Cəlilabdlı oğlanda Bakıda 16 yaşlı sevgilisinə qarşı İYRƏNC ƏMƏL: aldatdı, zorladı, sonra...

Cəlilabdlı oğlanda Bakıda 16 yaşlı sevgilisinə qarşı İYRƏNC ƏMƏL: aldatdı, zorladı, sonra...Xırdalan şəhərində sevgilisinə təcavüz etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Pərvin Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, Pərvin Cəbrayılov Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olub. Amma faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda kirayədə yaşayıb, paytaxtda fəhləliklə məşğul olub.
Sosial şəbəkədə tanışlıq
Pərvin Cəbrayılov sosial şəbəklərdən birində 2001-ci il təvəllüdlü Aytən Mehdiyeva (ad və soyad şərti verilib – red.) ilə tanış olub. Bir müddət o, 16 yaşlı qızla sossial şəbəkədə danışıb.
Pərvin Cəbrayılov gənc olduğunu, evlənmədiyini, onunla evlənmək istədiyini bildirib. 16 yaşlı qız da Pərvinin sözlərinə inanıb və onunla görüşməyə başlayıb.
Bulvarda görüş
Orta məktəbin şagirdi olan Aytən ilk dəfə Pərvin Cəbrayılovla bulvarda görüşüb.
Pərvin Cəbrayılov görüş zamanı Aytən Mehdiyeva ilə seksual mövzuda söhbətlər edib. O, 16 yaşlı qıza bir neçə dəfə cinsi əlaqədə olmağı təklif etsə də, təklifi yetkinlik yaşına çatmayan qız tərəfindən qəbul olunmayıb.
Ya cinsi əlaqədə olmalısan, ya da ayrılırıq...
Daha sonra Pərvin Cəbrayılov Aytən Mehdiyeva ilə 29 avqust 2016-cı il tarixdə Xırdalan şəhərində görüşüb. Bu zaman Pərvin 16 yaşlı qızla cinsi əlaqədə olmaq istədiyini deyib.
İntim münasibət
Əks halda o, Aytənlə olan münasibətlərinə son qoyacağını deyib. Pərvinlə münasibətlərinin pozulmasını istəməyən Aytən onu xalasının evinə aparıb.
Həmin vaxt Aytənin xalasının evində heç kim olmayıb. Evdə heç kimin olmadığını görən Pərvin Cəbrayılov Aytənlə cinsi əlaqədə olub.
Münasibətlərə son qoymaq və həbs...
Aytən Mehdiyeva ilə cinsi əlaqədə olan Pərvin Cəbrayılov daha sonra evi tərk edib. Sonra o, qızla münasibəti kəsmək istəyib. Oğlanın bu hərəkətini görən Aytən baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb.
Aytən Mehdiyevanın şikayəti əsasında Pərvin Cəbrayılov həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
1 il həbs və ümumi rejim
Pərvin Cəbrayılovun barəsində olan cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum olunub.
Zamində olan Pərvin Cəbrayılovun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 24 iyul 2017-ci il tarixdən hesablanması qərara alınıb.
Zorakılıq olmayıb
Hökmdən narazı qalan Pərvin Cəbrayılov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, Aytən Mehdiyeva ilə könüllü cinsi əlaqədə olub və onların arasında zorakılıq olmayıb. Pərvin Cəbrayılov barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyib.
Yüngülləşdirci hallar nəzərə alınmayıb
Pərvin Cəbrayılovun vəkili Elşən Məmmədbəyli apelyasiya şikayətində göstərib ki, Pərvin Cəbrayılov həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşmandır: "Pərvin Cəbrayılov ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunub, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir.
Birinci instansiya məhkəməsi qeyd edilən əsasları hökmdə sadalasa da, cəza təyin edilərkən qeyd edilən yüngülləşdirici halları nəzərə almayıb. Halbuki, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanı yüngülləşdirən halların məcmusu nəzərə alınaraq Pərvin Cəbrayılova təyin edilmiş cəzanı çəkmədən də islah oluna bilər".
Şikayətçi yoxdur
Müdafiəçi qeyd edib ki, birinci instansiya məhkəməsi Pərvin Cəbrayılova təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının zəruriliyini əsaslandırmayıb, onun həmin cəzanın tətbiq edilmədən islah olunub-olunmamasına münasibət bildirməyib.
O, qeyd olunan halları, həmçinin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi bağışlamasını istəyib: "Ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alınmasını, birinci instansiya məhkəməsi hökmünün dəyişdirilməklə Pərvin Cəbrayılova təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm".
1 il şərti cəza
Məhkəmə apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərarı açıqlayıb. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilib və Abşeron rayon Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmə Pərvin Cəbrayılovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və ona 1 il sınaq müddətinə cəza təyin olunub.
Məhkəmə Pərvin Cəbrayılovun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4824   Tarix: 21 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçid balları qaldırılır? - VİDEO

Artıq bütün buraxılış imtahanlarının nəticələri açıqlanıb. İlk dəfə olaraq ölkə üzrə ümumilikdə 53 nəfər maksimum nəticə göstərib. Bu qədər şagirdin yüksək bal toplaması bir çox valideyni narahat edir. Onlar düşünür ki, bu göstəricini əsas gətirib, qəbul ballarını artıra bilərlər. Bəs ekspertlər bu barəd

18 aprel
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən rayo

18 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

Bakıda məmur olmaq istəyən qadının başına oyun açdılar

Bakıda qadına qarşı dələduzluq edilib. -ın əldə etdiyi məlumata görə, paytaxt sakini olan bir qadının 20 min manatının etibardan sui-istifadə etməklə ələ keçirildiyi barədə polisə məlumat daxil olub. Zərərçəkən ifadəsində təxminən 1 il bundan öncə Anar adlı şəxsə 20 min manat manat verdiyini amma qarşılığınd

18 aprel
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18 aprel
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18 aprel
.

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi

18 aprel
.

Rövşən Cəfərovun qızı vəfat etdi - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. axşam.az-a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı.Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzu

18 aprel
.

Nazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd

18 aprel