Deputatdan gözlənilməz açıqlama

Deputatdan gözlənilməz açıqlama"Cinsi azlıqlar, fahişələr, narkomanlar, alkoqoliklər üçün xüsusi lisenziyalaşdırılmış yerlər müəyyən edilməlidir".
Bu barədə millət vəkili Fazil Mustafa sosial şəbəkədə paylaşıb.
Millət vəkili Avropa rəsmilərinin bu mövzuda Azərbaycan daxili işlər nazirinə məktub yazmasını utanmazlıq adlandırıb:
"Utanmazlığın bundan o tərəfini təsəvvür etmək mümkün deyil. Avropa rəsmiləri götürüb Azərbaycanın daxili işlər nazirinə məktub yazıblar ki, bəs Azərbaycanda niyə cinsi azlıqlara "gözün üstə qaşın var" deyirsiniz. Hömətli nazirimiz Ramil Usubov da mədəni formada bu müraciətə haqlı cavab verib ki, cinsi azlıq olmaq, hüquq pozuntusuna yol vermək üçün xüsusi imtiyaz yaratmır. Adamlar konkret olaraq yolxucu xəstəliklər yayırlar və buna görə də inzibati məsuliyyətə cəlb olunublar. Fikrimcə, Azərbaycan polisinin bu addımı yerində, doğru və cəmiyyətin dəstəklədiyi bir addımdır. Mən insan haqlarından da, dindən də, siyasətdən də az-çox başı çıxan adamam, düşünürəm ki, xəstə insanlardır, Allah normal insani keyfiyyətləri bu kateqoriyadan olanlara nəsib etməyib, Yaradanın yaratdığına qarşı bizlərin də mərhəmətli olması vacibdir. Ancaq cəmiyyət əxlaqı deyilən bir şey var, bu cür təzahürlər mütləq lokallaşdırılmalıdır ki, insanların ümumi əxlaq prinsiplərini zədələməsin. İnkişaf etmiş ölkələrdə fahişəliyin məkan olaraq lokallaşdırılması və xüsusi yerlərdə lisenziya vasitəsilə mümkünlüyünün nəzərdə tutulması səbəbsiz deyil. Onsuz da istəsən də, istəməsən də cinsi azlıqlar, fahişələr, narkomanlar, alkoqoliklər həm qədim dünyanın, həm də müasir dünyanın reallıqlarıdır, həmişə olmuş və olacaq. Ancaq bu təzahürlərin cəmiyyət çoxluğuna təzyiq və təsir göstərməsinə, öz həyat tərzini bu və ya digər vasitələrlə cəmiyyətə sırımasına biganə yanaşmaq olmaz. Ona görə də bu kateqoriyadan olan insanlar üçün xüsusi lisenziyalaşdırılmış yerlərin müəyyən olunması, marjinallaşması üçün addımlar atılmalıdır".
Millət vəkili bildirib ki, bəzi dövlət postlarında, sənət məkanında, biznes mühitində, dindar çevrəsində bu tipli insanları dəstəkləyir:
"Dövlət nəzarəti öz üzərinə götürür, vergisini alır, bu kateqoriyadan olan insanlar, icmalar müəyyən olunmuş məkanlardan kənarda öz vərdişlərini nümayiş etdirməyə çalışarlarsa, o zaman qanunda nəzərdə tutulan sərt tədbirlər görülür. Sirr deyil ki, bu gün ABŞ və Avropada cinsi azlıqların müxtəlif növləri hakimiyyət olumpində rahatlıqla ön mövqelərə çəkilirlər. Maraqlıdır ki, bizim kimi ölkələrdə bu kateqoriyadan olan insanların tədric olunmuş vəziyyətdə yaşamasındansa, ABŞ və Avropa ölkələri onların dinc şəraitdə öz arzularını gerçəkləşdirməsi üçün sığınacaq verib xüsusi imtiyazlı vətəndaşlar kimi yağ-bal içində yaşada bilər. Bunu etmirlərsə, deməli məqsəd birdir: bu virusu bizim cəmiyyətə yaymaq, ailə dəyərlərini alt-üst etmək, tolerantlıq adı ilə əxlaqsılığa dözümlü bir cəmiyyət formalaşdırmaq. Bəzi dövlət postlarında, sənət məkanında, biznes mühitində, dindar çevrəsində bu tipli insanları dəstəkləyərək onların mövcudluğunu adiləşdirmək, normal bir təzahür kimi göstərmək, bizim üçün daha faydalı olan əksər Qərb dəyərlərinin də mənimsənilməsinə qarşı olanlar üçün də əlverişli arqument yaratmış olur. Ona görə də bu problemə sanki Daxili İşlər Nazirliyinə aid məsələ kimi baxaraq cəmiyyətin düşünən insanlarının yaxasını kənara çəkməsi yanlış yoldur. Bu problemlə bağlı dəqiq hüquqi tənzimləmələr olmazsa, ciddi narahatedici hadisələrin gələcəkdə də yaşınması qaçınılmaz olacaq".

