Bakı metrosunda mütləq qarşılaşacağınız - 8 İNSAN TİPİ

Bakı metrosunda mütləq qarşılaşacağınız - 8 İNSAN TİPİBakı Metrosu elə bir məkandır ki, burada siz spesifik insanlarla qarşılaşa bilərsiniz. Sürətli və rahat evə getmək fikriylə daxil olduğunuz metro stansiyasının girişindən etibarən sizi maraqlı insan tipləri qarşılayacaq.

Həmin insan tiplərindən 8-ini təsvir etməyə çalışacaq:

1. Metro kartı istifadə etməyənlər

Hər gün metrodan istifadə etmələrinə baxmayaraq, bu tip insanlar qətiyyətlə metro kartı almağa qarşıdırlar. Sistemə qarşı çıxan bu "metro anarxistləri" ya saymazyana siz kartla keçməyə çalışarkən, onları da keçirməyinizi əmr edir, ya da 20 qəpiklə yaxınlaşaraq kartınızla onları da keçirməyinizi istəyirlər. Bəxtiniz həmin gün üzünüzə gülübsə, bu tipin birinci növüylə qarşılaşacaqsınız.

2. Eskalatordan hərəkət edərkən sağda durmayanlar

Bakı metropolitenin səsli və yazılı elanları, yolunu kəsdiyi adamların etirazlarına baxmayaraq, eskalatorun solu həmişə dolu olur. Tələsdiyiniz zaman keçməkeçli yollarla, ziqzaq hərəkət edərək özünüzə yol açmalı olursunuz. Hə, sizə yol verərkən "sifət" edərək, narazıçılığını bildirənlər də mütləq tapılacaq.

3. Stansiyada xəbərdarlıq xəttini keçən insanlar

Onlar özləri üçün yaratdıqları təhlükədən ya xəbərdar deyillər, ya da "risk etməyi sevən yoldaşlar"dırlar.

4. Qapı açılan kimi içəri daxil olmağa çalışanlar

Bakı metrosunda ən çətin sınağı qatardan endiyiniz anlar ola bilər. Qapı açılan kimi sanki öz evinə girirmiş kimi vaqona daxil olan insanlar xüsusilə pik saatlarda əsəbinizi pozur. Düşərkən çantanızı, əşyalarınız, qolunuzu, ayağınızı içəri dartışdırmağa çalışanlardan xilas olmaq üçün bir xeyli tər tökməlisiniz.

5. Qapı tutmaq zarafatı

Bu zarafat illərdir ki, nəsildən-nəsilə ötürülür. Bəziləri dispetçerin əsəbi səsini eşitməyənə qədər vaqonların qapısını buraxmamaqda əyləncəli bir şey görür. Ancaq nəzakətli davranaraq, gecikənlər üçün qapını saxlayanları da unutmamaq lazımdır. Onların sayəsində qatara mindiyimiz vaxtlar da az olmayıb.

6. Baxışları ilə insanları yerindən qaldıran xalalar

Bu yazını oxuyan hər kəsin analoji baxışlara məruz qaldığına əminik. Vaqona daxil olarkən bütün oturacaqları gözüylə sezən xalalar ən birinci bəzən bir neçə gənci yerindən qaldıra bilir. Əlbəttə, bir nəzakət qaydası olaraq böyüklərə yer verilir. Lakin bunu çox nəzakətsiz formada tələb etmək də başqa söhbətin mövzusudur.

7. Tutacaqdan tutmayan gənclər

Metroda lazımsız hər hərəkət əsəbinizi poza bilər. Bəzən havasız vaqonda yanınızda duran birinin heç bir tutacaqdan tutmayaraq, vaqonda "çılğınlıq" etməsi də bu hallardan biridir. Metronun hər sərt hərəkətində üstünüzə yıxılması da bir ritual hesab edilə bilər.

8. Qapının ağzında duran insanlar

Həm avtobus, həm də metronun ortaq dərdi. Sizə metroya minməkdə və enməkdə çətinlik törədən "metro gömrük komitəsinin layiqli üzvləri"

pahoo.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2194   Tarix: 22 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021