Generalın əmisi oğluna 12 il həbs verildi - FOTO

2014-cü ildə "Dağ yəhudiləri" dini icmasının evindən quldurluqla külli miqdarda pul əldə edilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilənlər barədə qərar verilib.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, ittihama görə, Eldar Avadyayev 2014-cü ilin 6 dekabr tarixində "Dağ yahudi"ləri dini icmasının sədri Quba rayonu, Qırmızı qəsəbə sakini Boris Simanduyevin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Xalid Seyidov, Coşqun Əliyev, Türkanə Rəhmanova ilə əlbir olublar.

Onlar balta və bıçaqla silahlanaraq tanınmamaları üçün maska taxaraq həmin gün səhər saat 07 radələrində Xalid Seyidovun "İnfiniti" markalı avtomobili ilə Boris Sumanduyevin evinin qarşısına gəliblər.

Onlar evə daxil olaraq ev sahibini və bacısı Liza Simanduyevanı döyərək xəsarət yetiriblər. L.Simanduyeva basqınçılara müqavimət göstərərkən Coşqun Əliyev onu bıçaqlayıb. Bundan sonra özləri ilə gətirdikləri skotçla hər iki şəxsin əllərini və ağızlarını bağlayıb evi axtarmağa başlayıblar.

Generalın əmisi oğluna 12 il həbs verildi - FOTOBoris Simanduyev

E.Avadyayev Qırmızı qəsəbədə yerləşən Sinaqoqda 20 min manat pul olduğunu öyrəndikdən sonra oranın açarlarını Borisdən alaraq Türkanə ilə birgə Sinqaqoqa gedib. Amma bir neçə dəfə cəhd etməsinə baxmayaraq oranın qapısını aça bilməyib. Eldar və Türkanə Sinaqoqdakı pulu götürə bilməyib təkrar evə qayıdıblar. Eldar evin mətbəxindəki seyfin qapısını balta ilə sındıraraq içərisindəki 395 min dollar, 91 600 manat və 28 min rubl pulu və müxtəlif sayda qızıl-zinət əşyalarını, qol saatlarını, qızıl sikkələrini götürüblər. Sonra isə pulu və qızılları saxlaması üçün Goranboy rayonunda yaşayan Əfqan İbrahimova veriblər.

Hadisə baş verən gün Quba RPŞ-də Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə cinayət işi açılıb. Adıkeçən şəxslər bu iş üzrə təqsirləndirilərək həbs ediliblər.

Ə.İbrahimovun vəkili Cavid Rzazadə istintaqa vəsatət verərək bildirib ki, müvəkkilinin cinayətə heç bir aidiyyatı yoxdur: "Belə ki, Əfqan İbrahimov digər təqsirləndirilən şəxslərdən yalnız Eldar Avadyayevi tanıyıb, nə cinayətin törədildiyi vaxt, nə də ki, ondan əvvəl hadisənin baş verdiyi Quba rayonu ərazisində olub. Sadəcə dekabrın 6-da Eldar ona zəng vuraraq üzərində pul olduğunu, saxlamaq üçün ona vermək istədiyini deyib. O bildirib ki, gətirdiyi 160.000 ABŞ dollar nənəsi və xalasının evlərini satıb əldə etdiyi puldur, bir ovuc qızıl isə nənəsinə, xalasına və anasına məxsusdur".

Generalın əmisi oğluna 12 il həbs verildi - FOTOTürkanə Rəhmanova

Vəkil bunları əsas gətirərək Ə.İbrahimovun cinayətdə iştirak etmədiyini və ümumiyyətlə, hadisə barədə məlumatsız olduğunu əsas gətirərək onun barəsində cinayət təqibinə xitam verilməsini istəyib.

İstintaq və məhkəmə orqanı bu vəsatəti təmin etməsə də, müstəntiq sonradan Ə.İbrahimovun cəzasını yüngülləşdirməyə qərar verib. Belə ki, onun ittiham edildiyi quldurluq maddəsinin iki bəndi cinayəti bilib gizlətmək maddəsinə tövsif edilib və Ə.İbrahimov sərbəst buraxılıb.

Üç ay sonra isə Ə.İbrahimovun bu cinayətdə günahı olmadığı üzə çıxıb və müstəntiq Nazim Səmədov onun barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verib.

Türkanə Rəhmanovanın əməli isə cinayəti bilib gizlətmə maddəsinə tövsif edilib, o ev dustaqlığıan buraxılıb. Sonra isə məhkəmədə cərimə ilə cəzalandırılıb.

Digər təqsirləndirilən 3 nəfər - Coşqun Əliyev, Eldar Avadyayev və Xalid Seyidovun cinayət işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılıb və Xalid Seyidov 12 il, Eldar Avadyayev 14 il, Coşqun Əliyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Xalid Seyidov mayor rütbəsi daşıyır və Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində şöbə rəisi işləyib. Onun atası Adil Seyidov bir neçə rayonda hakim olub.

X.Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Mirqafar Seyidovun əmisi oğludur.
Generalın əmisi oğluna 12 il həbs verildi - FOTOGeneralın əmisi oğluna 12 il həbs verildi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2710   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətində

23 aprel
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: "Arvadı da bir neçə dəfə ona əl qaldırıb" - FOTO

Ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən Anastasiya Bektimirovanın yaydığı videomüraciət ötən gün gündəm yaradıb. Bektimirova sosial şəbəkə hesabı üzərindən paylaşdığı müraciətdə gözünü itirməsinə səbəb olan əri Yalçın Bektimirova 2 il həbs cəzası verilməsindən, həmçini

24 aprel