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2544   Tarix: 17 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Samuxda 61 yaşlı kişi yanıq xəsarətləri alıb

Samux rayon Ağasıbəyli kəndində 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb. "Report"un Qərb bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Ş.Vəliyev ehtiyatsızlıqdan qaz balonunun alışması nəticəsində əllərindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyət

24 mart
.

"Crocus"dan qızlarına göndərdikləri SON VİDEO ÜRƏK DAĞLADI - "10 dəqiqə var, amma..." - VİDEO

"Crocus"dayıq. Konsertin başlamasına 10 dəqiqə var, amma camaat nədənsə ləng toplaşır". xəbər verir ki, b Sytnikov ailəsinin qızına göndərdikləri son videodur. Oleq və Lyudmila Sytnikov çoxdan "Piknik" qrupunun pərəstişkarlarıdır. Onlar heç nəyi qaçırmamaq üçün "Crocus Cit

24 mart
.

"Crocus"da avtomat tapıldı - üzərindəki yazı təəccübləndirir

Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında xilasetmə əməliyyatları zamanı gövdəsi üçrəngə boyanmış və üzərində "Rusiyanın azadlığı uğrunda" yazısı olan "Kalaşnikov" avtomatı aşkar edilib. bizim media-ya istinadla xəbər verir ki, bu barədə BAZA Telegram kanal

24 mart
.

Erməni arvadı ilə birlikdə Krokus terrorunda həlak olan azərbaycanlı kimdir?

"Crocus City Hall" terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var. Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk olaraq ölənlər sırasında V.Hüseynovun adı çıxıb, L.İsraelyan itkin kimi qeydə alınıb

24 mart
.

Göytəpə su anbarı 10 ildən sonra ilk dəfə tam dolub

Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı tam su ilə dolub. Rayon sakinlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, son günlər intensiv yağıntılar nəticəsində anbarda belə bir vəziyyət yaranıb. Onların bildirdiyinə görə, sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ild

24 mart
.

"Crocus" dəhşətinin 15 yaşlı qəhrəmanı - 100 nəfəri belə XİLAS ETDİ - VİDEO

"Crocus City Hall"ın qarderobunda yarımştat işləyən 15 yaşlı İslam terror aktı zamanı binadan 100-dən artıq insanı çıxarıb. bildirir ki, o, insanlara yol göstərib, təlxiyyəyə rəhbərlik edib. Yeiyetmə kütləni dar dəhlizdən ukeçirərək xidməti otaqlara aparıb, oradan da insanlar küçəyə çıxa biliblər

24 mart
.

"Crocus"da ölənlərdən biri TANINMIŞ İMİŞ - FOTO

Martın 22-si "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı zamanı "Miss Tver 2001" titulunun qalibi Yekaterina Novoselova həlak olub. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə " onun yaxınlarına istinadən məlumat yayıb. 42 yaşlı Novoselovanın adı Moskva vilayətini

24 mart
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28 mart
.

Qatillərin "Crocus City Hall"dan qaçma anının görüntüləri - VİDEO

Terrorçuların "Crocus City Hall"dan qaçma anını əks etdirən yeni görüntülər yayılıb. Məlumata görə, silahlılar yerli vaxtla saat 19:57-də avtomobili binanın yaxınlığında saxlayıblar. Təxminən 15 dəqiqədən sonra onlar küçəyə qaçaraq maşına əyləşib, Bryansk rayonuna tərəf yollanıblar. Videomüşahid

24 mart