İki uşaqla küçəyə atılan gəlin: "Dedi, onunla qalacam, gedin evdən" - VİDEO

İki uşaqla küçəyə atılan gəlin: "Dedi, onunla qalacam, gedin evdən" - VİDEO"1994-cü il təvəllüdlüyəm. 23 yaşım var. 19 yaşında məcburi ərə verilmişəm. 2013-cü ildə toyum olub. Bir oğlum oldu, 1 yaşı var idi, yoldaşım getdi evləndi, üstümə bir qız aldı. Onu da qayınanam aldı, onu alandan sonra gündə evdə dava-dalaş olurdu. Döyülüb, söyülürdüm hər gün".

23 yaşlı Rufanə Ağayeva Masallı rayonundandır. Ata-anasının təkidi ilə Cəlilabad rayonundan olan Natiq adlı şəxslə ailə qurub. Sonra qayınanası Badamnisə və əri Natiqlə birgə Bakıya köçüb. Yasamal rayonu ərazisində kirayədə yaşayıblar. Toyu olsa da, rəsmi nikahı olmayıb Rufanənin. Deyir, əri ona birinci uşaqdan sonra nikah bağlayacağına söz verib, amma bunu etməyib. Rufanənin sözlərinə görə, ikinci arvad məsələsi ortaya çıxdıqdan sonra əri evə 10-15 gündən bir gəlirmiş: "Onu ayrı saxlayırdı. Evlənəndən sonra ayrıldıq, anam dedi ki, o evlənib. Dedi, evlənmişəm, yaxşı eləmişəm. Səni də saxlayacağam. Dedim mən istəmirəm. Ya onunla qal, ya da mənimlə. Dedi onunla qalacağam. 5-6 ay idi artıq o qadın hamilə idi. Bir gün onu atdı, yenə gəldi mənim yanıma, barışdı. Barışandan sonra ikinci dəfə hamilə qaldım. İkinci uşaq olandan sonra, getdi ondan olan qızını gətirdi evə ki, sən baxacaqsan bu uşağa. Dedi, öz uşağın kimi qəbul et, bil ki, mən onu heç zaman atmayacağam".

Gənc qadın ərinin başqasından olan uşağını qəbul etməkdə çətinlik çəkdiyini deyir. Elə bu səbəbə də ərinin təklifinə etiraz edir. İki uşaq anası olan Rufanə deyir ki, uşağa baxmaq istəməməyi ərinə xoş gəlməyib və bu hərəkətindən sonra ona davamlı şiddət göstərib: "Döyürdü, söyürdü ki, uşağa bax. Baxmırdım, deyirdim ki, anası var, o baxsın. İstədi adıma yazdırsın ana kimi, istəmədim, çünki onun anası var idi. İkinci uşaq dünyaya gəldi, sonra hər gün evdə söz-söhbət, dava-qırğın oldu. Mənə deyirdi ki, uşaqları da götür çıx get, mən sənin uşaqlarına baxmayacağam. Bu qızıma baxacağam. Qayınanam da, oğlu da deyirdilər ki, çıx get anan-atan sənə baxsın. Ərim deyirdi, səni və səndən olan uşaqları ataram, amma bu qızımı atmaram. Gündə döyürdü, söyürdü, üstümə bıçaq çəkirdi, təpiklə vururdu. Nəsə alırdı, qayınanam çalışırdı ki, mənim balalarım görməsinlər. Atası da qızına yaxın getməsin deyə, böyük oğlumu döyürdü. Üstümə bıçaq çəkirdi, təpik atırdı. Qayınanam da kənardan durub baxırdı. Soruşurdum, niyə məni döyürsən? Deyirdi, yaxşı edirəm. Sonra da deyirdi anam edir, o, səni mənə döydürür, məndə günah görmə".

Dəfələrlə qayınanası və əri tərəfindən iki uşağı ilə evdən qovulmağına baxmayaraq, Rufanə qaldıqları evdən heç yana getməyib. Təhqirlərə, söyüşlərə məhəl qoymayıb, evdə qalmaq üçün döyülməyə belə razı olub. Ona görə yox ki, o bu ailəni, iki oğlunun atası Natiqi itirməkdən qorxub, sadəcə getməyə yeri, üzünə açılacaq başqa qapı olmayıb. Beləcə, davamlı şiddətə məruz qalan gənc qadın, heç bir vəchlə evdən çıxmayıb. Bir gün əri Natiq qızı Yağmur və anası Badamnisə ilə birgə evdən çıxıb. Natiq Rufanəyə deyib ki, Rusiyada yaşayan qardaşı pul göndərib, onu bankomatdan çıxartmağa gedirlər: "O gedən getdilər, daha gəlmədilər. Məndən qabaq evlənibmiş, ondan bir oğlu var, 13-14 yaşında. Onu da mən bilmirdim, evlənəndən sonra bildim. Evdə dava düşdü, dedi mənim bir oğlum var. Soruşdum ondan ki, əgər oğlun var idisə, niyə məni bədbəxt edirdin?"

İşsiz, imkansız olan Rufanə kirayə pulu verə bilmədiyindən çarəsiz vəziyyətə düşüb. İki uşağını da götürüb gümanı gələn yerlərdən kömək istəyib. Heç bir nəticəsi olmayanda ərini və qayınanasını xeyli axtarıb. Sonda uşaqları ilə birgə sığınacağa üz tutub.

"Özləri məcbur elədilər "get, yaxşı olacaq", indi arxamda dayanmırlar"

Bəlkə də bu söhbətimizi izləyənlər arasında Rufanəni qınayanlar da olacaq. Belə bir adamla barışıb ikinci dəfə onunla bir ailə olduğu üçün. Amma Rufanənin geri dönməyə evi, yaxud üz tutmağa başqa yeri olmayıb. Aylardır iki körpə balası ilə "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinə sığınıb Rufanə. Onu məcburən ərə verən atası Yusif və anası Məlifə sağ-salamatdılar. Amma 5 il əvvəl ayrılıblar. Artıq onların hər birinin özünün ayrı ailəsi var. Yeni ailəsindən atası Yusifin 2 yaşlı bir qızı da var. Bu və başqa səbəblər Rufanənin geriyə - atasına və anasına aparan yolunu birdəfəlik bağlayıb. Həyatında baş verənləri, çəkdiyi mənəvi əziyyətləri nağıl edərkən kövrəlməsə də, ata-anasının ayrılmasından danışanda özünü saxlaya bilmədi Rufanə. Deyir, heç cür onların ayrılmasını qəbul etmir. Valideynlərinin ona arxa - dayaq olmamaları Rufanəyə daha çox təsir edir: "Ailədə üç uşağıq, bir qardaşım və bir bacım var. Qardaşımın 24 yaşı var, ailəli deyil, bacım 18 yaşındadır - ailəlidir, bir övladı var. Atamla-anam ayrılıblar, hərəsinin öz həyatı var. Təzə ailə qurmuşdum, ayrıldılar. Hərənin öz həyatı var, istəmirlər yanlarına gedim. Amma anamla barışmaq istəyirəm. Anamın yanına getmək istəyirəm, atamın yox".

"Sonra ata-anam da dedi ki, özün gəl, uşaqları gətirmə. Elə atanın uşaqları bizə lazım deyil. O, sənə çox əziyyət verib, o uşaqları gətirmə. Çox acıqlıyam, çox. Özləri verib, özləri də istəmirlər. Ancaq deyirlər, o uşaqları saxlama. Axı onların anası mənəm. Onları heç zaman atmayacağam, nə olursa-olsun onları atmaram. Demişəm özlərinə də, mən sizin kimi valideyn olmayacağam. Məcbur elədilər, dedilər, get, yaxşı olacaq, yaxşı oğlandır. İstəmirdim mən, deyirdim tanıyın, görün kimdir. Özləri də yaxşı tanımırdılar. Dedilər, get, yaxşı olacaq, ev tikəcəyik, arxandayıq. Dedim əgər məni atsa, məni atmayacaqsınız, dedilər yox, arxandayıq. İndi də deyirlər, bizə yaxın gəlmə. Deyirlər, get uşaqları ver uşaq evinə, özün üçün ikinci dəfə həyat qur. Mən də ona razı deyiləm".

"Ölənədək uşaqlarımın arxasında olacağam"

Rufanə 13 yaşınadək məktəbdə oxuyub. Sonra valideynləri hesab ediblər ki, təhsil lazımsız şeydir və qızı daha məktəbə getməyə qoymayıblar. 23 yaşında iki uşaq anası olan Rufanə, həm təhsilsizlikdən, həm də arxasızlıqdan əziyyət çəkir: "Uşaqlarıma yaxşı həyat arzu edirəm, özümə yox. Onları böyütmək, onlara təhsil vermək istəyirəm. Öz ayaqlarım üstündə durmaq istəyirəm, hər şeydən çox. İşləmək, uşaqlarıma baxmaq, böyütmək istəyirəm. Uşaqlarım da həmişə yanımda olacaq. Yoldaşımın, atamın, anamın gözünün qarşısında sübut edim ki, mən bacardım".

Nicat balanın 3 yaşı var. Vaqif isə cəmi 9 aydır dünyaya gəlib. 4 aydır bu sığınacaqda keçir günləri. Nə gələn var, nə gedən. Rufanə deyir ki, onun yetəri qədər xalaları, bibiləri, dayıları və əmiləri var. Amma bu qız qohumlarının maraq dairəsində deyil. Onun özünü qəbul etsələr də, uşaqlarını heç kim qəbul eləmir. Rufanə deyir, doğma atalarından yarımayan balalarının üzünə hansısa qapının açılacağına da inanmır. Necə ki, ata-anasının qapısı öz üzünə bağlıdır.

Rufanə övladlarının atasından aliment almaq istəyir. Deyir, uşaqlar atalarının adındadırlar və aliment onların haqqıdır: "Sənədlərim yox idi, uşaqların atasında idi. İkinci dəfə yenidən düzəltmişəm və aliment tələbi edəcəyəm. Bilmirəm, o, aliment verəcək, ya yox, amma mənim almaq fikrim var. Onun öz uşaqlarıdır və verməlidir. O, şellənə-şellənə gəzir şəhərdə, amma mənim çəkdiklərim vecinə də deyil. Nə uşaqları ilə maraqlanır, nə də nəsə edir".

"Məcburi evliliklərin sonu budur"

Ona bu dünyanı bəxş edən ata və anadan çox incikdir Rufanə. Deyir, atasını görmək də istəmir: "Qadınlar aldanmasınlar kişilərin sözünə, aldanıb gedirlər və düşünmürlər ki, sabah başlarına nə gələcək. Sabah da bədbəxt olurlar. Biz qadınlarda səhv var. Qadınlar çox təəssüf ki, kişilərin sözlərinə inanırlar, bəlkə də pula, var-dövlətə aldanırlar. Tanımadan ailə qurmasınlar. Bu günə qədər 3 qadını bədbəxt edib, içi mən qarışıq. Amma özü keflə yaşayır. Əzab çəkən biz qadınlarıq, onun heç vecinə də deyil. 6 ayda bir dəfə zəng edib, amma maraqlanmayıb ki, uşaqlarım hardadır, neynirlər. O, necə atadır? 4 uşaq bədbəxt olub qalıb belə. Maraqlı deyil ona, özü üçün yaşayır".

Natiq ondan əvvəl və sonra yaşadığı qadınlarla heç dini nikah da bağlamayıb deyir Rufanə. 23 yaşında ikən artıq dünyaya gəlməyinə peşman ediblər Rufanəni. Ata-anası zorla ərə verəndə, əri və qayınanası da sonradan çəkdirdikləri müsibətlərlə salıblar dünyanı bu gənc qadının gözündən. Çəkilişə razılıq verdi ki, həyatını, başına gətirilənləri özü öz səsi ilə danışsın. Amma dedi, üzüm görünməsin, gələcəkdə balalarım mənim indiki zəif durumumu görməsinlər. Rufanə nə kömək istəyir, nə də kimdənsə bunu gözləyir. O, sadəcə öz valideynləri kimi ata-analara, qarşısına çıxan ər kimi ərlərə çağırış etmək üçün verilişimizdədir: "Demək istəyirəm ki, məcburi ailədən ailə olmaz. Övladları bədbəxt eləmək olmaz. Məcburi evliliklərin sonu budur. Mənim kimi bədbəxt olur qızlar. Ortada qalan isə körpələrdi, əziyyəti onlar çəkir bizimlə bərabər, onlar da əzab çəkirlər".

Çəkilişdə göstərdiyi dəstəyə görə, "Təmiz dünya" Qadınlara Yardım İçtimai Birliyinin rəhbərliyinə təşəkkür edirik.

Mənbə: lent.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1817   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm

18 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel