Azərbaycan və Rusiya rəsmiləri sərhədə TOPLANDI - yeni təməl qoyuldu

Bu gün Rusiya-Azərbaycan sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün tikintisinə start verilib.

Bu barədə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təməlqoyma mərasimi Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən "Yaraq-Qazmalar" buraxılış məntəqəsinin ərazisində baş tutub.

Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev və Azərbaycan rəsmiləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkədə bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda davamlı inkişaf müşahidə olunur.
"Bu gün Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin, məsələn, Bakı-Tbilisi-Qars dəmir yolunun, "Şimal-Cənub" nəqliyyat dəhlizinin və s. həyata keçirilməsində fəal iştirak edir. Həmçinin, Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanının inşasını qeyd etmək lazımdır. Rusiya tərəfi ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün qurulması da Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrinin tərkib hissəsidir"- deyə nazir qeyd edib.
R.Quluzadə vurğulayıb ki, bugünkü hadisə xüsusi əhəmiyyəti ilə seçilir və birgə həyata keçirilən işlərin məntiqi yekunudur.
Nazir Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı digər sənədlərlə yanaşı, sərhədyanı Samur çayı üzərində yeni körpünün tikintisi üzrə hökumətlərarası sazişin imzalandığını xatırladaraq, bunu dövlətlərimizin başçıları tərəfindən iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığına göstərilən yüksək diqqətin bariz nümunəsi kimi xarakterizə edib.

"Əminəm ki, Samur çayı üzərindən körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artmasına xidmət edəcək. Bundan başqa, çayın hər iki tərəfində qohumluq əlaqələri olan insanlar yaşayır. Buna görə körpü həm də böyük sosial əhəmiyyətə malik olacaq"- deyə R.Quluzadə bildirib.

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov öz çıxışında bildirib ki, bu gün təməli qoyulan körpü müasir standartlara cavab verir. 2019-cu ildə körpünün istifadəyə verilməsi ilə ölkələrimiz arasında əlaqələrin daha da rahatlaşacağını bildirən M.Sokolov bu körpünün həm də insanların Rusiya və Azərbaycana asan gediş-gəlişi üçün böyük əhəmiyyətini qeyd edib. "Bu gün biz tarixi hadisəyə şahidlik edirik. Bu layihənin reallaşdırılması istiqamətində xeyli müddətdir iş gedir. Hesab edirəm ki, körpünün salınması Rusiya və Azərbaycan ticarət əlaqələrinə, eləcə də, hər iki ölkənin iqtisadiyyatına töhfələr verəcək".

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin çıxışında ölkələrimiz arasında uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələrindən danışıb. O, həyata keçirilən infrastruktur layihələrinin bu əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm rolunu qeyd edib.

Məlumat üçün bildirək ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabr ayının 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş tikilini əvəzləyəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarət olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyasının Hökuməti arasında Samur buraxılış məntəqəsi (Azərbaycan Respublikası) və Yaraq-Qazmalar buraxılış məntəqəsi (Rusiya Federasiyası) ərazisində Samur çayı üzərindən körpünün inşası haqda Sazişə dəyişikliklər edilməsinə dair Protokol da imzalanıb.
Azərbaycan və Rusiya rəsmiləri sərhədə TOPLANDI - yeni təməl qoyulduAzərbaycan və Rusiya rəsmiləri sərhədə TOPLANDI - yeni təməl qoyulduAzərbaycan və Rusiya rəsmiləri sərhədə TOPLANDI - yeni təməl qoyulduAzərbaycan və Rusiya rəsmiləri sərhədə TOPLANDI - yeni təməl qoyulduMənbə: modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1432   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Qur

20 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel