İsmayıllının icra başçısı jurnalistlərlə GÖRÜŞDÜ: "Qorumalarım yoxdu, bazara özüm gedirəm" - FOTOLAR

İsmayıllının icra başçısı jurnalistlərlə GÖRÜŞDÜ: "Qorumalarım yoxdu, bazara özüm gedirəm" - FOTOLARİsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı İqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov Lahıc kəndində jurnalistlərin qarşısına keçərək onların suallarını cavablandırıb.

BiG.AZ xəbər verir ki, İcra Hakimiyyətinin başçısı ilk öncə gənclik illərindən söz açaraq böyüyüb boya-başa çatdığı Lahıc kəndinin keçmiş günlərinə diqqət yönəldib: "Hələ XIX əsrin birinci yarısında Rusiyanın İjevsk silah zavodunda Lahıc ustalarının təcrübəsindən istifadə olunmuşdur. O dövrdə Lahıcda 100-dən artıq sənət növü – misgərlik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, xəttatlıq, qalayçılıq, dulusçuluq, dərzilik və s. peşələr inkişaf tapmışdı.

Mən özüm də İsmayıllı rayonunun Lahıc kəndində anadan olub, burada böyümüşəm. Yadımdadır ki, bu küçələrdən gənclər keçərkən böyüklərdən icazə alardılar. Ağsaqqala ağbirçəyə hörmət var idi. Hələ mənim atamın, babamın dövründə icra hakimi, naziri, polisi olmayıb. Kəndin hörmətli ağsaqqaları olub. Onlar sözünün kəsəri var idi. Dedikləri qanun olurdu".

Professor Mirdaməd Sadıqov digər rayonların başçılarına da bəzi sözlər ünvanladı: "Özüm Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olmuşam. Gözləmədiyim vaxt məni İsmayıllı Rayon İcra Hakimi təyin etdilər. Bu vəzifədə özümü fərqli hesab etmədim. Yəni yenə də həmin insanam, sənətkar, fəhlə, digər peşə sahibləri kimi mən də işimi görürəm. Bazardan nə lazımdısa hamı kimi gedib özüm alıram. Qorumalarım yoxdur. Heç ehtiyac da olmur. İnsan sadə olmalıdı. Oturacaq insana vəzifəyə gətimir. Həyat tərzinə görə etdiyi işlərə görə hörmət qazanmaq lazımdır.

Qonşularım da görürlər odunu da özüm doğrayıram, təmir işləri olanda da bacardığım işdisə usta çağırmıram çalışıram özüm həll edim".

İcra başçısı rayonun bu günündən, gələcək potensialından və rayonla bağlı mətbautda yer alan bəzi məqamlardan da danışıb: "Qafqazda yeganə olaraq İsmayıllıda velosipet zavodu açılıb və iş gedir. Hətda Batumidən 10 min ədəd velosiped sifariş almışıq. Xalça fabriki kərpic zavodu, dam örtükləri zavodu var, maldarlıq kompleksi tikilib. Bunların hamısı əhalinin məşğuliyyəti üçündür. Biz yeganə rayonuq ki, dövlət büdcəsindən dotasiya almırıq özümüzü mailiyələşdiririk.

34 min hektar əkinə yararlı torpaqlarımız var. Azərbaycanda ən böyük meşə ehtiyatı da İsmayıllıdadır. Buda böyük gəlir mənbəyidir.

Çalışırıq ki, turizmi hər tərəfli genişləndirək. At truzimi hava şarı dağ turizmi üçün əlimizdən gələni edirik. Təbii ki bunların hamısı əhəlinin məşquliyyəti və istirahəti üçün nəzərdə tutulub.

Sevindirici haldı ki, nəinki turistlər yerli camaatında bu kənddə marağı artıb. Turlar, xüsusi günlər təşkil olur ki bu kəndin mədəniyyəti tarixi öyrənilir və səsi sorağı hər yerə yayılır.

İsmayıllı rayonu təbii ehtiyatları ilə zəngin rayondu. Düzgün istifadə edib inkişaf etdirmək lazımdır.

Bir dəfə xəbər çıxmışdı ki, İsmayıllı Rayon İcra Hakimi Mirdaməd Sadıqov Sallama körpüdən istifadəsinə adamdan 50 qəpik alır. Amma bu mənim işim deyil. Ona bələdiyyə baxır və o topladığı gəliridə yoluna baxımına ayırır. Biz bələdiyyənin bələdiyyədə bizim işimizə qarışa bilməz".

İsmayıllının icra başçısı jurnalistlərlə GÖRÜŞDÜ: "Qorumalarım yoxdu, bazara özüm gedirəm" - FOTOLARİsmayıllının icra başçısı jurnalistlərlə GÖRÜŞDÜ: "Qorumalarım yoxdu, bazara özüm gedirəm" - FOTOLARİsmayıllının icra başçısı jurnalistlərlə GÖRÜŞDÜ: "Qorumalarım yoxdu, bazara özüm gedirəm" - FOTOLARBiG.AZ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1850   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21 aprel
.

85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO

Sosial şəbəkədə yayılan video maraq yaradıb. xəbər verir ki, 85 yaşlı amerikalı ilə 65 yaşlı azərbaycanlı kişinin dialoqu gündəm olub. Xarici qonağın yaşını öyrənən kişi qulaqlarına inanmayıb. Sözügedən görüntünü təqdim edirik:

14 aprel
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21 aprel
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20 aprel
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14 aprel
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14 aprel
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14 aprel
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21 aprel
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20 aprel