"Amrahbank"da kredit özbaşınalığı FOTOLAR

"Məqsədim insanları "Amrahbank"da baş alıb gedən özbaşınalıqdan xəbərdar etmək, eləcə də, müvafiq dövlət orqanlarının diqqətini cəlb etməkdir. Bu günə kimi bank əməkdaşları tərəfindən açıq-aşkar aldatma görməmişdim".

Sonxeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında 2015-ci ildə "Amrahbank"dan 36 ay müddətinə illik 22 faizlə 45 000 dollar məbləğində kredit götürən Seid Əkbərli bildirib. O qeyd edib ki, o zaman kreditin təminatı kimi atasına məxsus evi girov qoyub. Lakin 2015-ci ildə baş verən devalvasiyadan sonra ödənişləri etməkdə çətinlik çəkib: "Devalvasiyadan sonra banka olan əsas borcum 38 219 dollar, faiz borcum isə 11 543 dollara yüksəldi. Mən ilk gündən bankla razılığa gəlmək istəsəm də, nəticə vermədi. "Amrahbank" işin məhkəmə qaydasında həll olunması üçün Nərimanov rayon Məhkəməsinə müraciət etdi".

Seid Əkbərli ona qarşı əsl saxtakarlıqların Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovun adına "Amrahbank" idarə heyətinin sədri Emil Həsənov tərəfindən imzalanmış məktubdan sonra başladığını deyir: "Məktubda göstərilirdi ki, borcun bağlanması üzrə güzəştlərin alınması üçün kredit götürdüyüm bankın Azadlıq filialına müraciət etməliyəm. Bunun ardınca avqust ayının 16-da bankdan mənə zəng gəldi və razılığa gəlmək istədiklərini bildirdilər. Həmin gün "Amrahbank" ASC-nin Azadlıq filialının müdiri Orxan Qurbanov və bankın Müşahidə Şurası sədrinin müşaviri Ülvi İldırımzadə ilə görüşdüm. İldırımzadə mənə 50000 dolları manata nisbətlə 1,08 məzənnəsi ilə 54000 manat birbaşa ödəməyi təklif etdi. Bildirdi ki, birbaşa ödədiyim halda borc tamamilə bağlanacaq, mənzilin girovdan azad edilməsi ilə bağlı məktub veriləcək. Mənə güzəştin necə verilməsi barədə sualıma Ülvi İldırımzadə "bu, yuxarının tapşırığıdır" deyə cavab verdi. Məzənnədə güzəşt etdiklərinə görə razılaşdım və maliyyə imkanlarımı qiymətləndirmək üçün onlardan 3 həftə vaxt istədim. Mənə o da bildirildi ki, əgər tam məbləğ alınmasa, borcun qalan hissəsini 1.08 manat güzəştli məzənnə ilə hesablayıb, gələcəkdə ödəniş etmək üçün krediti yenidən rəsmiləşdirəcəklər".

Bank müştərisinin sözlərinə görə, borc-xərc taparaq avqustun 31-də deyilən məbləği ödəyib: "Onlardan borcun olmaması barədə sənədi və mənzilin girovdan azad olunması ilə bağlı məktubu istədikdə dedilər ki, idarə heyyətinin sədri burada yoxdur. Bayramdan sonra məktubları imzalatdırıb, mənə tədqim edəcəklər. Deyilən vaxtda məktubları götürmək məqsədilə banka yaxınlaşdıqda Problemli Kreditlər Departamentinin direktoru Vəli İsmayılov mənə idarə heyətinin sədrinin məktubları imzalamadığını dedi. Əlavə etdi ki, borcu mövcud məzənnə ilə bağlamalıyam".

S.Əkbərli deyir ki, aldadılması ilə bağlı, Ülvü İldırımzadə ilə dəfələrlə görüşmək istəsə də, qarşı tərəf bundan qaçıb.

Şikayətçi bildirir ki, onun banka ödədəyi 54 000 manat isə faiz və cərimə borcundan silinib: "Onu da qeyd edim ki, mən 54 min manatı banka dollar şəklində aparsam da, onlar ödənişi manatla qəbul ediblər. Ödəniş zamanı isə yenidən dollara konvertasiya etdilər. Beləliklə, 8 faiz də uduzmuş oldum".
"Amrahbank"da kredit özbaşınalığı FOTOLAR"Amrahbank"da kredit özbaşınalığı FOTOLAR"Amrahbank"da kredit özbaşınalığı FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1684   Tarix: 20 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel