Qulaqcıq taxanlar üçün təhlükəlidir

Qulaqcıq taxanlar üçün təhlükəlidirSon dövrlər insanlar qulaqcıqdan istifadənin baxımlısına çevriliblər desək, yəqin ki yanılmarıq. Hər gün küçədə, avtobusda, metroda, iş yerində qulaqlarına bu vasitəni taxmış, yüksək səslə musiqi dinləyən şəxslərlə qarşılaşırıq. Ən acınacaqlısı isə bu halın uşaqlar və yeniyetmələr arasında da geniş vüsət almasıdır. Qulaqcıqdan istifadə edən həmin şəxslər ətraf aləmdən təcrid olunmuş kimi görünür, gözlərindəki ifadə isə tamamilə donuq və qeyri-müəyyəndir. Bir anlıq adama elə gəlir ki, səninlə onlar arasında sanki bir uçurum var, ya da sən başqa aləmdə yaşayırsan, onlarınsa öz dünyası var. Üstəlik musiqiyə o qədər yüksək səs verirlər ki, ətrafdakılar da eşidir. Və adamım ağlına dərhal bir sual gəlir – "Bunun qulağı batmır belə yüksək səsdən?".

Kar ola bilərsiniz...

Bəs görəsən qulaqcıqdan istifadənin insan sağlamlığına, psixologiyasına nə kimi mənfi təsiri var? Ümumiyyətlə, qulaqcıqdan istifadə zamanı hansı detallara diqqət etməliyik?

Məsələ ilə bağlı Ailem.az-a danışan qulaq, burun, boğaz həkimi Cavid İsmayılov bildirdi ki, qulaqcıqda musiqi dinləyənlər diqqətli olmalıdır, çünki onlar kar ola bilərlər: "Silah səsi, ya da bir partlayış nəticəsində ani və qısa müddətli şiddətli səslərdə olduğu kimi, yüksək səslərə də uzun müddətli məruz qalmaq qalıcı eşitmə itkisinə yol açır. Yüksək səsdən sonra qulaqda olan uğultu, cingilti eşitmə sinirində hüceyrələrin zədə gördüyünə bir işarədir. Həmçinin qulaqcıq taxaraq, yüksək səslə musiqi dinlənən bu cihazlar erkən yaşlarda eşitmə itkisi üçün bir risk faktorudur".

Qulaqcıqda səs şiddəti 70 destibel olmalıdır

C.İsmayilov deyir ki, səssiz bir otaqda qulaqcıq ilə musiqi dinlənərkən səs şiddəti əsasən normal qəbul edilə bilər bir səviyyədə, təxminən 70 destibel (db) olmalıdır: "Müqayisə üçün deyim ki, insan danışığı təxminən 40 db, küçə səsləri təxminən 70 db şiddətindədir. Ancaq səs-küylü bir mühitdə ətrafdakı səsləri basdırmaq üçün musiqinin səsi artırıldıqda dinləyicinin qulaqları üçün təhlükə yaranır. Araşdırmalar göstərir ki, 85 db şiddətindəki səslərə 8 saatdan çox məruz qalmaq olmaz. Bu müddətlər 88 db üçün 4 saat, 91 db üçün 2 saat və 100 db üçün 15 dəqiqədir. Səs şiddəti artdıqca dinləmə müddəti azalmalıdır. Qeyd edim ki, musiqi dinləmə cihazlarının səs şiddəti 125 db-ə qədər yüksələ bilir. Bundan əlavə istifadəçilərin dörddə birində yüksək səsdə dinlənən musiqi sonrası eşitmələrində keçici olaraq 5-10 db şiddətində zəiflik müşahidə edilir.
Yüksək səsə daimi məruz qalma qulaqda eşitmə sinirində ciddi problemlər yaradır və bu, geri dönüşümü olmayan eşitmə zəifliyinə gətirib çıxarır. Odur ki, çalışın qulaqcıqdan orta səs səviyyəsində, gündə 1-2 saatdan çox istifadə etməyəsiniz".

Xəstəliyin ilk əlamətləri...

Həkimin sözlərinə görə, yüksək səs nəticəsində əmələ gələn zədə iç qulaq tipində yavaş-yavaş eşitmə itkisi yaradır: "Zaman keçdikcə problemlər ortaya çıxır və bunu bildiyiniz vaxt isə hər şey çox gec ola bilər. Uğultu və cingilti xəstəliyin ilkin əlamətlərindəndir. Bir də onu qeyd edim ki, qulaqcıqdan tək tərəfli istifadə də təhlükəlidir. Bəzən qulaqcığın bir tayı hər hansı dosta verilir, bu zaman istər-istəməz səs şiddətini də yüksəltmək məcburiyyətində olurlar və bu da hər ikisinin qulağında ciddi problemlər yaradır".

Qulaqcıqdan istifadə insanı laqeyd edir

Məsələnin psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Narınc Rüstəmova qulaqcıqdan istifadənin hazırda bütün uşaqlar və gənclər arasında geniş yayıldığını təəssüflə qeyd etdi. Onun sözlərinə görə, qulaqcıqdan bu cür geniş istifadə etmək onların psixologiyasına mənfi təsir göstərir: "Belə uşaqlar cəmiyyətdən təcrid olunurlar. Uşaq qulağına qulaqcıq taxan zaman ətraf mühitdən təcrid olunmağa başlayır. O, kənar söhbətləri eşitmir, dinləmir. Yalnız qulaqcıqda olan musiqiyə və ya hansısa bir məlumata qulaq asır".

Psixoloq vurğulayır ki, qulaqcıqlardan istifadə ümumiyyətlə, insanı cəmiyyətə qarşı laqeyd edir. O, ətraf hadisələrə qarşı etinasız olur. Bu zaman ailə daxilində, məktəbdə, cəmiyyətdə problemlər yaratmağa başlayır: "Biz müşahidə etmişik ki, hətta şizofren olan uşaqlar xəstəliyin ilk mərhələlərində qulaqcıqdan istifadə etməyə başlayırlar. Çünki onlar bu vasitə ilə ətrafdan uzaqlaşaraq daha rahat olurlar. Kənar səslər eşitmirlər, səs-küydən, valideynlərinin narazılığından daha uzaq olmaq istəyirlər və zaman keçdikcə daxili nitqi artırırlar. Daxili nitq isə insanın öz-özü ilə, içindəki səslə danışmasıdır. Bu zaman insanda öz-özünə danışmaq vərdişi formalaşır. Bu, adi hallarda da olur, amma qulaqcıqdan istifadə edən yeniyetmə uşaqlarda daha çox rast gəlinir. Uşaq başlayır öz-özünə danışmağa və zaman keçdikcə bu, yüksək səslə danışığa keçid edir. Hətta o, güzgü ilə, otaqda oturduğu yerdə danışmağa başlayır, hansısa bir hadisəni nəql edir, aqressiyasını bildirir, söyüş söyür və sair".

"Valideyn bilməlidir ki, onun övladı tənhadır..."

N.Rüstəmova qeyd etdi ki, valideynlər uşaqlarda qulaqcıqdan istifadəni ciddi şəkildə nəzarətdə saxlamalıdırlar: "Ünsiyyət problemi olan uşaqlar qulaqcığa daha çox meyl edirlər. Uşaq qulaqcığı qulağına qoyduğu an valideyn bilməlidir ki, onun övladı yalnızdır, özünü tənha hiss edir, dostları yoxdur. O, özünü qulaq asdığı musiqilərlə, baxdığı hansısa video görüntülərlə ovutmağa çalışır. Bu hallarda valideynlər övladlarının sosiallaşmasına, onların özlərinə dost tapmasına kömək etməlidir".

Mənbə: ailəm.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1423   Tarix: 21 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel