Bakı Metropoliteni haqqında 10 MARAQLI FAKT

1. Bakıda metropolitenin tikilməsi ideyası onun açılışından 30 il əvvəl yaranmışdı. Tam həcmli tikinti işləri 1951-ci ildə başlayır və bir neçə ildən sonra ilk xəttin istifadəyə verilməsi planlaşdırılırdı. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası – Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9,2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.

Bakı Metropoliteni haqqında 10 MARAQLI FAKT2. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi.

Bakı Metropoliteni haqqında 10 MARAQLI FAKT3. Bakı Metropoliteni 1967-ci ildə "Ginnesin Rekordlar Kitabı"na Şərqdə ilk metro kimi düşmüşdür.

Bakı Metropoliteni haqqında 10 MARAQLI FAKT4. "Vestikavkaza.ru" saytı 2015-ci il oktyabrın 13-də dərc etdiyi dünyada 17 ən orijinal metro stansiyası və dəmir yolu vağzalı siyahısına Bakı metropoliteninin "Nizami" stansiyasını daxil edib.

Bakı Metropoliteni haqqında 10 MARAQLI FAKT5. Şəbəkənin tikintisi zamanı yerli metro tikintisi tarixində ilk dəfə olaraq tunel keçidlərinin qarışıq metodundan istifadə edilib: dərin su azaldılması ilə kesson üsulunun sintezi reallaşdırılıb.

Bakı Metropoliteni haqqında 10 MARAQLI FAKT6. Bakıda tunel keçidlərinin mürəkkəbliyi qəbul edilən faktdır. Metro tikintisi üzrə mütəxəssislər qeyd edirdilər ki, dünyanın başqa şəhərlərində analoji şərtlərin olduğunu söyləmək çətindir.

Bakı Metropoliteni haqqında 10 MARAQLI FAKT7. Bakıda bir neçə metro stansiyasının adı dəyişdirilmişdir.
"Şaumyan"- "Xətai", 11 may 1990
"XI Qızıl Ordu Meydanı" – "20 Yanvar", 27 aprel 1992
"28 Aprel"-"28 May" 9 aprel 1992
"Avrora" – "Qara Qarayev" 27 aprel 1992
"Elektrozavod" "Bakmil" 1 yanvar 1993
"26 Bakı Komissarı" – "Sahil", 9 aprel 1992
"Bakı Soveti" -"İçәrişәhәr", 25 aprel 2007
"Məşədi Əzizbəyov" -"Koroğlu", 30 dekabr 2011

Bakı Metropoliteni haqqında 10 MARAQLI FAKT8. 28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb. Ölkədə 3 gün matəm elan edilib.

Bakı Metropoliteni haqqında 10 MARAQLI FAKT9. 30 sentyabr 2009-cu ildə Tarif Şurasının iclasında Bakı Metropolitenində gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Oktyabrın 1-dən Gediş haqqının 5 qəpikdən 15 qəpiyə qaldırılması barədə qərar qəbul olunub. Bu, 1996-cı ildən bəri metroda ilk bahalaşma idi. 2011-ci il dekabrın 1-dən etibarən metroda gediş haqqı yenidən qalxaraq 20 qəpik olmuşdur

Bakı Metropoliteni haqqında 10 MARAQLI FAKT10. Gələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılması planlaşdırılır. Bunun əsas məqsədi metronun mövcud şəbəkəsinin genişləndirilməsidir.

pahoo.az

Bakı Metropoliteni haqqında 10 MARAQLI FAKT


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2405   Tarix: 22 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİN: Lənkəranda valideynin övladının narkotik istifadəçisi olması ilə bağlı iddiaları əsassızdır

DİN: Lənkəranda valideynin övladının narkotik istifadəçisi olması ilə bağlı iddiaları əsassızdır. Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar yayılıb. İddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"u

12 aprel
.

Əhməd azadlığa çıxır? - Hüquqşünasdan AÇIQLAMA

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

13 aprel
.

Ağcabədidə Kürdə batan ata və qızının axtarışları davam etdirilir - VİDEO

Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Bu barədə -a FHN-dən məlumat verilib. Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfəri

14 aprel
.

Babası, atası və oğlu şəhid olan Arif İsmayılov vəfat etdi

Babası 1918, atası 1942, oğlu isə 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılov vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd olunub ki, Arif İsmayılovun oğlu İsmayıl İsmayılov 1994-cü ildə Kəlbəcər ətrafında gedən döyüşlərdə 60-dan çox ermənini məhv edərək Qanlıkən

14 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Bakıda motosiklet ağaca çırpılıb: Sürücü ölüb

Bakıda motosiklet sürücüsü ağaca çırpılıb. APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Teyyub Həsənağa oğlu Piriyev idarə etdiyi "Yamaha R15" markalı motosikletlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb

13 aprel
.

Bakıda mənzildə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetm

14 aprel
.

Ağdamda mina partlayışı olub: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

"İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Mirfəttah Bağır oğlu Bağırovun vəziyyəti ağırdır". "Report" xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib. "Xəstə daxil olarkən diaqnoz

12 aprel
.

Mikroavtobus qəzasında iki uşaq öldü, səkkiz yaralı var

Dağıstanda yük maşını ilə mikroavtobus toqquşub. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə Kasumkənd kəndində baş verib. Qəza nəticəsində iki uşaq ölüb, səkkiz nəfər yaralanıb. Xəsarət alanlardan ikisi uşaqdır

13 aprel