Ərəblər Azərbaycan ətinə dadanıb: ixracat da, qiymətlər də artıb

Ərəblər Azərbaycan ətinə dadanıb: ixracat da, qiymətlər də artıbAzərbaycanda daxili bazarda ətin qiymətinin gündən-günə artdığı bir vaxtda məlum olub ki, ölkəmizdən ərəb ölkələrinə ət ixrac olunur. Belə ki, 2017-ci ildə Gömrük Komitəsi ilk dəfə hesabatında Azərbaycanın ət, ət məhsulları, hətta mal-qara ixracını artırması barədə məlumat verib. 2017-ci ilin I yarısında diri çəkidə 907 min dollar məbləğində mal ixrac edilib. Bu, 2016-cı ilin eyni dövründəkindən (236,5 min dollar) 384% çoxdur. Ət və ət məhsulları ixracı 2017-ci ilin I yarısında 159,8 min dollar olub. Bu, 2016-cı ilin eyni dövründəkindən (53,4 min dollar) 299% çoxdur. Süd məhsulları, yumurta və bal ixracında (2016-cı ilin 6 ayında 788,8 min dollar, 2017-ci ilin 6 ayında 3806,5 min dollar) 489% artım olub.

Azərbaycanın ət və süd məhsullarının əsas idxalçıları Körfəzin ərəb ölkələri olub. Qətərin "Lulu Group İnternational" şirkətinin direktoru Məhəmməd Altaf bildirib ki, Qətərin iqtisadi blokadasına qədər ölkə biznesmenləri Azərbaycan və qonşu ölkələrdən məhsul idxalı ilə maraqlanmayıb. "Amma hazırda Azərbaycan və qonşu ölkələr İranın razılığı ilə Bəndər Abbas limanına çıxa bilir. Bu, limandan Qətərə malı 24 saata çatdırmağa imkan verir ", - deyə, Altaf bildirib. Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Abdullayev ərəblərin Azərbaycanın ət məhsullarına marağını təsdiq edir.

Azərbaycandan ət, ət məhsulları, diri mal-qaranın ərəb ölkələrinə ixracının kəskin artmasına bu ölkələrdən Azərbaycana turist axınının artması ilə izah etmək olar. Belə ki, ərəb ölkələrindən gələn turistlərin burada yedikləri ətin dadını daha çox bəyəndikləri və ölkələrinə xırdabuynuzlu heyvanlar idxal etdikləri barədə məlumatlar var idi. Ancaq Azərbaycan xaricə ət məhsulları ixrac etməyə başlasa da, ölkədə ət məhsulları istehsalı az artıb. Hətta daxili bazarda qıtlıq olduğundan qiymətlərdə də kəskin artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin I yarısında ət istehsalı 2,4% artaraq, 312,6 min tona çatıb. Bu, yerli bazarın tələbinin 34%-i təmin edir.

Hazırda ölkəmizdə heyvandarlıqla məşğul olan fermerlər yem bazasının az olmasından ciddi əziyyət çəkirlər. Rayonlarda ot bağlamalarının qiyməti hədsiz bahalaşıb. Qış aylarından isə qiymətlərin daha da artması gözlənilir. Bundan başqa regionlarda istifadəsiz qalan örüş yerlərinin də strateji məhsulların əkininə yönəldilməsi ot yığımına da ciddi təsir edib. Otlaq sahələrində pambıq, tütün, şəkər çuğurduru və digər strateji məhulların əkilməsi heyvandarlığa ciddi təsir edib. Yemi pulla alaraq heyvan bəsləmək isə fermerlər üçün heç də hər zaman sərfəli olmur. Bu baxımdan ölkədə ət istehsalı azalıb. Nəticədə 2016-2017-ci illər ərzində xaricdən 28 milyon 696 min dollarlıq diri heyvan, 38 milyon 622 min dollarlıq ət və əlavə ət qida məhsulları idxal olunub.

Bunun müqabilində xarici ölkələrə ət ixrac edilməsi daxili bazarı daha da çətin vəziyyətdə qoyur. Lakin istənilən halda ixracın artması və Azərbaycan məhsullarının yeni bazarlara çıxarılması müsbət haldır.

Mövzu ilə bağlı fikirlərini "Yeni Müsavat"la bölüşən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, Azərbaycandan ət ixracının artması gözlənilən idi: " Çünki Azərbaycan əti keyfiyyətlidir və buna görə də, ixrac imkanları daha çoxdur. Həmçinin Yaxın Şərq və Körfəz ölkələrinə ixrac imkanları var. Bizim yerli istehsal isə tələbatı tam ödəmədiyi üçün bu qiymətlərə təsir göstərir və gələcəkdə də təsir göstərəcək. Bir tərəfdən yerli istehlakın daxili istehsal hesabına tam ödənilməsi mümkün deyil, digər tərəfdən qeyri-neft sektorunun ixracatı kimi ət məhsullarının da ixracatı prioritetdir. Təbii ki, fermerlərə və ya sahibkarlara göstəriş verilə bilməz ki, məhsulunu Azərbaycanda və ya xaricdə satsın. Praktik olaraq belə bir hal mümkün deyil. Fermerlər məhsulunu xaricə satmaq istəyirsə, ona ixrac imkanları yaradılmalıdır, qadağalar olmamalıdır. Ancaq yaxşı olar ki, daxili tələbat da yerli istehsal hesabına ödənilsin və qiymət artımları baş verməsin".

Ekspertin sözlərinə görə, son dövrlər ətin qiymətinin artmasının səbəblərinə diqqət yetirsək görərik ki, artımın əsas səbəbi yemin bahalaşmasıdır: "Yem məhsullarının qiymətinin artması xərcin artmasına gətirib çıxarır, nəticədə bu da qiymət artımları ilə müşahidə olunur. Ona görə də, daha məqsədəuyğun olar ki, yem məhsullarının qiymətlərinin tənzimlənməsi və optimallaşdırılması ilə bağlı hökumət tərəfindən addımlar atılsın. Bu ucuz yem məhsullarının ölkəyə idxalı ilə formasında da ola bilər, yem istehsal edənlərə yeni subsidiyalar verilməsi formasında da ola bilər. Yemin qiymətinin aşağı salınması nəticə etibarilə xərcin aşağı salınmasına və ət məhsullarının qiymətinin tənzimlənməsinə səbəb ola bilər. Bu həm də imkan verəcək ki, heyvandarlıq sektoruna daha böyük investisiya cəlb etmək mümkün olsun. Hətta müəyyən dövr üçün ölkəyə qiyməti nisbətən aşağı olan ət məhsullarının idxalının həyata keçirilməsi də məqsədəuyğun olar ki, ət məhsullarına olan tələb qiyməti daha optimal olan ət məhsulları hesabına ödənilə bilsin".

V.Bayramov vurğuladı ki, heç bir halda ixracın məhdudlaşdırılması arzuolunan deyil: "Sadəcə qeyd etdiyimiz tədbirləri həyata keçirməklə bu məhsulların qiymətini azaltmaq və tənzimləmək mümkün olar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2320   Tarix: 21 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yeddinci sinif şagirdini bıçaqlayan şəxs SAXLANILDI - RƏSMİ - YENİLƏNİB

Şəmkir rayonunda məktəblini bıçaqlayan şəxs ələ keçib. Bu barədə -in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. "Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkd

28 mart
.

Azərbaycanda Araz Ağalarova məxsus olduğu bildirilən şirkət cərimələnir

"Crocus trading" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, müvafiq qurum tərəfindən yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 239-cu (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini

28 mart
.

"Bu yolda yerimək təhlükəli hal alıb" - Video

"Bu yol uzun müddətdir ki, bərbad vəziyyətdədir. Avtomobillər buradan işləyə bilmir. Problemi də həll edən yoxdur". Bu şikayətlə "Qafqazinfo"ya Xırdalanın Qəzənfər Xaliqov küçəsində yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, burada yollar artıq yararsız haldadır

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar"

28 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart