Leyla Əliyeva Musiqili Teatrda olub - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Oxu.Az-a bildirib ki, xüsusilə gənclərin yaradıcılıq fəaliyyəti ilə maraqlanan L. Əliyeva və onunla birlikdə olan qonaqlar Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsəri əsasında hazırlanan "Balaca şahzadə" musiqili tamaşasının məşqini izləyiblər. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonaqlara tamaşanın yaradıcı heyətinin əsasən gənclərdən ibarət olması haqqında məlumat verib. O qeyd edib ki, Musiqili Teatrda hər zaman gənclərə xüsusi diqqətlə yanaşılır, onlara etimad göstərilir. Demək olar ki, teatrın cari repertuarındakı bütün tamaşalarda baş və əsas rollarda çıxış edən gənclər hər zaman onlara göstərilən bu etimadı doğrultmağa çalışırlar. Ə. Lalayev qeyd edib ki, "Balaca şahzadə" əsəri teatr tariximizdə Azərbaycan dilində hazırlanan ilk muzikl kimi yaddaşlarda qalacaq.

Tamaşanın məşq prosesindən razı qaldıqlarını söyləyən Leyla xanım Əliyeva və qonaqlar yaradıcı gənclərə qayğının vacib olduğunu diqqətə çatdırdılar."Çox gözəl tamaşa alınacaq. Məşq olmasına baxmayaraq, aktyorların oyununa valeh oldum. Xüsusən gənclərin gözlərindəki yaradıcılıq eşqi məni heyran etdi. Mən sizin teatrda "O olmasın, bu olsun" tamaşasına baxmışdım. Rejissor işi, aktyor oyunu, səhnə tərtibatı, xüsusən kostyumlar valehedici idi. Hər dəfə bu tamaşanı xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, "Balaca şahzadə" tamaşası da uğurlu olacaq, bu, artıq indidən görünür. Musiqili Teatrın belə uğurlu işlərinə biz də sevinirik", - deyə Leyla Əliyeva gənclərlə söhbətində bildirib, tamaşanın iştirakçıları ilə şəkil çəkdirib.

Görüşdə iştirak edən Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov gənclərə öz tövsiyələrini bildirdilər, tamaşa haqqında təəssüratlarını bölüşdülər.

Qeyd edək ki, Beynəlxalq layihə kimi hazırlanan tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimova, bəstəkarı Amerika Birləşmiş Ştatlarını təmsil edən, bir sıra beynəlxalq müsabiqələrin laureatı, həmyerlimiz Ruslan Ağababayev, xoreoqrafı Rusiya Federasiyasının plastika üzrə məşhur rejissoru, Dövlət mükafatı laureatı, dünya şöhrətli baletmeyster Sergey Gritsay, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı gənc rəssam Məryəm Ələkbərli, rejissoru Əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın səhnə qrafikası isə Mehdi Məmmədova məxsusdur. Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru – adı "Qızıl kitab"a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədov canlandırır. Səhnə əsərində digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Anton Ferştandt, Şövqi Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Emil Heydərov və Atəş Qarayev ifa edirlər.
Leyla Əliyeva Musiqili Teatrda olub - FOTOLeyla Əliyeva Musiqili Teatrda olub - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1457   Tarix: 20 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mono Liza niyə "terror" olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. "Frans Press" agentliyi məlumat yayıb. "Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda "Mon

30 yanvar
.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel
.

Azərbaycanda cizgi filmlər niyə çəkilmir? - SƏBƏB

"2023-cü ildə 3 peşəkar film çəkilib. Bu isə çox azdır. Bu filmlər əsasən yerli və beynəlxalq festivallarda nümayiş olunub". Bu sözləri -a animator Rəşid Ağamalıyev deyib. O bildirb ki, milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədi ilə "Azərbaycan Animasiya Assosiasiyası"

24 yanvar
.

"Bəyin oğurlanması"nın Gülbadamı vəfat etdi

Aktrisa Naibə Əlibəyova dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev feysbukda bildirib. Sənətkar Yasamal qəbiristanlığında torpağa tapşırılıb. O, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, "Bəyin oğurlanması" filmind

7 mart
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar"

"Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyad

29 fevral
.

Səkinə İsmayılova aparıcılardan narazıdır: "Dəhşətdir, ayıbdır"

"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər. S.İsmayılov

27 fevral
.

Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub. Ölkə.Az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər. Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb. Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğm

2 aprel