi proqnozlaşdırılır. Bir il əvvəl də verilən proqnozlarda əlavə mənzillərin satışa çıxarılmasından sonra qiymətin ucuzlaşacağını bildirmişdik. Bu asılıdır mənzillərin sayından və bazara çıxarılacağı vaxtdan. Ümumiyyətlə, söküntülər başlayan vaxt bunun mənzil bazarında ucuzlaşmaya səbəb olacağı fikirlərini söyləmişdik. Sonda necə olacaq, bunu zaman göstərəcək".

R.Əliyev qeyd edib ki, maya dəyərinin baha olması tikinti şirkətlərinə ucuz qiymətə mənzil satmağa imkan verməyəcək:
"Belə olan təqdirdə bir çox investorların əlavə layihələrdən imtina etməsi gözlənilir. Hazırda bazarda bahalaşmaya və ucuzlaşmaya səbəb olacaq amillər üst-üstə düşür. Bunun nəticəsini isə yaxın bir ildə görəcəyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1399   Tarix: 17 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel