"Neftçilər" xəstəxanasının mühasibi haqqında şantaj İTTİHAMI

"Neftçilər" xəstəxanasının mühasibi haqqında şantaj İTTİHAMIBakı şəhər sakini Səidə Əliyeva estetik klinika haqqında məlumatlar yaydıraraq pul istəyir.

Eyni zamanda həkim olan S.Əliyeva mühasib işlədiyi Mərkəzi Neftçilər Xəstəxanasından da rəy aldığını bildirərək qarşı tərəfi məhkəmə və mətbuatla hədələyir. O, mütəmadi olaraq bir neçə aydan bir fərqli mətbu orqanlara müraciət edərək guya estetik klinikanın onun üzünü yandırdığını bildirir.

Məsələnin maraqlı tərəfi budur ki, təqribən 3 ay öncə fərqli mətbu orqanlar vasitəsilə məqalə "dərc etdirən" S.Əliyeva dünən yenidən "fəaliyyətini" bərpa edərək estetik klinika haqqında böhtan xarakterli məlumatlar yaydırıb.

Üzünün klinika tərəfindən yandırıldığını deyən Əliyevanın bu iddiası ilə əlaqədar VİP Style Estetik Klinikasının rəsmisi Fatimə İsayeva saytımıza bildirdi ki, böhtanla üz-üzə qalıblar. O, S.Əliyevanın prokuraturaya da müraciət etdiyini, lakin oradan nəticə əldə edə bilmədiyi üçün yenidən mətbuat vasitəsilə "hücuma" keçdiyini bildirib:

"Səidə xanım 17 dəfə (26.02, 01.03, 05.03, 10.03, 15.03, 18.03, 22.03, 27.03, 31.03, 05.04, 12.04, 17.04, 22.04, 28.04, 08.05, 03.06 və 10.06 tarixlərində) bizim klinikamızda prosedurlarda olub. Əgər həqiqətən iddia etdiyi kimi problem olsa idi bu qədər prosedura gəlməz, ardıcıl məhsullar əldə etməzdi".
F.İsayeva S.Əliyevanın məsuliyyətsizliyinə görə üzünün yandığını, ona bu barədə xəbərdarlıq etdiklərini vurğulayıb:

"S.Əliyeva mütəmadi olaraq xarici ölkələrdə səfərlərdə olur, klimatik hava şəraitini dəyişirdi. Biz ona bu barədə bildirmişdik və qeyd etmişdik ki, dərisi günəş və küləyin mənfi təsirinə məruz qalaraq yana bilər. Klinikamızın üzə qulluq vasitələrindən istifadə edilən dövrdə pasiyentlərə xüsusilə bildirilir ki, günəş şüalarından uzaq qalınmalıdır. Səidə xanımın isə may ayında baş tutan son xarici səfərindən sonra üzündə qaralma müşahidə edilmiş, ondan sonra klinikamıza gələrək şikayət etmişdir. Biz ona üzündəki qaralmanın günəş şüasından yarandığını bildirsək də, o, israrla ödədiyi pulu geri istədi. Biz ona istifadə etmədiyi 1100 manatlıq kremləri geri götürə biləcəyimizi bildirdikdə, o, bununla razılaşmayıb bizi hədələməyə başladı. Haqqımızda mətbuata açıqlamalar verərək bizi biabır edəcəyini qeyd etdi".

Klinika rəsmisi pasiyentləri ilə aralarında ilk dəfədir belə xoşagəlməz vəziyyət yarandığını bildirdi:

"İlk dəfədir ki, belə bir hadisə ilə rastlaşırıq. Bilirik ki, bizim klinikamızın məhsulları heç kimə mənfi təsir edə bilməz. Bu məhsullar dünyanın ən tanınmış firmalarının istehsalıdır və ölkəmizdə də uyğunluq sertifikatı var".

mənbə: olke.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3304   Tarix: 17 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021