"Bank Respublika"nın özbaşınalığı tanınmış vəkili hövsələdən çıxartdı: Bankın xidmətlərindən imtina etdi

"Bank Respublika"nın özbaşınalığı tanınmış vəkili hövsələdən çıxartdı: Bankın xidmətlərindən imtina etdiTanınmış hüquqşünas Ələsgər Məmmədli müştərisi olduğu "Bank Respublika"nın özbaşınalığı və qanunları heçə saymasından yazıb.

Sonxeber.az azxeber.com-a istinadən xəbər verir ki, hüquqşünas ötən gün 6 ildən çoxdur müştərisi olduğum "Bank Respublika"nın C. Cabbarlı küçəsində yerləşən Nərimanov filialına getdiyini və elektron şəkildə şəxsiyyətini təsdiq edən sənədi göstərməsinə baxmayaraq, bank əməkdaşları tərəfindən kobud münasibətlə üzləşdiyini deyib:

"Dünən 6 ildən çoxdur müştərisi olduğum "Bank Respublika"nın C. Cabbarlı küçəsində yerləşən Nərimanov filialına getdim ki, mənə verdikləri və ayın sonunda müddəti bitən virtual kartımın istifadə müddətinin artırılmasına nail olum. Qarşılaşdığım münasibət məni heyrətə saldı. Doğrusu hələ də orda qarşılaşdığım münasibətin təsirindəyəm.
Bank sektoru rəqabətli sektor olduğundan burda müştərini saxlamaq, yeni müştəri cəlb etməkdən daha çətindir və normal biznes məntiqi ilə hər müştəri üçün bank mübarizə aparmalı, onu özündə tutmağı bacarmalıdır.
Mən şöbəyə daxil olub, sıra nömrəsi götürdüm və mənim növbəm gəldiyi zaman nömrə göstərilən xidmətçiyə yaxınlaşdım. Gənc bir xanım idi. Həmişə xidmət göstərənləri tanıdığımdan, bu xanımın yeni gəldiyi qənaəti məndə yarandı. Çox nəzakətlə salamlaşıb, 6 ildən çoxdur xidmət aldığım şöbədə həmin şöbə tərəfindən mənə verilən kartı xanıma təqdim etdim və onun müddətinin sona çatmaqda olduğunu, uzadılmasını xahiş etdim.
Xanım əməkdaş öncə kartı aldı, kompüterə bir şeylər yazdı və mənə şəxsiyyət vəsiqəmi təqdim etməmi istədi. Mən dərhal əlimi cibimə atdım, amma xatırladım ki, vəsiqə maşında qalıb. Odur ki, ağıllı telefonun ekranında şəxsiyyət vəsiqəmi açıb, xanıma təqdim etdim. O, bunu qəbul edə bilmərik, hökmən ŞV özü olmalıdır dedi.
Mən öncə elə bildim ki, mənimlə zarafat edir, dedim ciddisiniz, ŞV özünü fiziki şəkildə əlinizdə tutanda yenə eyni məlumatların, sistemdəki ilə eyniliyini yoxlamayacaqsız? Sizin üçün onu görmək önəmlidir, yoxsa tutmaq? Məntiqlə və hüquqla siz mənim şəxsiyyətimi eyniləşdirən sənədin bilgilərindən istifadə edirsiz. Onlar da hamısı ekranda var. Sonra düşündüm ki, xanıma daha güvənli bir yol təklif edim.
Telefonda e-gov.az sisteminə girdim və öz hesabıma girib, ordan DİN-in xidmətləri arasından mənə verilən Şəxsiyyət vəsiqəsi bigilərini endirdim və dedim indi daha əmin ola bilərsiz. E-hökumət sisteminə keçidimizin bir məqsədi də sənədlərə virtual çıxış imkanıdır. Əlavə etdim ki, istərsəniz siz də öz kompüterinizdən sistemə girə bilərsiz və eyni kodu mən ora da daxil etdikdə sənədin əslini orda tapacaqsız.
Maraqlıdır, xanım israr etdi və bu zaman mən daha səlahiyyətli və hüquqdan anlayan birinin gəlməsini istədim.
Biri gəldi, adının Mirzə və soyadnın Sadiqov olduğunu çətinliklə öyrəndiyim bu şəxsə izah etdikdə təəccüblü olsa da o da kartı qəbul etməkdən imtina etdi və şəxsiyyət vəsiqəsinin özünü əlinə almaq istədiyini dedi. Mən ona izah etdim ki, hökumət yüz milyonlarla vəsait xərcləyib ki, sənədlərin elektron dövriyyəsi olsun, insanlar kargüzarlıq işlərindən qismən azad olsun, kağız-kuğuz daşımasın. Amma bu şəxsə izahım yetərli gəlmədi. Ondan xahiş etdim ki, mənə yazılı təqdim etsin ki, o nədən elektron sənədi qəbul etməkdən imtina edir və xidmət göstərmir. Rəsmi arayış verməkdən də imtina etdi".
Ə.Məmmədlinin sözlərinə görə, bu münasibət qarşısında o "Bank Respublika"nın müştərisi olmaqdan imtina edib:
"Beləliklə, mən bankdan və onların xidmətindən nümayişkəranı imtina etdiyimi bəyan edib, şöbədən ayrıldım. Sizlərlə də bunu paylaşmağımın məqsədi 16-cı əsrin bankının xidmətindən istifadə etmədən öncə düşünün. Qoy bank sistemində belə orta əsrlər qafası ilə işləyən "mütəxəssis"lər saxlayan bankirlər bir daha düşünsün".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 968   Tarix: 20 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara

20 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

20 aprel
.

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyini

20 aprel
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİR + FOTO/CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək. 13:18. Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saa

20 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel